Yol kənarında turistsiz qalan obyektlər: Ekspertlər nə məsləhət görürlər?

Yol kənarında turistsiz qalan obyektlər: Ekspertlər nə məsləhət görürlər?İsmayıllı-Şəki yolunda aparılan təmir-bərpa işləri həmin ərazidə fəaliyyət göstərən turizm obyektlərinin fəaliyyətinə ciddi təsir edib. Turistlərin sayı kəskin azalıb, gəlir səviyyəsi aşağı düşüb. Ekspertlər sahibkarlara səbirli olmağı məsləhət görürlər.

Bir müddətdir ki, İsmayıllı-Şəki yolunda əsaslı təmir-bərpa işləri aparılır. Bu yolla hərəkət etmək xeyli çətinləşib. Bu səbəbdən məlum istiqamət üzrə turistlərin axınında azalmalar müşahidə olunur. Qeyd edək ki, təmir işləri aparılan yol boyunca çoxsaylı istirahət mərkəzləri, təndirxanalar, restoranlar, kafelər mövcuddur. Nəticədə, hər il yay aylarında müştərilərlə dolu olan bu restoranlar, istirahət mərkəzləri indi boş qalıb. Üstəlik, bir neçə gün əvvəl yaşanan sel fəlakəti turizm obyektlərinin vəziyyətini daha da çətinləşdirib. Belə vəziyyətdə tək qazanc yeri turistlər olan obyekt sahibləri nə etməlidirlər?

"Kaspi" qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edirik.

Turistlərə əvvəlcədən məlumat verilməlidir

Turizm eksperti Ramin Zamanov deyib ki, bu məsələdə tək çarə yolların inşasının yekunlaşmasını gözləməkdir:

"Turistlərin səfəri üçün alternativ yollar təklif oluna bilər. Yolsuzluq şəraitinə uyğun nəqliyyat vasitələrindən istifadə də mümkündür ki, səyahətlərini əvvəlcədən planlamış turistləri ünvana çatdıra bilsinlər. Məsələn, safari tipli nəqliyyat vasitələri seçilə, yaxud piyada keçidlər qoyula bilər. Yollarda təmir işləri aparılırsa, turistlərə əvvəlcədən bu barədə məlumat verilməlidir".

Həmin zonalarda aktivlik yaranacaq

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov isə bildirib ki, bu rayonlara hazırda insanlar az üz tutsa da, təmirdən sonra səyahətlərin sayı artacaq:

"İsmayıllı-Şəki yolunda hazırda təmir-bərpa işləri gedir. İstənilən infrastruktur işləri - yolların bərpa olunması, kommunikasiya xətlərinin çəkilməsi iqtisadi canlanma yaradır. Yolun təmiri müsbət haldır. Gələcəkdə həmin yerlərin turizm bölgəsi olaraq inkişafına xidmət edəcək. Çünki yol daha rahat, ərazilər daha əlçatan olarsa, həmin yerlərə gedən turistlərin intensivliyi də artar. Bu zonalarda aktivlik yaranacaq, daha çox istirahət mərkəzləri, otellər fəaliyyət göstərə biləcək. Çünki turistlər, əsasən daha əlçatan yerlərə səyahət etməyi üstün tuturlar".

Belə vəziyyətdə obyektlərin işləməyi çox çətindir
C.Aşurovun fikrincə, yol təmiri sahibkarları düşünərək indiki vaxta salınmamalı idi:

"Yol tikintisi müvəqqəti xarakter daşıyır. Amma yaxşı olardı ki, təmir-tikinti işləri mövsüm vaxtı aparılmasın. Qeyri-mövsümi zamanda olsaydı, sahibkarlara dəyən ziyan daha az olardı. Bu, əslində razılaşdırılmalı idi. Adətən, belə təmir-tikinti işləri sahibkarlıq subyektlərinin fəaliyyəti nəzərə alınaraq mövsüm olmayan vaxtlarda həyata keçirilir. İnsanların istirahətə getdiyi dövrdə qazıntı işlərinin aparılması fonunda obyektlərin işləməsi çox çətindir. Ancaq mövcud şəraitdə atıla biləcək başqa addım yoxdur".

