Sevdiyin qız varmı?

Sevdiyin qız varmı?

Birinci həftə

Geyiminə diqqət yetir...
Səliqəli geyim hamının diqqətini cəlb edir.Qızlarsa səliqəli geyimli oğlanlara qarşı biganə deyillər.Dəblə ayaqlaşmaq lazım deyil, əsas sənə yaraşan geyimdə onun qarşısında çıxmaqdır...
Sevdiyin qız varmı?Ona qarşı isti münasibətdə ol...
Onun nəzərini özünə cəlb etmək üçün onun beynində sənə qarşı bir neçə müəmmalı, maraqlı suallar doğur.Bu suallar onda sənə qarşı maraq oyadacaq.
Sevdiyin qız varmı?Onu baxışlarınla qarşıla...
Gözlər insanların nəzərini özünə cəlb etmək üçün ən kəsici silahdır.Onu gördüyün zaman gözlərini ondan ayırma və bir neçə saniyə onunla baxış.

İkinci həftə

Şokolad təklif et...
Şokoladı çox insan sevir, xüsusən də qızlar.Onu bir parça şirniyyə qonaq et...Bu münasibət səmimiliyi artırır.
Sevdiyin qız varmı?Özün kimi ol...
Vaxtını və pulunu xərcləyib, hər gün yeni görkəmdə onun qarşısına çıxmaq əvəzinə, özünə və xasiyyətinə uyğun geyim stili seç.Sən onun gözündə bu imiclə yadda qalacaqsan...
Sevdiyin qız varmı?Məşğuliyyəti ilə maraqlan...
Hər qızın öz məşğuliyyəti var.Bu cür hobbi çox vaxt oğlanların ürəyincə olmur.Lakin sən fərqli olmalısan.Onun pərəstiş etdiyi ulduzla maraqlan və baxdığı serial haqqında məlumat topla ki, söhbət əsnasında ortaq bir mövzuda qarşılaşasınız...
Sevdiyin qız varmı?Rəfiqəsi ilə münasibət qur...
Onun rəfiqəsi ilə söhbət edərkən gözəl bir qızla maraqlandığını gizlətmə.Hətta söhbət əsnasında onu xatırladacaq bir neçə sətiraltı sözdəndə istifadə et.Bu danışılanlar onun qulağına mütləq çatacaq.
Sevdiyin qız varmı?Diqqət..!!!
Söhbət edərkən o sənin dostun haqqında ağız dolusu danışırsa, onunla maraqlanmağa son qoy...

Üçüncü həftə

Telefon nömrəsin istə...
Onunla telefonla danışmaq üçün bir bəhanə tap və nömrəsin istə.Beləcə, qısa bir mesaj yazaraq onun marağına səbəb ola bilərsən.
Sevdiyin qız varmı?Təəcübləndir...
Görüşünüzdən bir gün əvvəl ona hədiyyə al və gülər üzlə təqdim et...Görəsən reaksiyası necə olacaq?
Sevdiyin qız varmı?Səhv et...
Onun yanından keçərkən "səhvən" ona toxun və üzr istə.Əgər hələ də tanış deyilsənsə, bu, özünü ona göstərmək üçün əla vasitədir.Yox, əgər tanışsınızsa, vəziyyəti layiqincə dəyərləndir.
Sevdiyin qız varmı?Sirrini bölüş...
Unutma sevgili olmaq keçicidir.Hər şeydən əvvəl onunla dost olmalısan.Bir-birinizin daxili aləminə bələd olmağınız sizi qəlbən daha yaxın edir.Ən əsası onun haqqında bildiklərini başqalarıyla paylaşma.Bu hərəkətin sənin yaxşı sirdaş olduğunu ona sübut edəcək.
Sevdiyin qız varmı?Diqqət:
Əgər onu tanıyanlardan yüngül xasiyyətli biri olduğunu eşitmisənsə, ona yaxınlaşmağa belə dəyməz...

Dördüncə həftə

Zəng et...
Unutma ki, qadın diqqəti sevir.Səbəbsizdə olsa ona zəng et.
Sevdiyin qız varmı?Gəzməyə çıxmaq təklifi et...
Gözləməklə bir şey əldə edə bilməzsən.Onunla şam etmək istəyini bildir.Və ya maraqlı bir filmə bilet alıb, bərabər kinoya getməyi təklif et.
Sevdiyin qız varmı?Danış...
Onunla danışmağın zamanı gəldi.Onsuzda bu qədər yaxınlaşmadan sonra o, sənin hisslərin haqqında müəyyən fikir sahibi olmuşdur.
Sevdiyin qız varmı?Diqqət..!!!
Səninlə görüşə gələndə gecikibsə, bunu adi qarşıla.Gecikmək qızların adətidir.

Əgər o, sənin düzgün seçimindirsə, o zaman işlər çoxdan yolunda getməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 11268   Tarix: 04 fevral 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş