"Pulum artdı, amma..."

"Pulum artdı, amma...""Pulum artandan sonra düşüncəmdə heç nə dəyişməyib. Həyat tərzim də o qədər dəyişməyib. Dostumun anasının bir gözəl sözü var, imkanın çox olanda gərək, elə yaşayasan ki, olmayanda çox hiss etməyəsən. Mən o həyat tərzini seçmişəm ki, imkanımın olmamasına da özümü hazırlamışam. Çünki bu, həyatdır, bizim böyük biznesimiz yoxdur. Hətta iş adamlarının da biznesi fanidir. Yatdın-durdun insanlar səni tədbirlərə çağırmadılar, konsertlər olmadı, sevgi azaldı. Ona görə də mən çalışıram, özümü o həyata öyrəşdirim. Hər şey hər anda pis ola bilər".

Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Səhər mərkəzi" verilişində deyib. Sənətçi məşhur olduqdan sonra dostlarının dəyişdiyini deyib:

"Ətraf artıq o ətraf deyil. Ətraf səndən istifadə etməyi sevir. İstifadə edib də narazı qalmağı sevir. Bu isə ən yaralı yerimdir. Ələmişəm o ətrafı. Amma elə insanlar var ki, onları ələyə bilmirsən. Çünki onlar sənə çox yaxın insanlardır. Ən yaralı yerimdir.

Hiss edirəm ki, mənim dəstəyimlə yaşayan insanların qəlblərinin dərinliyində narazılıqları var. Yəni, Namiq onlara yaxşılığı çox edə bilər, amma az edir. Əlini verirsən, qolun gedir məsələsi".

Namiq aparıcı Tural Əsədovun şəxsi həyatı ilə bağlı sualı isə cavabsız qoyub. "Şəxsi məsələlərimi danışmıram. Buna görə də bu suala cavab verməyəcəyəm" deyə, Qaraçuxurlu əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1091   Tarix: 13 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Həbsxanada gündə 7 dəfə namaz qılırdım" - Nihal Candan

Xəbər verdiyimiz kimi, çirkli pulların yuyulmasında təqsirli bilinərək həbs olunan Nihal Candan aclıq aksiyasının ardından azadlığa buraxılıb. Axşam.az-ın məlumatına görə, fenomen ilk dəfə həbsdə olduğu müddətdə başına gələnlərdən danışıb. O, həbsxanada olduğu müddətdə gündə 7 dəfə namaz qıldığını söyləyib:

13.05.2024 639
.

Nazpəri ailəsi ilə - Fotolar

Xalq artisti Nazpəri Dostəliyevanın ailəsi ilə fotoları yayılıb. Axşam.az xəbər verir ki, şəkilləri müğənninin gəlini paylaşıb. Fotolarda Dostəliyevanın oğlu və nəvələri yer alıblar. Onlar bilikdə ifaçının övladı Əkbərin ad gününü qeyd ediblər

15.05.2024 2840
.

Azərbaycanlı modellə İrem Dericiyə XƏYANƏT

Müğənni Cem Belevi keçmiş sevgilisi İrem Dericini azərbaycanlı model Nərgiz Nəsrullayeva ilə iki il öncə xəyanət etdiyini təsdiq edib. xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən xəbərlərdən sonra Nərgiz Belevi ilə ilk dəfə fotosunu paylaşıb. Onlar bu illər ərzində eyni məkanlardan paylaşımlar etsələ

14.05.2024 820
.

"Evdə soğan-sarımsaq günü edirik"

Türkiyəli aktrisa Tuba Ünsal son açıqlaması ilə gündəm olub. Axşam.az xəbər verir ki, aktrisa sağlamlıq sirrini bölüşüb. "Uzun illərdir ki, antibiotiklərin, ağrıkəsicilərin nə olduğunu bilmirəm. Əvəzində soğan və sarımsaq yeyirəm. Sadəcə çəkiliş olan günlərdə yemirəm. Evdə uşaqlarla birlikdə oland

10:21 445
.

Hande Yener konsert üçün Avropa turuna çıxacaq

Türkiyəli müğənni Hande Yener konsert üçün Avropa turuna çıxacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Müğənni anasının vəfatından sonra 2 aydır ki, konsert vermirdi

13.05.2024 312
.

Şəhid anasının xahişini yerinə yetirdi, qazini səhnəyə çıxardı

Meyxanaçı Namiq Qaraçuxurlu silsilə konsertlərinin ilkini Gəncə Dövlət Filarmoniyasında verib. OLAY yazır ki, musiqili gecədə maraqlı anlar yaşanıb. Qarabağ qazisi səhnəyə çıxaraq 44 günlük müharibə dövründə efirə çıxmadığı üçün Qaraçuxurluya təşəkkürünü bildirib və ona "Dəmir yumruq" fiqur

14.05.2024 694
.

Aygün Kazımova "Xarıbülbül"ün bağlanışında aşıq mahnısı oxudu

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalına mayın 13-də Laçın şəhərində yekun vurulub. BİG.az xəbər verir ki, bağlanış mərasimində Xalq artisti Aygün Kazımova da səhnəyə çıxıb. Ölkənin əsas ulduzu festival üçün xüsus

14.05.2024 3682
.

"Oğluma deyirəm ki, istədiyin kimi yaşa, qənaət etmə"

"Kişi ağııllıdırsa, demək, güclüdür. Gedib ağıllı qadınla evlənəcək". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Elgizlə izlə" verilişində deyib. Müğənni oğlundan danışıb:. "Qənaət çox etmək lazım deyil. Anam məni ikinci dəfə doğmayacaq ki. Oğluma d

14.05.2024 1332
.

Beren Saat və Kenan Doğulu analar gününü belə qeyd etdilər- FOTO

12 May bir çox ölkələrdə Analar günü kimi qeyd olunur. xəbər verir ki, türkiyəli məşhurlar anaları ilə bağlı paylaşım ediblər. Beren Saat və Kenan Doğulu cütlüyü də öz anaları ilə görüşərək bu günü qeyd ediblər

13.05.2024 1919