Ölümünü lentə aldı, Xalq artistinin qızı ilə dörd il nişanlı qaldı, Azərbaycanda ilk dəfə repi o ifa etdi

Ölümünü lentə aldı, Xalq artistinin qızı ilə dörd il nişanlı qaldı, Azərbaycanda ilk dəfə repi o ifa etdiBiG.AZ Kulis.az-a istinadən jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqında maraqlı faktları təqdim edir.

Çingiz Fuad oğlu Mustafayev 1960-cı il, avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin Yar kəndində anadan olub. Bir neçə il sonra o, ailəsi ilə birgə Bakı şəhərinə köçür.

***

Atası onu hərbçi, anası isə həkim görmək istəyir. Çingiz əvvəlcə atasının arzusu üzrə təhsilə başlayır. Cəmşid Naxçıvanski adına hərbi liseyə yollanır. 3-cü sinifdən 10-cu sinfə qədər burada təhsil alır. Lakin bir müddət sonra o, hərbi məktəbi tərk edib təhsilini orta məktəbdə davam etdirir. Yasamal rayonunda yerləşən 167 saylı məktəbdən məzun olur.

Çingiz 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olur. O, Azərbaycanın ilk DJ kimi tanınır. Mustafayevin başçılığı altında, 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan "3M" adlı qrup yaradılır.

***

1977-ci ildə o, taleyin ona təqdim etdiyi növbəti peşənin ardınca getməyə qərar verir. Bununla, o, həm də anasının arzusunu yerinə yetirəcəkdi. Çingiz Azərbaycan Tibb İnstitutuna daxil olur. Oranı müvəffəqiyyətlə başa vurur. Təhsilini başa vurandan sonra təyinatla Şabran rayonunda üç il həkim işləyir. Daha sonra İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilir.

Yaradıcılığa olan marağı isə onu daim izləyir. 1983-cü ildə ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirir. Həmin dövrdə o, Bakıda "Sevinc" adlı kiçik kafe açır. Yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanır.

***

1990-cı illərdə Azərbaycan televiziyasında "Ekspromt", "Cümə axşamı" verilişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olur.

***

1990-cı il, 20 Yanvar hadisələri zamanı Çingiz Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edir, həmçinin hadisələri kamerasının yaddaşına köçürür. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapır.

Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edir. Ona görə də Çingiz "215 kl" studiyasını yaradır.

Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkir. Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmır. O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürür. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı tele-tarixin dramatik səhifələri kimi yadda qalmışdır.

***

Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.

***
Ətraflı

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra, fevralın 28-də lentə ala bilmişdi.

1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirir.

1992-ci ildə Bakıda, Şəhidlər xiyabanında dəfn edilir.

***

Qardaşı Vahid Mustafayevin sözlərinə görə, Çingiz "ABC News" üçün material hazırlayırdı və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkdi. Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralandı, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələndi və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişdi. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi. Bununla da, Çingiz öz ölümünü çəkən yeganə tele-repartyor kimi də tarixə düşməyi bacarır.

***

2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:

"Bircə onu deyim: Çingiz Mustafayev heç nədən öldü. Boş söhbətdir ki, guya onu bizimkilər vurub. Çünki döyüş zamanı hamıdan arxada dayanmışdı. Onu ermənilər vurub. Güllə ona təsadüfən, rekaşetlə dəyib".

2017-ci ildə bəstəkar Rasim Müzəffərlinin verdiyi müsahibədən:

"Təəssüf ki, hələ də Çingizin arxadan, özümüzünkülər tərəfindən vurulduğunu iddia edənlər var. Azərbaycan zabitinə, əsgərinə bu boyda şər atmaq vicdansızlıqdan başqa bir şey deyil. Orada Çingizin yanında olan adamlar onu öz bədəni ilə qoruyanlardır. Burada faktlar da var. Mən çox təəssüflənirəm ki, bəzi detalları açıb deməyə məcbur oluram. Amma demək lazımdır. Çingizin cənazəsi yuyularkən orada olan insanlardan biri kimi mən onun yarasını da görmüşəm, yarasının öndən olduğunu da, yarasının böyük dəlik olmasını da. Böyük dəlik o deməkdir ki, yəni güllə deyil, qəlpədir. Yaxından atılmış olsa, qəlpə öndən deşib arxadan çıxmalı idi, amma o çıxmamışdı. Şah damarından tutmuşdu. O da nəyə görə, əlini qaldırıb çəkiliş etdiyi üçün bronjileti yuxarı qalxmışdı. Çingizin ailəsindən və onu sevənlərdən dönə-dönə üzr istəyirəm, ancaq bu sözləri demək məcburiyyətində oldum".

***

1979-cu ildən 1983-cü ilə kimi aktyor Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayeva ilə nişanlı olub. Ancaq sonradan o, Rəfiqə adlı xanımla ailə həyatı qurur. Bu evlilikdən onların Fuad adlı övladı doğulur. Gülnarə xanım isə müsahibələrinin birində bu barədə deyir:

"Çingiz Mustafayevlə tanışlığımız təsadüfən olub. Bacım Xurşud Konservatoriyanın komsomol katibi idi. Bakıda Abşeron adlı bir kafe var idi. Hər dəfə bir komsomol katibi həmin kafeni yoxlamağa gedirdi. Bacımın növbəsi olanda məni də özü ilə apardı. Ömrümdə birinci dəfə idi ki, diskotekaya gedirdim. Anam eşidəndə ki, diskotekaya gedirik, tərəddüd etdi. Amma bacım onu razı saldı. Çingiz Mustafayev həmin vaxt orada DJ işləyirdi. Səhnəyə çıxanda gözü mənə sataşdı. Elə bu baxışdan sonra bir məhəbbət başladı. Bu 1979-cu il idi. Oradan çıxandan sonra bizim arxamızca evimizə qədər gəlmişdi. Səhər mən dərsə gedəndə gördüm ki, Çingiz evimizin aşağısında məni gözləyir. Beləliklə, münasibətlərimiz yarandı. Artıq dekabrda Naxış xanım bizə elçi gəldi. Anam da nişanlanmağımıza razı oldu.

Biz düz 4 il nişanlı qaldıq. Anam çox ciddi insan idi. Çingizin diskotekada işləməsi anama xoş getmirdi. Anam bir qədər fərqli düşünürdü. Çingizin anası Naxış xanım gözəl insan idi. Biz son günə kimi onunla əlaqəli idik. Çingizlə ayrılığımıza səbəb anam oldu. Onun sözündən çıxa bilməzdim. Çingizin ailəsi ilə bu gün də yaxşı münasibətlərimiz var".

***

Şahdağda "Çingiz zirvəsi" kimi tanınan, 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub. Zirvədə onun adını daşıyan lövhə də var.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr, 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 752   Tarix: 15 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022