"Caspian Hotel"də kütləvi DAVA

"Caspian Hotel"də kütləvi DAVABakının Xəzər rayonunda 1980-ci il təvəllüdlü Möhübbət dəniz sahilində yerləşən "Caspian Hotel"də Alman və Elçin adlı şəxslərə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Möhübbət tanışları Seymur adlı şəxs və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər edib.

Bu zaman Möhübbət 9 avqust 2022-ci ildə, saat 03.30-da Türkan qəsəbəsində yerləşən "Caspian Hotel"də kafedə müştəri qismində olarkən musiqi sifarişi ilə bağlı dicey ilə mübahisə edən Elçinə heç bir əsaslı səbəb olmadan yumruqla üz və çiyin nahiyələrinə qəsdən vurub. Ona xəsarətlər yetirib.

Bununla kifayətlənməyən Möhübbət Elçinin yanında olan tanışı Almana özündə olan bıçaqla iki dəfə vurub.

Hadisəni törədən Möhübbətin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Möhübbət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib.

İş üzrə zərərçəkmiş Alman bildirib ki, hadisə günü, gecə saat 02 radələrində Türkan qəsəbəsində yerləşən "Caspian Hotel"də yerləşən kafeyə gediblər:

"Həmin kafeyə tanışım Elçin, Şəmşad, Rövşən ilə birlikdə getmişdim. Həmin kafedə Elçin, Şəmşad, Rövşən ilə bir stol ətrafında oturub pivə içməyə başladıq. Həmçinin orada tanışım Vüsalı da gördüm. Həmin vaxt Elçin diceyə 3 manat verdi, mahnı sifariş verdi. Mahnı yarımçıq kəsildiyi üçün Elçin diceyə öz etirazını bildirdi. Elçini sakitləşdirib kafedən çölə çıxardım. Bu zaman tanımadığım şəxslər həmçinin sonradan adını bildiyim Möhübbət adlı şəxs Elçini itələdi, "nə qışqırırsan" dedi. Sonra yumruqla Elçini üz nahiyəsinə vurdu. Elçin yerə yıxıldı. Elçini yerdən qaldırmaq istəyəndə gördüm ki, əlimdən qan gəlir. Lakin kimin vurduğunu görməsəm də, ayağa qalxanda Möhübbət adlı şəxsin əlində bıçaq olduğunu gördüm. Sonra aralaşıb getdik".

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Möhübbətin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 1 il 6 ay müddətə sınaq olmaqla 2 il şərti cəza təyin olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 726   Tarix: 13 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

TƏBİB Rza Zərrabın qohumlarının şirkətindən 85 min manata "Hyundai" alır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən "Rəqəmsal Tibbi Həllər" MMC "Auto Azərbaycan" MMC (VÖEN – 150040601) ilə satınalama müqaviləsi imzalayıb. xəbər verir ki, TƏBİB "Auto Azərbaycan"dan 84 min 900 manat dəyərində xidməti mini

12:05 315
.

Bu tarixdə qəbul imtahanları keçiriləcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 26-da II və II ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. DİM-ə istinadən xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə

12:46 298
.

FHN gül mağazasında baş vermiş yanğınla bağlı məlumat yayıb

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, yanğın nəticəsində ümumi sahəsi 1450 kv.m. olan bir-birin

10:14 238
.

Yanğına görə bu yollar bağlandı - Yenilənib

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən metronun "28 May"​ stansiyası istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. "Qafqazinfo" xəbər verir ki, bu barədə NİİM məlumat yayıb. Sürücülərdən alternativ yol olaraq Səməd Vurğun v

00:36 580
.

"Əsas məqsəd yanğın baş verəndən sonra qarşısını almaq deyil, yanğın baş verməsin deyə öncədən tədbirlər görmək olmalıdır" - Ekspert

Ötən gün "Ağ çiçəyim" mağazasında baş verən yanğına səbəb elektrik şəbəkəsindəki nasazlıq olub. Təhlükəsizlik üzrə ekspert Orxan Musayev -a bildirib ki, əsas məqsəd yanğın baş verəndən sonra qarşısını almaq deyil, yanğın baş verməsin deyə öncədən tədbirlər görmək olmalıdır.Obyektlərdə yanğı

15:50 24
.

Qəzzada ölənlərin sayı 35233-ə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 35 233-ə çatıb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 22 gündür Qəzza zolağına etdiyi hücumlarla bağlı məlumat verilib. Açıqlamad

15.05.2024 260
.

"Ağ çiçəyim" gül mağazası yanır - YENİLƏNİR - VİDEO

Bakıda "Ağ çiçəyim" gül mağazasında baş verən güclü yanğınla mübarizə tədbirləri davam etdirilir. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın baş verməsi barədə daxil olmu

00:39 1283
.

Zelenski İspaniya və Portuqaliyaya səfərini ləğv edib

Ukrayna prezidenti Vladimir Zelenski İspaniya və Portuqaliyaya səfərini ləğv edib. xəbər verir ki, səlahiyyətlilər çərşənbə günü CNN Portuqaliya və digər KİV-lərin bunu ölkəsində yenidən döyüşlərin olması səbəbilə bildiriblər. Reuters agentliyinin məlumatına görə, İspaniya kralı Felipe mayın 17-də Zelensk

15.05.2024 235
.

"Ağ çiçəyim"in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO

"Hadisənin elektrik şəbəkəsindəki nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir". Bunu Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb və fərdi yaşayış evlərinə cüzi ziyan dəyib

10:00 633