Bu il hepatit B və C diaqnozu qoyulan xəstələrin sayı AÇIQLANDI

Bu il hepatit B və C diaqnozu qoyulan xəstələrin sayı AÇIQLANDIAzərbaycanda B və C hepatitlərinin yayılmasına qarşı mübarizə tədbirləri aparılır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə, "B və C hepatitli xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması üzrə komissiya" fəaliyyət göstərir.

Sözügedən komissiya B və C virus hepatiti infeksiyasına yoluxmuş xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri tərəfindən imzalanmış 10 fevral 2022-ci il tarixli qərara əsasən TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin bazasında yaradılıb. Komissiya tərəfindən ilk xəstələrin qəbuluna 20 aprel 2022-ci il tarixdə başlanılıb.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun 31 yanvar 2023-cü il tarixli əmri ilə Komissiyanın Əsasnaməsi təsdiq edilib. Komissiya sədr, katib və beş nəfər ixtisaslı həkimdən ibarət üzvlərdən ibarətdir.

2023-cü ilin iyul ayına qədər "B və C hepatitli xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması üzrə komissiya"nın fəaliyyəti nəticəsində 1329 nəfər müayinə olunub. Onlardan 61%-i kişi, 39%-i isə qadındır. Komissiyadan keçən xəstələrdən 367 (27,6%) nəfərə hepatit B, 934 (70,3%) nəfərə hepatit C və 25 (1,9%) nəfərə hepatit B və C ko-infeksiyası diaqnozu qoyulub.

B və C virus hepatitlərdən müalicə almış insanların sayı 1086 (müraciət edənlərdən 82%) nəfər olub. Onlardan 502 (46,2%) nəfər Bakı şəhəri qeydiyyatında olanlardır. Müalicəyə cəlb olunan şəxslərdən 840 (77,3%) nəfər hepatit C, 227 (20,9%) nəfər hepatit B, 19 (1,7%) nəfər isə hepatit B və C ko-infeksiyasına qarşı dərman preparatları ilə təmin olunub.
Hepatitlərin müalicəsinin əlçatanlığını təmin etmək məqsədi ilə ölkənin digər regionlarında da komissiyaların təşkili planlaşdırılır. Əhali arasında viruslu hepatitlərin yayılmasının qarşısını almaq üçün TƏBİB əlaqəli beynəlxalq qurumlarla işi davam etdirməkdədir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hepatitlərin eliminasiya strategiyası çərçivəsində 2030-cu ilə qədər hepatitə yeni yoluxmaların 90%, hepatitlə əlaqəli ölümlərin isə 65% azaldılmasını hədəfləyib. Bu məqsədlə hepatitlərin diaqnostikası, immunoprofilaktikası və müalicəsinin ilkin səhiyyə xidmətləri çərçivəsində əlçatanlığı təmin olunmalıdır. Hazırda hepatit A və B-nin qarşısının alınması üçün effektiv və təhlükəsiz peyvəndlər mövcuddur. Bu peyvəndlərin milli peyvənd təqviminə daxil edilməsi ÜST tərəfindən tövsiyə olunub və ölkəmizdə tətbiq olunmaqdadır. Səhiyyə xidmətləri ilə əlaqəli yoluxmaların qarşısını almaq üçün isə donor qanları müvafiq skrininqlərdən keçirilməli, müəssisə daxilində təhlükəsiz inyeksiya qaydalarına əməl olunmalı, tibb işçilərinin peyvəndlənməsi təşviq edilməlidir.

Qeyd edək ki, ÜST-ün 2019-ci ildə verdiyi məlumatlara əsasən, dünyada hepatit C ilə yaşayan insanların sayı 58 milyon, hepatit B ilə yaşayanların sayı isə 296 milyon nəfər təşkil edib ki, onlardan da 1,1 milyon nəfəri 2019-cu ildə bu infeksiyalar və onların təsiri, o cümlədən qaraciyər xərçəngi, sirroz və xroniki virus hepatitlərinin səbəb olduğu digər ağırlaşmalar səbəbindən vəfat edib.