"Heç kim biznesin riskləri olduğunu fikirləşmir"

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, sahibkarlıq fəaliyyətində belə hallar çox baş verir:

"Həmişə soruşulur ki, niyə mövsüm vaxtı qiymətlər daha baha olur. Amma heç kim biznesin riskləri olduğunu fikirləşmir. Sahibkar obyektdən üç ay pul qazanır, amma doqquz ay müştərisi olmur. Sahibkar hər bir halda obyektin xərclərini ödəməlidir. Qiymətlərin baha olduğunu deyəndə onların problemlərini düşünmürük. Bu məsələ sahibkarın öz problemidir. Yol çəkilir, yaxud sel gəlib deyə, onlara büdcədən yardım edilməsindən söz gedə bilməz. Çünki bu, büdcə təyinatına uyğun deyil. Güzəştli kreditlər verilməsini də deyə bilmərik. İnsanlara satışı kompensasiya etmək üçün kredit vermək ədalətli çıxış yolu deyil".

X.Kərimli qeyd edib ki, sahibkarların tək yolu insanları həvəsləndirməkdir:

"Bu obyektlərin dövriyyəsi tam olaraq aşağı düşməyəcək. Çünki, vətəndaşlar yenə də alternativ yollardan istifadə edərək, bir az artıq məsafə qət edərək həmin ərazilərə gedə biləcəklər. Amma, yol çəkilən hissədəki sahibkarlar satış dəyərinin itirilməsindən əziyyət çəkəcəklər. Qiymətləri maksimum ucuzlaşdırmalıdırlar ki, vətəndaşlar həvəsləndirmə yolu ilə gəlsinlər. İnsanlar fikirləşsinlər ki, "pis yolla gedəcəyəm, amma daha ucuz şəkildə istirahət edəcəyəm". Təbii ki, bu müddətdə sahibkarlar pul qazanmayacaq, hətta ziyana da gedə bilərlər".

"Ziyanı öz hesablarına qarşılamalıdırlar"

İqtisadçı düşünür ki, sahibkarlar səbirli olmalı və ziyanı öz hesablarına qarşılamalıdırlar: "Sahibkar həmişə pul qazanacaq" deyə bir qayda yoxdur. Nəzərə alaq ki, yol da çəkilməlidir. Çünki çəkilən yoldan həmin sahibkarlar da faydalanacaq. İnsanlar yeni yoldan istifadə edəcək və həmin sahibkarlara da xeyir verəcək. Bu halda insanların daha çox gəlməsi nəticəsində sahibkar əksinə, qiyməti daha da qaldıracaq. Bu, təbii biznes prosesidir. Onlar belə nüansları öz hesablamalarında nəzərə almalıdırlar. Sahibkarlar mövcud vəziyyətdə bu ziyanı öz ehtiyatları hesabına kompensasiya etməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 355   Tarix: 16 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yaponiyada 6 bal gücündə zəlzələ oldu

Yaponiyanın paytaxtı Tokionun cənubunda yerləşən Oqasavara adaları sahillərində yerli vaxtla 09:39-da zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6 bal gücündə qeydə alınıb. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Məlumata əsasən, zəlzələ yerin 50 kilometr dərinliyində baş verib. Zəlzələdə

21.05.2024 180
.

Bu bağban meyvələrini HƏRBÇİLƏR İLƏ BÖLÜŞÜR - VİDEO

Yəqinki alça görüb ağzı sulanmayan az adam olar. Ömründə heç olmasa bircə dəfə göycənin dadına baxanlar isə bu meyvəni görmədən dayana bilmirlər. Dadı və ləzzəti ilə yanaşı, həm də adı ilə məşhurdur Naxçıvan göycəsi. Muxtar Respublikanın bütün bölgələrində yerləşən göycə ilin məhz bu fəslində ən ço

21.05.2024 331
.

Aygün Kazımova kimdir? – Həyatında olan insanlar və saxladığı sirlər

Yəqin ki, Azərbaycan estrada sənətində Aygün Kazımovanın rolunu başqa heç kim oynaya bilməzdi. O, öz cəsarəti ilə yeni bir yol açdı və arxasınca gələnlər də ulduz oldular, lakin heç kim 36 illik sənət yolunda onun şöhrətinə kölgə sala bilmir. "Bioqrafiya" rubrikasında şou-biznesin sərhədlərin

21.05.2024 1987
.

ABŞ-da repçi silahla oynayarkən özünü başından güllələyib - VİDEO

ABŞ-lı repçi Raylo Huncho əlindəki silahla oynarkən ehtiyatsızlıqdan özünü güllələyib. BİG.AZ xəbər verir ki, hadisə reperin İnstaqram sosial şəbəkəsi üçün video çəkərkən baş verib. Raylo hadisə yerindəcə ölüb. Sözügedən videonu təqdim edirik:

21.05.2024 212
.

Armen Qriqoryan və Həməd Xamis Əl-Kubaisi Ermənistan-Qətər münasibətlərinin perspektivlərini müzakirə ediblər

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 21-də Dohaya işgüzar səfəri çərçivəsində Qətər Milli Təhlükəsizlik Şurasının baş katibinin müavini Həməd Xamis Əl-Kubaisi ilə görüşüb. xəbər verir ki, tərəflər Ermənistan-Qətər münasibətlərinin inkişaf perspektivlərini, o cümlədən iqtisadi

21.05.2024 113
.

"Zahid özü pis yola düşdü..." - VİDEO

Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu olşuna kiçik toy mərasimi keçirib. xəbər verir ki, o, sosial şəbəkələrdə onu qınayan insanların cavabını verib. Məclisində mərhum klarnet ifaçısı Zahidin musiqisini səsləndirməməsi qınanan Hüseynə özünə haqq qazandırıb. Həmkarının öz seçimi üzündə

21.05.2024 251
.

Türkan makiyajsız VİDEOsunu paylaşdı

Bir müddət öncə estetik cərrah bıçağının altına yataraq gözəlləşən müğənni Türkan Vəlizadə yeni videosunu yayımlayıb. xəbər verir ki, yeni görünüşündən ilhamlanan sənətçi video çəkərək makiyajsız halını yayımlayıb. İzləyiciləri ilə bu görünüşünü paylaşan Vəlizadəyə müxtəlif rəylər gəlib. Sözügedən paylaşım

21.05.2024 277
.

"Metro stansiyalarının çıxışlarında leşdən hazırlanan kolbasalar satılır"

"Metro stansiyalarının çıxışlarında kiloqramı 4-5 manata satılan kolbasalar, nəinki keyfiyyətli ətdən, heç keyfiyyətsiz ətdən də hazırlanmır. Çünki bu kolbasaların qiyməti ən aşağı qiymətə satılan at-eşşək ətindən belə ucuzdur. Sözügedən kolbasaların tərkibi haqqında heç bir dəqiq məlumat yoxdur"

21.05.2024 417
.

Narkotikə görə saxlanılan serialın məşhur aktrisası ilə bağlı qərar verildi: Roluna davam edəcəkmi?

Türkiyədə məşhur olan "Kızılcık şerbeti" adlı serialın tanınmış aktrisası, narkotik almaq istədiyi zaman saxlanılan Feyza Civelekin roluna davam edib-etməyəcəyi məlum olub. Serialda "Nilay" obrazı ilə tanınan Feyza Civelek bir müddət əvvəl narkotik alverçisi olduğunu düşündüyü polisdə

21.05.2024 844