Ekoloji problemlər diqqət mərkəzində olmalıdır- Emil Kərimov

Ekoloji problemlər diqqət mərkəzində olmalıdır- Emil KərimovBu il iyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2023-cü ilin altı ayının yekunlarına həsr olunan müşavirədə hesabat dövründə əldə edilən iqtisadi uğurlara geniş yer verilib. Qeyd edilib ki, ölkəmiz uğurla inkişaf edir və bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayesi 6,5 faiz qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.
Ölkənin builki dövlət büdcəsi rekord həddə - 33 milyard manatdan çox səviyyəyə qalxıb. Bu da öz növbəsində həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edilməsinə, ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verməyə və Azərbaycanın hərbi gücünü daha da artırmağa imkan verir.
Müşavirədə ölkə başçısı ekoloji tarazlıqla bağlı məsələlərə toxunub. Bildirib ki, Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar".
Qeyd edilib ki, Ermənistan bu gün də bu siyasətdən əl çəkməyib, sərhədlərimizin lap yaxınlığında ekologiyaya ciddi ziyan verə bilən sənaye müəssisəsi tikir. Bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Cənab prezidentin bildirdiyi kimi, Azərbaycan Hökuməti də burada kənarda qalmamalıdır. Ölkəmiz bu məsələləri qanun, beynəlxalq konvensiyalar və diplomatiya çərçivəsində mütləq diqqətdə saxlamalıdır.
Prezident çıxışında bildirdi ki, ölkəmizin böyük hissəsi artıq rəsmən "yaşıl enerji" zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. "Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib". Bildirilib ki, prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilib. Araşdırmaların nəticələri barədə bir həftə ərzində həm ölkə başçısına, həm də ictimaiyyətə məlumat veriləcəkdir. Həmçinin cənab Prezident bildirib ki, "burada işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq".
Müşavirədə xüsusilə vurğulanan məqamlardan biri Ermənistanla olan münasibətlər olub. Qeyd edilib ki, ölkəmizin sülh danışıqları ilə bağlı mövqeyi aydındır, məntiqlidir və beynəlxalq hüquqa əsaslanır. Aparılan danışıqlar və yüksək səviyyəli təmaslar hər iki dövləti sülh anlaşmasına daha da yaxınlaşdırır.
Cənab Prezidentin qeyd etdiyi kimi: "Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik".

Emil Kərimov - ekoloq


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 437   Tarix: 12 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən uzun telefon danışığı: 54 saatdan çox

Ən uzun telefon danışığı rekordu 2012-ci ildə qeydə alınıb. Telefon danışığı 43 saatı keçib. xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra Latviyanın "SponsorKing" reklam agentliyi və tanınmış telekommunikasiya operatoru əvvəlki dünya rekordunu qırmaq məqsədi ilə müsabiqə təşkil ediblər

18.05.2024 318
.

Avrora Qrup "Açıq qapı" elan edir

"Avrora Qrup" müxtəlif vəzifələr üzrə işçi qəbuluna start verib. Şirkət yeni formalaşan və hazırda aktiv olan mütəxəssis və fəhlə katiqoriyaları üzrə 50-dən çox işçinin işə götürülməsini planlaşdırıb. Vakansiyalarımız:. * Maliyyə analitiki. * Proqram dəstək üzrə mütəxəssis. * It biznes analitik

18.05.2024 172
.

Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI

Lənkəranda öldürülən 22 yaşlı Könül Ağayevanın ailəsi qətlin səbəbləri barədə danışıb. Tələbə qızın anası Rəqsanə Ağayeva bildirib ki, qızını oğlan kimi böyüdüb:. "Uşağım 100 manatın qurbanı olub. Onu qətlə yetirən oğlanla söhbətim zamanı pul üstündə mübahisə etdiyini dedi". K.Ağayevanın nənəs

18.05.2024 147
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18.05.2024 162
.

Prezident Cəbrayılın bu kəndlərinin təməllərini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 241
.

Özünü asan qız son anda xilas edildi

Bakıda gənc qız intihara cəhd edib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 13 radələrində Səbail rayonu Fikrət Əmirov küçəsi 1 ünvanındakı binanın (Hökumət evinin arxası) pilləkən qəfəsində gənc qız özünü asıb. Oradan keçən şəxslər qızın asılı halda qaldığını görüblər. Ərazidə xidmət apara

18.05.2024 463
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

18.05.2024 513
.

Qırmızı dənizdə tanker raketlə vurulub

Panama bayrağı altında üzən neft tankeri Yəmənin Moha limanından 10 dəniz mili cənub-qərbdə raket zərbəsi nəticəsində zədələnib. Məlumata görə, gəminin göyərtəsində yanğın baş verib. Mayın 18-nə keçən gecə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi Yəmənin Hudeyda liman şəhərini

18.05.2024 145
.

24 yaşlı tibb bacısı xəstəxanada öldü - Müəmmalı hadisə - FOTO

İstanbulda özəl xəstəxanalardan birində tibb bacısı dünyasını dəyişib. haberler-ə istinadən xəbər verir ki, İstanbulda özəl xəstəxanalardan birində xəstə babası ilə birgə qaldığı iddia edilən 24 yaşlı tibb bacısı Selen Bilgin səhər saatlarında xəstəxana otağında ölü tapılıb. Hadisə ilə bağlı saxlanıla

18.05.2024 452