Şuşaya turist kimi gedən varmı?

Şuşaya turist kimi gedən varmı?Bu il martın 18-dən Azərbaycanda yerli turistlərin Şuşa şəhərinə səfərlərinin reallaşdırılmasına başlanılıb.

2 və 3 günlük turlarda Şuşada hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, "Vaqif" məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, Yuxarı Gövhər Ağa məscidi, "Güllələnmiş Heykəllər" meydanı, Şuşa qalası, Şuşanın "Gəncə" qapıları və "Xarı Bülbül" simvolu, Qazançı kilsəsi, Şuşa "Realnıy" Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.

Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar bir gün gecələmə ilə 215 manata, 3 günlük turlar isə iki gün gecələmə ilə 370 manata başa gəlir.

Layihə "Böyük Qayıdış" siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir.

Bəs Şuşaya turist kimi gedən varmı?

Bu məsələdə Dövlət Turizm Agentliyinin tərəfdaşı olan "Summer Tour Azerbaijan" şirkətində deyiblər ki, indiyə qədər Şuşa şəhərinə 15 turizm məqsədli səfər təşkil edilib, 696 turistin səfəri baş tutub.

"Səfərdə yalnız 18 yaşdan yuxarı ölkə vətəndaşları iştirak edə bilərlər. İnsanlar əraziyə yalnız tur üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsində daxil ola bilərlər. Alınmış icazə yalnız cari tur və onun tarixləri üçün keçərli olur. Növbəti tura yenidən icazə alınması üçün müraciət edilir.

Səfərlərdə iştirak edən bələdçi və sürücülər xüsusi təlimlərdən keçiblər. Subagentlərin istifadəsinə verilmiş Şuşa üçün xüsusi yaradılmış veb səhifəyə maarifləndirici videolar, qadağalar və davranış qaydaları yüklənib.

Vətəndaşlarımız ümumilikdə işğaldan azad olunan bütün əraziləri görməyi, səfər etməyi arzulayırlar", - deyə məlumatda qeyd olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 579   Tarix: 13 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah muzeylərdə "Açıq qapı" günü olacaq

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. -ın məlumatına görə, Mədəniyyət Nazirliyindən bildirilib ki, bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmiş və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. Beynəlxal

17.05.2024 348
.

Şahdağa qar yağıb

Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlı

12:32 140
.

Müştərisinin qayınanasının şəklini sosial şəbəkədə yayan "Ekstrasens Hikmət"ə həbs cəzası verildi

Özünü falçı kimi təqdim edərək vətəndaşın xeyli pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Mətləb Nemətullayevə hökm oxunub. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Quba rayon Qamqam kənd sakini olan falçı Cinayət Məcəlləsinin 178.2.

17.05.2024 604
.

"AzərEnerji ASC-nin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyaları istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyalarının açılışlarını edib. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

15:16 60
.

Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki

17.05.2024 3102
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

11:45 235
.

Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb

Hindistanda ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb. xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı hər il təxminən min nəfərə çatır

17.05.2024 277
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

14:30 157
.

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar. Bununla bağlı məlumat yayıb

17.05.2024 391