Evli kişi qonşu qadınla əlaqə qurdu, onunla evlənmək istəməyəndə... - Gəncədə dəhşət

Evli kişi qonşu qadınla əlaqə qurdu, onunla evlənmək istəməyəndə... - Gəncədə dəhşətGəncə şəhərində 1990-cı il təvəllüdlü Aqil şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Ləmana (adlar şərti verilib - red.) xəsarət yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Aqil evinin qarşısında olan zaman qonşusu, əvvəllər qeyri rəsmi ər-arvad münasibətində olduğu Ləmanın öz yaşadığı evdə mobil telefonla uca səslə danışıb, onun ünvanına nalayiq sözlər işlətdiyini eşidib. O, hansı səbəbdən söyüldüyünü aydınlaşdırmaq məqəsdi ilə Ləmanın yaşadığı evə gedib.

Ləman ona yaxşı edib söydüyünü deyib. Mübahisə zamanı Aqil Ləmanın qarın nahiyəsinə iki bıçaq zərbəsi vurub.

Aqilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqil bildirib ki, Ləmanla qonşuluqda yaşayıb, hadisədən təxminən 8-9 ay əvvəl onunla yaxın münasibəti olub: "Dəfələrlə onun yaşadığı evdə və Gəncə şəhəri ərazisində görüşmüşük, cinsi əlaqədə olmuşuq. Qeyri-rəsmi ər-arvad münasibətində olduğumuz müddətdə bir neçə dəfə mübahisələrimiz də düşüb".

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisədən təxminən 15 gün əvvəl mübahisələri olubvə Ləman ondan polisə şikayət edib: "Bundan sonra münasibətlərimiz pozuldu. Ləmanın anası Sevil də qızına görə mənimlə mübahisə etdi. Ona bildirdim ki, Ləmana aldığım mobil telefonu qaytarsın. Sevil də bizi üzləşdirmək üçün evinə cağırdı. Aramızda olan münasibəti Sevilə danışdım və telefonu istəmədiyimi dedim".

Aqilin sözlərinə görə, səhəri gün Ləman onu küçəyə çağırıb: "Ləman arvadımın yanında məni nalayiq söyüşlərlə təhqir etdi və intim münasibətimizi küçədə yüksək səslə dedi. Ləmanı sakitləşdirdim və evlərinə yola saldım".

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü saat 9 radələrində evinin qarşısında, yəni küçədə Ləmanın evinin pəncərəsi baxan hissədə tərəfdə oturaraq siqaret çəkib: "Bu zaman Ləman evinin küçə tərəf pəncərəsini açdı, telefonla danışaraq barəmdə "gördünmü onu nə günə saldım, hələ arvadına da sözümü deyəcəm, Aqil kişi deyil, peysərdi, gör onun başına nə oyunlar açacam" kimi sözlər dediyini eşitdim.

Bu sözlərdən əsəbləşdim və evin arxa hissəsinə keçdim. Hasardan aşaraq həyətə düşdüm. Ləman evin qapısını açdı, həyətə çıxdı. Onun qolundan tutdum, nə səbəbə ünvanıma nalayiq sözlər dediyini soruşdum. Ləman yaxşı elədiyini, hələ bundan da artığını deyəcəyini bildirdi. Mübahisə zamanı həyətdəki stolun üzərində olan bıçağı götürdüm və Ləmanı sol qarın nahiyəsinə iki dəfə zərbə vurdum.

Ləman qarın nahiyəsini tutdu. Mən qan axdığını gördüm və özümü itirərək onun qolundan tutdum, evin içərisinə apardım. Evdə Ləmana şərbət düzəldərək verdim. Onu xəstəxanaya aparmaq istədim, amma razı olmadı. Anasına zəng etməyimi istədi.

Ləmanın telefonundan Sevilə zəng etdim, telefonu onun özünə verdim. Ləman anasına tez evə gəlib onu xəstəxanaya aparmağını istədi.

Ləman mənə "anam gəlir, sən çıx get" dedi. Mən də evin arxa tərəfində olan hasardan aşaraq çöl tərəfə keçdim. Oradan uzaqlaşdım".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ləmanın sözlərinə görə, Aqillə təxminən 8-9 ay müddətdə qeyri-rəsmi ər-arvad münasibətində olub: "Aqil ailəli olsa da, mənimlə də ailə qurub, nikah bağlamaq istədi. Münasibətimiz olan vaxtlar mənə kreditlə mobil telefon aldı.

Hadisədən təxminən 15 gün əvvəl Aqil mənimlə sərt davrandığı və məni qısqanaraq sıxdığı üçün ayrıldım. O isə məndən əl çəkmədi, hədə-qorxu gələrək yenidən birlikdə olmağımızı istədi. Bir dəfə evinə getdim, arvadına dedim ki, get, ərinə yiyə dur, məndən əl çəksin.

Növbəti gün Aqil mənə aldığı telefonu geri qaytarmağımı bəhanə edərək yaşadığım evə gəldi, mənimlə mübahisə etdi".

Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat 9 radələrində evdə olan zaman anası ilə mobil telefonla danışıb: "Anam Aqlinin məni narahat edib-etmədiyini soruşdu. Mən isə Aqlinin ünvanına nalayiq ifadələr işlətdim, telefonu söndürdüm. Pəncərəyə yaxınlaşaran Aqlin küçədə siqaret çəkdiyini gördüm. Onun məni bıçaqla vura biləcəyini düşünmədim.

Toyuqları hindən açıb buraxmaq üçün həyətə çıxdım. Həmin vaxt Aqil qolumdan tutdu və nə səbəbə ünvanına nalayiq ifadələr işlətməyimi soruşdu. Ona nalayiq sözlər deməyimi bildirdim.

Aqil bıçaqla sol qarın nahiyəmə 2 dəfə vurdu. Bıçaqlardan birinın qarın nahiyəmə batdığını hiss etdim. Aşağı əyildim, qarnımı tutaraq qışqırdım. Aqil qolumdan tutub məni evin içərisinə apardı, şərbət düzəldib verdi, məni xəstəxanaya aparmağı təklif etdi. Lakin razı olmadım, anama zəng vuraraq təcili evə gəlməsini bildirdim".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Aqil 2 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 593   Tarix: 15 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789