Azərbaycan badmintonçularından beynəlxalq turnirdə üç medal

Azərbaycan badmintonçularından beynəlxalq turnirdə üç medalAzərbaycan badmintonçuları Tacikistanda keçirilən beynəlxalq turnirdə bir gümüş və iki bürünc medal qazanıblar.

Badminton Federasiyasından verilən məlumata görə, Era Maftuha-Həcər Nuriyeva tandemi qadınların qoşa yarışında ikinci yeri tutub.

İlk görüşdə Qazaxıstanı təmsil edən rəqibləri meydançaya çıxmadığından birbaşa yarımfinala vəsiqə qazanan cütlük bu mərhələdə Özbəkistandan olan həmkarlarına qalib gələrək finala yüksəlib. Onlar qızıl medal uğrunda qarşılaşmada Rutaparna Panda-Svetaparna Panda duetinə iki setin yekununda məğlub olaraq, gümüş medalla kifayətləniblər.

Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra isə Tacikistanın Düşəndə şəhərində keçirilən "International" seriyalı beynəlxalq turnirdə 3-cü olublar.
Kişi badmintonçuların şəxsi yarışında mübarizəyə 1/16 finaldan başlayan Dviçayo yarımfinala gedən yolda Qazaxıstan, Şri-Lanka və Hindistandan olan rəqiblərinə qalib gələrək ən güclü "4-lüy"ə yüksəlib. O, finalın bir addımlığında Vyetnam badmintonçusu Le Duc Phata 0:2 hesabı ilə uduzub.

Eyni nəticəyə Keişa Fatimə Zəhra da imza atıb. Qadın badmintonçuların şəxsi yarışında Kipr və Misir badmintonçularını mübarizədən kənarlaşdıran Keişa finala yüksəlmək uğrunda keçirilən görüşdə hindistanlı Anupama Upadhya ilə bacarmayıb - 0:2.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 431   Tarix: 12 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunun qalibi olub

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov 16-19 May Türkiyənin İstanbul şəhərində keçirilən WAKO Versiyası Üzrə Dünya Kubokunda "master class"kateqoriyasında 63 kq çəki dərəcəsində "Ligh

16:54 164
.

Modriç gələcəyi ilə bağlı qərar verdi

Luka Modriçin "Real"la müqaviləsi iki aydan sonra başa çatır. Xorvatiya təmsilçisinin müqaviləni yeniləməyəcəyi dəqiqləşib. Modriç 2012-ci ildə "Real Madrid"ə keçib. Kral klubu "Tottenhem"in hesabına 35 milyon avro köçürüb. O vaxtdan bəri xorvatiyalının aktivində 530 matç

12.05.2024 254
.

Luka Modriç "Real Madrid"in tarixinə düşdü

Luka Modriç adını "Real Madrid" klubunun tarixinə yazdırıb. Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, xorvatiyalı yarımmüdafiəçi "Real Madrd" klubunun forması ilə yaşıl meydanlara çıxan ən yaşlı futbolçu adına yiyələnib - 38 il 238 gün. Beləliklə, Luk

05.05.2024 424
.

Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim

Özümdən bu nəticəni gözləyirdim. "Report" Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Yaponiyanın Kobe şəhərində 100 metr məsafəyə qaçış üzrə dünya çempionu olan Azərbaycan paraatleti Lamiyə Vəliyeva deyib. 22 yaşlı idmançı nəticəyə görə çox qürurlu olduğun

16:30 156
.

Mbappenin PSJ-dən ayrılmasının təfərrüatları açıqlanıb: oyunçu yalnız "Real"a keçmək istəyib

Məşhur jurnalist və insayder Fabritsio Romano PSJ-nin hücumçusu Kilian Mbappenin klubdan ayrıldığını rəsmən elan etdikdən sonra futbolçunun son illərdəki transfer hekayəsinin təfərrüatlarını paylaşıb. "Report" xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, Kilia

12.05.2024 544
.

Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb

Azərbaycanın cüdo yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq 1993-cü ildən bəri ən yaxşı nəticəni əldə edib. "Report"un məlumatına görə, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb

28.04.2024 746
.

"Qalatasaray"ın keçmiş oyunçusu tutuldu

"Qalatasaray"ın keçmiş oyunçusu Jo Alves Braziliyada saxlanılıb. xarici mediaya istinadla bildirir ki, futbolçu təmsil etdiyi "Amazonas" klubunun heyəti ilə "Ponte Preta" klubu ilə oyuna gedərkən polis avtobusa saxla əmri verib. Daha sonra polislər Alvesi tutaraq şöbəy

09.05.2024 478
.

Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm

Oyunçulardan razı qaldım. Onları "Neftçi"yə qarşı o qədər də çox motivasiya etmirəm. "Report" xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXII turunda "Neftçi" ilə qarşılaşmadan sonra keçirilən mətbuat konfransınd

05.05.2024 436
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21.04.2024 413