Məşhur platformadan Azərbaycana qarşı təxribat: Şahmatçılarımız oynamaqdan imtina etdilər

Məşhur platformadan Azərbaycana qarşı təxribat: Şahmatçılarımız oynamaqdan imtina etdilərDünyanın ən böyük şahmat platformalarından biri olan "Lichess" (lichess.org) Azərbaycana qarşı təxribata yol verib.

Oxu.Az-ın məlumatına görə, platformanın qeydiyyat bölməsində ölkə seçimləri arasında Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin adı da yer alıb. Həmin bölməni seçdikdən sonra hesabın qarşısında separatçı rejimin əski parçasının simvolu avtomatik əks olunur.

Məsələdən məlumatlı olan azərbaycanlı şahmatsevərlər "Lichess"ə etiraz məktubları göndəriblər. Belə məktubların sayının 500-dən çox olduğu bildirilir.

Eyni zamanda bir neçə azərbaycanlı məşhur şahmatçı da aksiyaya qoşulub. Aydın Süleymanlı, Vasif Durarbəyli, Nicat Abbasov, Gövhər Beydullayeva kimi qrosmeysterlərimiz məsələ həllini tapana qədər platformada oynamaqdan imtina ediblər.

Azərbaycan Şahmat Federasiyası (AŞF) da məsələyə müdaxilə edib. Federasiyadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Lichess"ə etiraz məktubu göndərilib:

"Lichess" müstəqil platformadır. Heç bir Beynəlxalq Şahmat qurumunun və ya təşkilatın təmsilçisi deyil. Məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyası adıçəkilən platformaya etiraz məktubu ünvanlayıb. Onlardan təmsilçiliyi olan ölkələrin adları siyahısında düzəliş edilməsi sərt şəkildə tələb olunub".

Federasiyadan bildirilib ki, müvafiq düzəliş edilməyəcəyi təqdirdə, platformaya sanksiya tətbiq olunacaq:

"İyulun 29-dan avqustun 26-dək Bakıda şahmat üzrə Dünya Kuboku keçiriləcək. "Lichess"ə bildirilib ki, düzəliş olunmasa, Dünya Kubokunun partiyalarının həmin platformada yayımına icazə verilməyəcək".

Eyni zamanda qurum Beynəlxalq Şahmat Federasiyasına (FIDE) məktub ünvanlayacaq və müvafiq qərarların qəbul edilməsi xahiş olunacaq.

Əlavə edək ki, "Lichess" AŞF-nin etiraz məktubuna absurd cavab verib. Qeyd olunub ki, bu, ölkə anlamına gəlməməlidir, sadəcə addır və platforma siyasətə qarışmır.

Məşhur platformadan Azərbaycana qarşı təxribat: Şahmatçılarımız oynamaqdan imtina etdilər


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 446   Tarix: 13 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826