Əlverişli, təhlükəsiz və effektiv müalicə üsulları ilə hepatit B ilə yaşayan insanlarda qaraciyər xəstəliklərinin və qaraciyər xərçənginin qarşısının alınması, eyni zamanda hepatit C ilə yaşayan insanları isə tam sağaltmağın mümkün olmasına baxmayaraq, ÜST-ün hesablamalarına görə, dünyada hepatit B infeksiyasına yoluxmuş insanların yalnız 10%-i, hepatit C infeksiyasına yoluxmuş insanların isə 21%-i öz xəstəliklərindən xəbərdardırlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 391   Tarix: 30 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyəli məşhur aktrisa vəfat etdi

'Uygun Adım Aşk', 'Acar Kafadarlar', 'Alev Alev' kimi seriallarda rol alan məşhur aktrisa Pelin Yoru dünyasını dəyişib. türk mediasına istinadən xəbər verir ki, 42 yaşlı aktrisanın ölüm səbəbi hələlik məlum deyil. Mərhumun cənazəsi Kilyos qəbiristanlığında torpağa tapşırılıb

31.10.2024 718
.

Tağı Əhmədovun hakim oğlu haqda xüsusi qərar çıxarıldı

Bakı Apellyasiya Məhkəməsi Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun cəzalandırılması üçün xüsusi qərar qəbul edib. "Qafqazinfo"nun məlumatına görə, buna səbəb R.Əhmədovun bir neçə yaşayış binasının sakinlərinin məcburi köçürülməsi ilə bağlı qərar çıxarması olub. Yuxarı instansiya məhkəməsini

31.10.2024 425
.

Diddi CeyLo ilə mübahisə etdiyi üçün 13 yaşlı qıza təcavüz edib?

Cinsi təcavüz və insan alverində ittiham olunduğu üçün həbs edilən "Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombs haqqında ittihamlar gün keçdikcə artır. Axşam.az xəbər verir ki, reper haqqındakı növbəti iddialardan biri isə onun Nyu-Yorkda 200-ci ildə baş tutan "MTV VMA"

31.10.2024 354
.

Yaşayış binasındakı yanğının təfərrüatı açıqlandı

Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt avtomobil yolunun 7-ci km-də 11 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 7-ci mərtəbəsinə qədər pəncərə çərçivələri və kondisionerlər yanıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyya

31.10.2024 154
.

Mehriban Əliyeva ailə üzvləri ilə Pantomim Teatrında - Fotolar

Oktyabrın 31-də Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Azərbaycan Dövlət Pantomim Teatrının binasında mövcud vəziyyətlə tanış olublar. Axşam.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Birinci vitse-prezident Mehriban Əliyevaya və ailə üzvlərinə teatr haqqında məlumat verib. Bildirild

31.10.2024 241
.

62 yaşlı qadın ərini sinəsindən vurub öldürdü

Rusiyanın Sankt-Peterburq şəhərində 62 yaşlı pensiyaçı münaqişə zamanı ərini sinəsindən bıçaqlayaraq, öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Marşal Jukov prospektindəki yaşayış binasında baş verib. Təqaüdçü əri ilə mübahisə edib, daha sonra bıçağı götürərək kişinin sinəsindən bıçaqlayıb

31.10.2024 240
.

Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu

Tərəflərdən biri Xalq artisti Ağadadaş Ağayev olan insidentlə bağlı məhkəmə prosesi başlayıb. "Qafqazinfo"nun məlumatına görə, müğənni balta atdığı "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilovla birgə mühakimə ediləcək. Amma təqsirləndirilən Xalq artisti ilk məhkəməsinə gəlməyib

31.10.2024 357
.

Noyabrın ilk günü hava belə olacaq

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi günü

31.10.2024 250
.

Mehriban Əliyeva qızları və gəlini ilə açılışda - Fotolar

Bu gün Bakının Xətai rayonundakı Alim Məmmədov adına körpələr evi-uşaq bağçası təmirdən sonra yenidən istifadəyə verilib. Axşam.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri bağçada yaradılmış şəraitlə tanış olublar. Uşa

31.10.2024 549
TOP MP3