Bu quşlar meşələrin məhv olmasına səbəb ola bilər

Bu quşlar meşələrin məhv olmasına səbəb ola bilərMasallı meşəsi vağ quşlarının kütləvi məskəninə çevrilib.

Adətən su hövzələri ətrafında gördüyümüz Vağ quşları bu dəfə Masallı rayonunun Viləş kəndində meşə zolağında məskən salıblar. Belə bir şey indiyə qədər müşahidə olunmadığından sakinlərin marağına səbəb olub.

Kənd sakinlərinin sözlərinə görə, quşlar bu ərazidə təqribən 2 - 3 ay bundan əvvəl görünməyə başlayıb.

Hazırda hər ağacda demək olar ki, 50-yə yaxın quş yuva qurub. Buna baxmayaraq, meşə ərazisində quşların kütləvi leşlərinə də rast gəlinir.

Mövzu ilə bağlı Qızılağac Milli Parkının elmi işçisi Müstəqim Bəşirov "Xəzər Xəbər"ə bildirib ki, quşların yerini dəyişməsi təbii prosessdir. Quşlar Qızılağac Milli Parkı ərazisindən təqribən 5 km uçaraq yerlərini dəyişiblər. Onların yerlərinin dəyişməsi qida ilə bağlıdır. Meşə ərazisinə yaxın yerlərdə yonca, buğda sahələri var. Quşlar da yonca, buğda sahələrinə daraşan qurd və çəyirtkələrlə qidalanırlar. Vağlar sakinlərə, təsərrüfatlara ziyan verməsələr də, onların ifrazatı meşə zolağındakı ağacların tamam məhv olmasına səbəb ola bilər.

Elmi işçi onu da bildirib ki, quşların yerdəyişməsi müvəqqətidir. 1 - 2 aydan sonra onlar yenidən su hövzələrinə qayıdacaqlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 366   Tarix: 23 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub

Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub

22:10 0
.

Azərbaycanda məktəblilər arasında dava: Ölən var

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticlənib. APA xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb. 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasın

10:28 993
.

Azərbaycanda məktəblinin mübahisədən sonra ölməsi ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB + VİDEO

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb. Bu barədə "Qafqazinfo"ya İdarədən məlumat verilib. Bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığ

16:42 367
.

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin bəzi nümayəndələrinə qarşı sui-qəsd hazırlayan agent şəbəkəsi ifşa edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Saxlanılanlar arasında V. Zelenskini

17:46 229
.

Yağış nə vaxt dayanacaq? - Hava ilə bağlı vacib açıqlama

"Yaxın günlərdə dağlıq rayonlarına qar yağacaq". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Direktor bu gün Bakıda və Abşeron yarmadasında, eləcə də bölgələrdə yağıntılı hava şəraitinin davam edəcəyini vurğulayıb

11:37 1935
.

İtaliyada çirkab su təmizləmə zavodunda qəza: 5 ölü, 1 yaralı

İtaliyanın Siciliya adasındakı Kasteldaccia qəsəbəsində çirkab su təmizləmə zavodunda qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 5 işçi qazdan zəhərlənərək ölüb. İtaliya mediasının yaydığı məlumata görə, Palermo şəhəri yaxınlığındakı Kasteldaccia şəhərində 1 işçi isə terapiyaya aparılıb. Polisi

12:29 90
.

Vyetnamda sendviçdən 560-dan çox insan zəhərlənib

Vyetnamda çörəkbişirmə zavodunda hazırlanan sendviçdən 560 nəfər zəhərlənib. BİG.AZ xəbər verir ki, zəhərlənən insanlar xəstəxanaya yerləşdiriliblər. Onların tam olaraq nədən zəhərləndikləri məlum deyil. BBC-nin məlumatına görə, zəhərlənən 560 nəfərdən 12-nin vəziyyəti ağırdır və indiyədək 200 nəfə

13:34 117
.

Somalidə 8 min insan təxliyə edildi

Somalidə güclü yağışlar səbəbindən insanlar evlərindən təxliyə olunub. BİG.AZ xəbər verir ki, ümumilikdə 8 min insan təxliyə edilib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) bəyanat yayıb. Qeyd edilib ki, yağışlar Hiran bölgəsində effektiv olu

10:30 166
.

Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO

Müğənni Nadir Qafarzadə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişində aparıcı Elgiz Əkbər bildirilib. Qeyd edilib ki, sənətçi səhhətində problem yarandığından hazırda xəstəxanadadır və onun təzyiqi dünən 190-dan çox olub. Sənətçi ilə canlı bağlatı yaradılacaq

14:57 500