"Evinə qızlar gətirirdi, mənzilimin qapısını döyüb yoldaşıma..." - Suraxanıda ŞOK

"Evinə qızlar gətirirdi, mənzilimin qapısını döyüb yoldaşıma..." - Suraxanıda ŞOKBakının Suraxanı rayonunda 1991-ci il təvəllüdlü İsa münaqişə zamanı qonşusu Fuada (adlar şərti verilib - red.) xəsarət yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, hadisə 6 sentyabr 2022-ci ildə rayonun Hövsan qəsəbəsində yerləşən "MİDA" yaşayış kompleksində baş verib.

İstintaq orqanı tərəfindən İsanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsa ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Fuadı təxminən bir ilə yaxındır tanıyır: "Fuad mənimlə qonşuluqda eyni binada yaşayıb, onunla aramızda münasibət var. Fuad kompüter sahəsini yaxşı bildiyi üçün bir neçə dəfə kompüterimi təmir edib. Mən də bir neçə dəfə Fuadı qonşu kimi "28 May" metrostansiyasının yaxınlığına işə aparmışam".

Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 4-də axşam saatlarında məhəllədə olan zaman Fuad yanında açıq geyimdə tanımadığı bir qızla məhəlləyə gəlib və onların evinə getməsini görüb:

"Bundan əvvəl bir neçə dəfə də ayrı-ayrı qızlarla Fuadın evinə getdityini gördüyüm üçün həmin vaxt təklikdə qızın kim olmasını soruşdum. Axşam Fuad zəng edərək nalayiq ifadələr işlətdi. Səhəri gün mənimlə söhbət etmək istədiyini bildirdi. Mən də razılaşdım".

İsanın ifadəsinə görə, sentyabrın 5-də "Neftçilər" metrostansiyasının yaxınlığında olan zaman Fuad yenə ona zəng edib:

"Məhəllədə 12-ci girişin qarşısında məni gözlədiyini bildirdi. Mən də 15-20 dəqiqəyə kimi gələcəyimi dedim. Bundan iki-üç dəqiqə sonra həyat yoldaşım Süsəndən zəng gəldi. O, kiminsə evin çöl qapısını kobud şəkildə təpiklə vuraraq döydüyünü, qapını açmağı tələb etdiyini, bərk qorxduğu üçün qapını açmadığını, çöldəki şəxsin yüksək səslə qışqıraraq ünvanıma qarşı nalayiq ifadələr işlətdiyini bildirdi.

Bu hadisədən bərk əsəbiləşdim. Məhəlləyə gələndən sonra Fuada zəng etdim. Lakin Fuad zənglərimə cavab vermədi. Təkrar onun əlaqə nömrəsinə zəng etdikdə isə telefonunu söndürdüyünü və zəng çatmadığını gördüm".

Təqsirləndirilən şəxs deyib ki, sentyabrın 6-da saat 08.30-da yaşadığı evdən çıxaraq işə gedən zaman Fuadı blokun qarşısında görüb: "Fuaddan niyə ailəmi narahat etdiyini soruşdum. Qolundakı saatı və əynindəki nazik gödəkçəni çıxardı. Sonra mənim üstümə yeridi.

Mənim Fuadla dalaşmaq niyyətim olmayıb. Sadəcə niyə yoldaşımı narahat etdiyini soruşmaq və cavab almaq istədim. Amma Fuad üstümə gələrək sol qolumdan tutdu və sındırmaq istədi. Sonra məni yerə yıxdı. Ona qarşılıq verdim. Özümü müdafiə etmək üçün onu yumruqla vurdum.

Biz bir neçə dəqiqə dalaşdıqdan sonra onu özümdən kənara itələdim, dayandırmaq istədim. Lakin Fuad dalaşmaq üçün yenə üstümə gəldi. Mən ondan ayrılaraq evimə doğru getdim.

Fuad arxadan gələrək başımın ənsə nahiyəsinə bir neçə yumruq vurdu. Yenidən dalaşmayaq deyə ona ikinci dəfə qarşılıq vermədim və evimə getdim".

Təqsirləndirilən şəxs deyib ki, həmin vaxt Fuadın onu vurması nəticəsində sifətindən, burnundan və başının ənsə nahiyəsindən, həm də bədəninin müxtəlif yerlərindən xəsarət alıb: "Evə qalxdıqdan sonra burnumun qanını kəsməyə çalışdım və gözümün alt hissəsinə buz qoydum. Bir az sonra Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsindən zəng etdilər və məni polis şöbəsinə çağırdılar. Mən də polisə getdim".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Fuadın sözlərinə görə, hər gün səhər tezdən saat 07.20-də yaşadığı evdən çıxıb və sərnişin avtobusu ilə "28 May" metrostansiyasının yaxınlığında yerləşən işə gedib: "Bəzən tələsdiyim üçün 1 manatlıq taksilərlə işə getmişəm. İsanı 1 manatlıq taksi sürücüsü kimi hadisədən təxminən 1 ay əvvəl tanımışam. Lakin aramızda heç bir münasibət olmayıb".

Zərərməkmiş qeyd edib ki, sentyabrın 2-də təxminən saat 07.30-da yaşadığı evdən çıxıb: "Dayanacaqda avtobus gözləyəndə İsa idarə etdiyi avtomobili ilə gəlib yanımda dayandı. 1 manata şəhərə sərnişin apardığını dedi. Mən də razılaşdım və həmin avtomobilə əyləşdim. İsa tanımadığım 3 nəfər sərnişin də götürdü və şəhər istiqamətində hərəkətə başladı.

