Eliud Emeri: "Ermənistanın metallurgiya zavodu tikməsi regionun ekologiyasına mənfi təsir göstərəcək"

Eliud Emeri: "Ermənistanın metallurgiya zavodu tikməsi regionun ekologiyasına mənfi təsir göstərəcək""Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Ermənistanın Arazdəyən kəndində iri metallurgiya zavodunun tikintisi bütün regionun ekologiyasına mənfi təsir göstərəcək".

Bunu "Report"a açıqlamasında Keniyanın ətraf mühitin mühafizəsi üzrə "Consortium of Grassroots" qeyri-hökumət təşkilatının (QHT) prezidenti Eliud Emeri deyib.

Onun sözlərinə görə, illik istehsal gücü 180 min ton olan metallurgiya zavodunun tikintisi ekoloji standartlara və beynəlxalq konvensiyalara zidd olaraq həyata keçirilir.

"Arazdəyən metallurgiya zavodunun tikintisi qəbul edilmiş beynəlxalq standartlara zidd olan sərmayə qoyuluşudur. Buna misal olaraq Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) səkkiz fəaliyyət standartını göstərmək olar ki, bu da investisiyaların ekoloji və sosial dayanıqlığına dair tələbləri aydın şəkildə müəyyən edir. Hər bir sərmayə layihə müddətində ekoloji tələblərə riayət olunmasını təmin etməlidir", - deyə Emeri bildirib.
O, həmçinin vurğulayıb ki, zavoddan tullantıların axıdılması bütün regionun bitki və canlı aləmi üçün bərpa olunmaz fəsadlara səbəb ola bilər.

"Bizim narahatlığımız ondan ibarətdir ki, Azərbaycan və Ermənistan xalqları bu prosesə tam cəlb olunmayıb və bu, əhəmiyyətli qarşılıqlı fəaliyyətin olmaması ilə nəticələnib. Bu, o deməkdir ki, əvvəlcədən razılıq alınmayıb, bu isə IFC-nin oxşar investisiyalar həyata keçirən bütün transmilli şirkətlərdən tələb olunan birinci standartıdır. Bu layihə regionun flora və faunasına ciddi zərər vuracaq, belə ki, karbon emissiyalarının havanı çirkləndirməsi sözügedən ölkələrin biomüxtəlifliyinə birbaşa təsir göstərəcək. Buna görə də biz BMT-yə bu layihənin dayandırılması və bütün müvafiq standartlara tam əməl olunması tələbi ilə petisiya təqdim etmək niyyətindəyik", - deyə QHT rəhbəri əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 291   Tarix: 15 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789