Kriştiano Ronaldo bu il ən çox qazanan idmançı oldu

Kriştiano Ronaldo bu il ən çox qazanan idmançı olduDünya şöhrətli futbolçu Kriştiano Ronaldonun adı 2023-cü ildə ən çox qazanan idmançı kimi "Ginnesin rekordlar kitabı"na düşüb.

Axşam.az xəbər verir ki, "Forbes" jurnalının məlumatına görə, portuqaliyalı futbolçu il ərzində rekord gəlir - 136 milyon dollar (təxminən 231 milyon manatdan çox) əldə edib. Ronaldo bu məbləğin 46 milyon dollarını (təxminən 78 milyon manatdan çox) futbol meydançasından, 90 milyon dollarını (təxminən 153 milyon manata yaxın) isə kənardan qazanıb.

Bununla da o, 2017-ci ildən bəri ilk dəfə (ümumilikdə isə üçüncü dəfə) sözügedən siyahıya liderlik edib.

Siyahıda ikinci yerdə illik gəliri 130 milyon dollar (təxminən 220 milyon manatdan çox) olan argentinalı futbolçu Lionel Messi, üçüncü sırada isə 120 milyon dollar (təxminən 204 milyon manatdan çox) qazancla fransalı Kilian Mbappe qərarlaşıb.

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna transfer olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 579   Tarix: 16 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Göygöldə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokunun ilk günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 7 bürünc medal əldə ediblər. "Report"un məlumatına görə, qızların yarışında 40 kq, 44 kq, 48 kq və 52 kq çəki dərəcəsində oğlanlarda isə 50 kq, 55 kq, 60 kq və -66 kq çək

05.05.2024 398
.

Azərbaycan Basketbol Liqasında növbəti finalçı məlum olub

Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində bu gün daha bir oyun keçirilib. "Report" xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "Xəzri" və "NTD-İndiqo" arasında ikinci görüş baş tutub. Qarşılaşma birincilərin qələbəsi ilə başa çatıb - 86:81. Komandaları

12.05.2024 343
.

Tomas Müller həyat yoldaşı ilə ayrılıb?

"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müllerin həyat yoldaşı Liza Müller sosial şəbəkələrdə futbolçunu izləməyi dayandırıb və eyni zamanda birlikdə çəkilən fotoların çoxunu silib. Cütlük arasında münasibətlərin hansı vəziyyətdə olduğu dəqiq bilinmir. Qeyd edək ki, Tomas və Liza 15 ildir evlidirlər

12.05.2024 435
.

"Napoli" klubu Xviça Kvaratsxeliyanın maaşını 6 dəfə artırmağı düşünür

İtaliyanın "Napoli" klubunun rəhbərliyi futbolçusu Xviça Kvaratsxeliyanı klubda saxlamaq üçün maaşını 6 dəfə artırmağa hazırdır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın PSJ və İngiltərə Premyer Liqasında çıxış edən bir sıra klubların maraq dairəsində olan gürcüstanl

11.05.2024 322
.

"Qarabağ" hücumçusu ilə müqavilənin müddətini uzadıb

"Qarabağ" klubu futbolçusu Nəriman Axundzadənin müqaviləsinin müddətini uzadıb. "Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub. Nəriman Axundzadə ilə 2028-ci ilin iyununa qədə

05.05.2024 303
.

Luka Modriç "Real Madrid"in tarixinə düşdü

Luka Modriç adını "Real Madrid" klubunun tarixinə yazdırıb. Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, xorvatiyalı yarımmüdafiəçi "Real Madrd" klubunun forması ilə yaşıl meydanlara çıxan ən yaşlı futbolçu adına yiyələnib - 38 il 238 gün. Beləliklə, Luk

05.05.2024 442
.

"Liverpul"un sükanı arxasına kimin keçəcəyi təsdiqləndi

Arni Slot keçirilən mətbuat konfransında "Liverpul" klubunu çalışdıracağını rəsmi olaraq təsdiqləyib. Məlumata görə, üç il Niderlandın "Feyenoord" komandasını çalışdıran təcrübəli mütəxəssis yeni mövsümdən etibarən karyerasını İngiltərədə davam etdirəcək. "Artıq rahat şəkild

18.05.2024 245
.

Messili "İnter Mayami" məğlubiyyətsizlik seriyasını doqquz matça çatdırdı

MLS çempionatının növbəti turunda "İnter Mayami" doğma meydanda "DC Yunayted"i qəbul edib. xəbər verir ki, Fort Lauderdeyldəki DVR stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunu 90+4-cü dəqiqədə Leonardo Kampana vurub. Qeyd edə

19.05.2024 194
.

Karlos Teves baş məşqçisi olduğu klubdan ayrılıb

Argentina millisinin sabiq futboçusu Karlos Teves baş məşqçisi olduğu "İndependiente" klubundan ayrılıb. "Report" Argentina klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis komandadan ayrılmaq qərarını özü verib. O, "İndependiente" kollektivini 2023-c

19.05.2024 178