Səməd Vurğun parkının qarşısında dayanacağa çatdıqda İsadan avtomobili saxlamasını xahiş etdim. Mən avtomobildən düşəndə ona 1 manat uzatdım. İsa pulu aldı və 1 manat da verməli olduğumu dedi. Mən isə qabaqcadan 1 manata razılaşdığımızı dedim. Buna baxmayaraq, İsa təkidlə daha 1 manat verməli olduğumu bildirdi. Mən razılaşmadıqda əlaqə nömrəmi istədi. Məndən həmin pulu alacağını qeyd etdi. Baş verənlərə o qədər də ciddi yanaşmadığım üçün söhbət uzanmasın deyə öz əlaqə nömrəmi İsaya verdim və oradan uzaqlaşdım".

Fuad qeyd edib ki, həmin gün axşam İsa ona zəng edib: "Söhbəti olduğunu və aşağı düşməyimi istədi. Səbəbi soruşduqda, pulunu verməyimi bildirdi. Razılaşmadım və biz telefonda mübahisə etdik. Həmin vaxt İsa məndən 1 manat əvəzinə 10 manat alacağını bildirdi, məni küçə söyüşləri ilə təhqir etdi. İsanın üzünə telefonu söndürdüm".

Fuad bildirib ki, sentyabr 5-də, axşam saatlarında İsa yenə də ona zəng edib və küçə söyüşləri ilə onu təhqir edib: "Yenə "adboy" verdim və nömrəsini bloka atdım ki, mənimlə əlaqə saxlaya bilməsin, söhbət yenidən qızışmasın. İsa bu dəfə də mənə SMS mətnləri yazmağa, hədə-qorxu gəlməyə başladı".

Zərərçəkmişin sözlərinə görə, sentyabrın 6-da, təxminən saat 07.30-da yaşadığı evdən çıxıb:

"Yaşadığım blokun qarşısında qəflətən arxadan İsan məni geriyə dartdı, boğazımdan tutaraq boğmağa başladı. Məni yerə yıxıb söydü. Əlləri və ayaqları ilə sifətimdən, bədənimin müxtəlif nahiyələrindən vurmağa başladı. Yerdə olduğum üçün özümü müdafiə edə bilmədim. Yalnız əllərimlə üzümü qorumağa çalışdım.

İsa bir neçə dəqiqə məni söyərək təhqir etdi. Əlləri və ayaqları ilə döydükdən sonra mobil telefonunu çıxararaq məni videoya çəkdi. Pulunu verməyəcəyim halda məni biabır edəcəyini dedi. Daha sonra getdi".

Zərərçəkmiş deyib ki, bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib. Ərazi üzrə Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gedərək, hadisə barədə məlumat verib.

Həmçinin bildirib ki, təqsirləndirilən şəxslə barışıb, təqsirləndirilən şəxsə qarşı heç bir iddiası yoxdur.

Bu cinayət işinə Suraxanı rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbədən İsanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 752   Tarix: 16 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Mayın 10-da Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinllərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində şəhərdəki tarixi abidələrin bərpasından danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu gün Şirinsu hamamının əsaslı təmirdən sonra açıldığını bildirib. Həmçinin Aşağı Gövhə

10.05.2024 211
.

Vətəndaş 345 manatı ala BİLMƏYƏCƏK? İyulun 1-dən saatlıq minimum əməkhaqqına KEÇƏ BİLƏRİK

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsind

10.05.2024 1030
.

32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO

32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Şəki rayonun Aşağı Kəldək sakini Aybəniz Məsimova sosial müavinət ala bilmir. Onun sözlərinə görə, həyat yoldaşından geri qalan nikah müqaviləsi sosial müavinət almaqda problem yaradır. "Ünvanlı sosial yardım üçün müraciət edəndə məndən sənədləri

10.05.2024 589
.

Leysan, sulu qar, 30° isti - Sabahın havası

Mayın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir

13:03 222
.

Rusiya:"Donetskdə Novokalinovo qəsəbəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Novokalinovo qəsəbəsini nəzarətə götürdüklərini bildirib. xəbər verir ki, Ukraynaya hücumun həyata keçirildiyi və bu hücumların Ukraynanın enerji obyektlərini, hərbi sənaye müəssisələrini və dəmir yolu infrastrukturunu hədəf aldığı bildirilib. Açıqlamada bildirili

10.05.2024 250
.

"Bahar" serialının sezon finalı tarixi açıqlanıb

"Bahar" serialı 11 iyunda sezon finalı edəcək. xəbər verir ki, bu barədə Birsen Altuntaş türk mətbuatına bildirib. Qeyd edək ki, serialın ilk bölümü 13 fevralda yayımlanıb

10.05.2024 472
.

Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı

Tovuzda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. Hadisə Vahidli kəndində qeydə alınıb. Orta məktəbin 10-cu sinfində təhsil alan 16 yaşlı Ə.G. kursdan qayıdarkən 26 yaşlı M.Mustafayev tərəfindən qaçırılıb. Ailə hadisə ilə bağlı polisə müraciət edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gənc

10.05.2024 489
.

İlham Əliyev və Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

10.05.2024 253
.

Vasif Talıbov 1 il sonra göründü - Fotolar

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbov ailəsinin fotolarını paylaşıb. "Qafqazinfo" xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım günündə paylaşılan ailə şəkillərində V.Talıbov xanımı, oğlu və nəvəsi ilə görüntülənib. Sabiq sədrin ailəs

11:02 472