Kişilərə qarşı zorakılıq artıb - qlobal trend, yoxsa milli özəllik...

Kişilərə qarşı zorakılıq artıb - qlobal trend, yoxsa milli özəllik...Əhməd Qəşəmoğlu: "10-15 il əvvəl zarafatla kişilərin müdafiə komitəsinin yaranacağını deyirdim, amma indi..."
"Kişilərin zorakılığa məruz qalması halları çoxalıb".

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə bildirib. Onun sözlərinə görə, kişilərin son dövrlər zorakılığa məruz qalmaları barədə müraciətləri çoxalıb. Onlar zorakılığa məruz qaldıqları barədə məlumatları aidiyyəti qurumlara bildiriblər.

Bəs ölkədə kişilərə qarşı zorakılıq niyə artır?

Ümumiyyətlə, son illərdə bütün dünyada kişilərə qarşı aqressiya artan tendensiyada davam edir. BMT-nin son illər apardığı araşdırmalara görə, ailədaxili, məişət zorakılığı zamanı qurban rolunda kişilərin sayı çoxalmağa başlayıb. Təbii ki, məişət zorakılığının bir neçə forması var. Bura fiziki, psixi, iqtisadi və cinsi zorakılıq daxildir. Araşdırmalar göstərir ki, dünyada get-gedə kişilər daha çox qadın zorakılığına məruz qalır. Belə ki, ABŞ Ədliyyə Departamentinin məlumatına görə, əri tərəfindən döyülən hər 15 qadına qadın tərəfindən döyülən 8 kişi düşür. Eyni zamanda qadınların ərləri ilə mübahisə zamanı 2,5 dəfə daha çox bıçağa əl atdığı, 2 dəfə çox isə öz partnyorlarına ağır xəsarətlər yetirdiyi bildirilir.

Rusiyada və ABŞ-da hazırda həyat yoldaşını öldürən hər 100 kişiyə ərini öldürən 75 qadın düşür. Ekspertlər yaxın onilliklərdə bu nisbətin bərabər olacağını iddia edir. Böyük Britaniyada 2018-ci ildə keçirilən sorğu zamanı rəyi soruşulan 38 faiz qadın və 24 faiz kişi tərəf müqabilinə fiziki şiddət göstərdiyini etiraf edib. Statistikaya görə, 40 milyon əhalisi olan Keniyada 2,1 milyon kişi qadınlar tərəfindən fiziki və psixoloji şiddətə məruz qalır. Ölkədə qadınlar ərlərini aldadır, onları ev işlərini görməyə və uşağa baxmağa məcbur edirlər.

Artıq bir çox ölkələrdə kişilərin hüquqlarını müdafiə komitələri və kişi sığınacaqları var. Məsələn, Türkiyədə, İsveçrədə, ABŞ-da, Almaniyada, Kanadada, Niderlandda zorakılığa məruz qalan kişilər üçün xüsusi sığınacaqlar fəaliyyət göstərir. Kişilərə qarşı zorakılıq faktlarının artma səbəbinə gəldikdə, mütəxəssislər bildirir ki, xüsusilə koronavirus pandemiyasından sonra həm dünyada, həm də Azərbaycan ailələrində sosial-iqtisadi, psixoloji gərginlik, aqressiya artan tendensiyada davam edir. Ailələrdəki bu gərginlik isə əksər hallarda fiziki təzyiqlərə gətirib çıxarır, hansı ki, bəzi kişilər də artıq fiziki təzyiqin qurbanı olur.

Əhməd Qəşəmoğlu: "Kəndlilərin heç də hamısı Bakıya gələn kimi xoşbəxt olmayıb"

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb: "Hələ 10-15 il əvvəl müsahibələrimdə deyirdim ki, ölkədə kişilərə qarşı zorakılıq halları artacaq. Hətta zarafatla bildirirdim ki, buna görə kişilərin müdafiə komitəsini yaratmaq lazımdır. Məsələ burasındasır ki, ölkəmizdə ailə ilə bağlı həyata keçirilən siyasət metodikası səhvdir. Çünki biz artıq uzun illərdir hay salırıq ki, ancaq qadınların hüquqları pozulur, qadınlar zorakılığa məruz qalır, kişiləri isə yaddan çıxartmışıq. Dərindən düşünməliyik ki, iki insan arasında əgər gərginlik varsa, biz ikisini də təhlil etməliyik. Amma biz birinə əhəmiyyət vermir və digərini daha da qızışdırmış oluruq. Sizcə, bunun sonu yaxşı nəticələnməli idimi?

Əslində isə biz 10-15 il əvvəldən artıq metodik cəhətdən həm qadınları, həm də kişiləri birlikdə maarifləndirməli, ailə dəyərləri haqqında ətraflı məlumat verməliydik. Ailənin mahiyyəti, ailə quran hər bir gənci nə gözləyir, bu barədə danışmalıydıq. Amma biz xarici ölkələrin qızışdırıcı, dağıdıcı qrantları ilə hay saldıq ki "Azərbaycan kişisi vəhşidir, qadını öldürür", qadınlara isə dedik ki, "siz demokratik, azad cəmiyyətdə yaşayırsınız, öz hüquqlarınızı qoruyun" və sairə. Beləliklə, orta məktəbdən başlayaraq, cəmiyyətimizə ailənin mahiyyətini başa salmalı, kişiləri də maarifləndirməliyik ki, cəmiyyət artıq 30 il əvvəlki kimi deyil. Həmçinin qadınlar da anlamalıdır ki, azad, sərbəst yaşamaq istəyin hər şeyi etmək demək deyil.

Bir məqamı da qeyd edim ki, ölkədə iqtisadi vəziyyət ağırlaşdıqca ailələrdə gərginlik artır. İstər-istəməz sosial çətinlik ailələrdə söz-söhbətin yaranmasına gətirib çıxarır, qadın kişiyə psixoloji təzyiq edir, deyinir və sairə. Kişinin isə gücü yumruğuna çatır, qadına şiddət göstərir. Qadın da özünü müdafiə etmək üçün qarşı tərəfə zorakılıq göstərməyin yollarını düşünür. Bütün bunların hamısı kişilərə qarşı zorakılıq faktlarını artırır.

Əgər cəmiyyət günü-gündən mürəkkəbləşirsə, biz bunu dərindən təhlil etməli, zorakılığa məruz qalanlarla bağlı araşdırma aparmalı, səbəbləri nəzərə alıb, fəaliyyət proqramları hazırlamalıyıq. Bu fəaliyyət proqramlarında qanunvericilikdə hansı dəyişikliklərin edilməsi, maarifləndirmə işləri necə görülməli, hüquq mühafizə orqanlarının rolu nədə olacaq və sairə nəzərdə tutulmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 588   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu ilə bağlı proqnoz təqdim ediblər. Tədqiqat "The Lancet" elmi jurnalında dərc olunub. Hesablamalara görə, 2022-2050-ci illər arasınd

10:10 153
.

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Son günlər sosial şəbəkələrdə zəhərli tarantulların satışı həyata keçirilir. Bəzi insanlar tərəfindən hobbi olaraq saxlanılan bu hörümçəklərin sancması ciddi ölüm riski yaradır. Ancaq buna baxmayaraq, yenə də bu həşəratlar maraqla qarşılanır, onları alıb evdə saxlayanlar və satışını həyata keçirənlə

14:10 0
.

Mətbəxdə ən lazımsız 4 ləvazimat

Mütəxəssislər mətbəxdə ən lazımsız şeyləri açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, bu ləvazimatlar faydalı deyil. Ədviyyat şkafı. Çox vaxt görürük ki, bir çox ədviyyatlar toza çevrilir və dadını itirir. Təravətini itirmiş istənilən ədviyyatdan qurtulmağı və onları az miqdarda almağı məsləhə

12.05.2024 877
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

16.05.2024 249
.

34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir

Hazırda dünyada 34 ölkədə qadağan olunan bu məhsul, Azərbaycanda demək olar ki, çiçəklənmə dövrünü yaşayır. Söhbət elektron siqaretlərdən gedir. Uşaq, böyük, qadın, kişi - istənilən insanın əlində bu kiçik, rəngli alətlərə rast gəlmək olur. Siqaret aludəçiliyinə son qoymaq və istifadəçilərin nikotin

12.05.2024 853
.

Qadının əsnəməkdən çənəsi kilidləndi

ABŞ-də qadın əsnəyərkən bədbəxt hadisə ilə üzləşib. BİG.AZ "Unikal"-a istinadən xəbər verir ki, qadının əsnədiyi zaman çənəsi kilidlənib. Elmi adı trismus adlanan bu vəziyyət qadını və ailəsini narahat edib. İlk zaman amerikalının ailəsi onun zarafat etdiyini düşünüb. Lakin çənəsini bağlay

18.05.2024 338
.

Gürcüstanda tələbələr tətilə və etiraz aksiyasına başlayacaqlar

Gürcüstanda tələbələr tətilə başlayacaqlar. "Report" un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Dövlət Universitetinin tələbələri birgə açıqlama ilə çıxış edərək bildiriblər. Onlar bildiriblər ki, hökumətin "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini qəbul etmək niyyətin

12.05.2024 251
.

Bakıda tramvay xəttinin reallaşmasına artıq başlanılıb

"Baş plan strateji bir sənəddir. Gündəlik icra üçün sənəd deyil. Baş plan Bakı şəhərinin yaxın 30 il müddətində gələcək inkişafına istiqamət verən, gələcək istiqamətini müəyyənləşdirən bir sənəddir". Bu barədə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə AZƏRTAC-a müsahibəsind

11.05.2024 838
.

Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib

Gürcüstanda bloqer Uça Abaşidze və həyat yoldaşı Mariam Yaşvili barəsində həbs qətimkan tədbiri seçilib. "Report"un yerli bürosu xəbər verir ki, məhkəmənin hazırlıq iclası iyulun 2-nə təyin edilib. İclasda hər iki təqsirləndirilən şəxs iştirak edib. U.Abaşidzenin sözlərinə görə, o, axtarı

12.05.2024 295