Niyamın restoranındakı hesab müştərini təəccübləndirdi - Foto

Niyamın restoranındakı hesab müştərini təəccübləndirdi - FotoMüğənni Niyam Salaminin işlətdiyi, Novxanıda yerləşən "My Beach" istirahət mərkəzində alınan yüksək hesabın fotosu sosial şəbəkədə paylaşılaraq, müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, məkanda ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulması tənqid edilib. Qəbzdə ödənilən hesabın ¼ hissəsi xidməthaqqı kimi tutulması əks olunub.

Belə ki, müştərinin sifarişi 191 manat məbləğində olub. Bu məbləğin üzərinə 47,75 manat xidməthaqqı əlavə edilib və ümumilikdə müştəridən 238,75 AZN hesab alınıb. Müştəri gələn hesabdan təəccüblənib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, əgər müştəriyə əvvəlcədən xidməthaqqı ilə bağlı məlumat verilməyibsə, restoranın bu tələbi qanunsuzdur:

"Biz dövlət orqanları qarşısında bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Lakin dövlət orqanları deyir ki, bu, biznes qurumlarının öz ərazisidir və özləri necə istəyər, elə də edər. Çekə saldıqları üçün vergi verirlər, deyirlər ki, orada qanun pozuntusu yoxdur. İstehlakçı hüquqlarını qoruyan bizim təşkilat isə deyir ki, vergi vermək azdır. Bu istehlakçı hüquqlarının pozulmasıdır. İstehlakçı maraqlarına zidd hərəkətdir".

E. Hüseynovun sözlərinə görə, əvvəlcədən istehlakçıya bu barədə məlumat verilməlidir ki, o, istəmədiyi təqdirdə seçim edə bilsin.

Sözügedən restoranın administratoru Elvin Məmmədli bildirib ki, həmin qəbzdə qeyd olunan məbləğ həm də şou-proqramla bağlıdır:

"Bizdə həm menyuda, həmçinin instaqram və TikTok hesablarımızda xidmət faizi qeyd olunub. Əyləşən kimi də müştəriyə bu barədə məlumat verilir. Həm xidməthaqqı, həm də şou-proqram ödənişi bu 25 faizə daxildir. Bura gələnlərin də əksəriyyəti təkrar müştərilərdir, yəni neçə illərdir bundan məlumatlıdırlar".

Məbləğin çox olması ilə bağlı suala gəlincə isə administrator bildirdi ki, bu məbləğ müğənnilərə olan ödənişi ancaq qarşılayır:

"Bizdə olan şou-proqram heç yerdə yoxdur. Bizim müğənnilərə, şou-proqrama verdiyimiz pullar onu ancaq ödəyir. Hər gün də şou-proqramımız olur".

Niyamın restoranındakı hesab müştərini təəccübləndirdi - Foto


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2755   Tarix: 11 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımovanı BİR DƏ BELƏ GÖRÜN - FOTOLAR

Xalq artisti Aygün Kazımova fərqli tərzdə fotoları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Pop kraliça bu dəfə qısa və daha açıq rəngdə saçla obyektiv qarşısına keçib. Fotolar müğənninin "Maşallah" klipinin çəkilişləri zamanı lentə alınıb. Kazımova tərzini qara geyimlə tamamlayıb. Qeyd edə

15:43 3043
.

Həyatı film olacaq

Türkiyəli müğənni Kənan Doğulunun həyatı film olacaq. Axşam.az xəbər verir ki, ifaçının 30 illik səhnə həyatı ekranlaşdırılacaq. Bu barədə açıqlama verən Kənan layihənin yayda təqdim olunacağını açıqlayıb. Qeyd edək ki, müğənni aktrisa Beren Saatla evlidir

17.05.2024 420
.

Vasif Məhərrəmli plastik əməliyyatdan sonra

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra verilişə qonaq olub. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişinə gəlib. V.Məhərrəmli aparıcı Elgiz Əkbərin "Üzünüz çox mübarək. Yaraşıqlı görünürsünüz. Özünüz etiraf etdiniz ki, üzünüzə əl gəzdirmisiniz, ona gör

15.05.2024 1220
.

Hadise konsert qiymətini artırdı

Türkiyənin məşhur müğənnisi Hadise konsert qiymətini artırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Bildirilib ki, sənətçi artıq bir gecədə 3 milyon lirə (təxminən 158 00 manat) qazanır. Qeyd edək ki, yeni 3 fərqli reklama çəkilən Hadise onların hər birində

15.05.2024 599
.

Türkan Vəlizadə bu müğənninin ögey bacısı olduğunu açıqladı - VİDEO

Müğənni Türkan Vəlizadə açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, sənətçi Ləman Əliyeva adlı müğənni ilə "5 gün" Mikayıl ilə" proqramına qonaq olub. Bu zaman canlı efirdə Ləmanın onun ögey bacısı olduğunu açıqlayıb. İfaçı qeyd edib ki, Ləmanla ata bir ana ayrı ögey bacıdırlar

15:06 727
.

"Bəlkə də Yaşar Nuri məni həqiqətən sevirdi"

"Elə bilirlər paxıllıqdan deyirəm, amma Azərbaycan serialına baxmıram. Türk seriallarına baxıram. Türkiyədə qayda var ki, bir serialda oynayan aktyor ikinciyə gedə bilməz. Bizdə isə açırsan ki, indi buradadı, sonra başqasında. Deyirəm, başımı niyə yoruram". Axşam.az xəbər verir ki, bu sözlər

10:21 684
.

Melisa Aslı Pamuk evlənib

Türkiyəli aktrisa Melisa Aslı Pamuk futbolçu sevgilisi Yusuf Yazıcı ilə evlənib. xəbər verir ki,bu barədə türk mətbuatı bildirib. Aktrisa hər kəsdən xəbərsiz evlənib. Onun evlənməsi sosial şəbəkədə soyadını "Yazıcı" etməsindən məlum olub

17.05.2024 493
.

"Kızıl goncalar"ın ulduzu yeni filmdə

"Kızıl goncalar" serialı ilə 9 ildən sonra izləyicilərinin qarşısına çıxan Özgü Namal yeni bir filmə çəkiləcək. OLAY yazır ki, aktrisanın rol aldığı ekran işi 20 mayda mövsümün finalını etdikdən sonra, o, "Sarı zarflar" adlı filmin çəkilişlərinə qatılacaq. Sözügedən layihədə İpe

15.05.2024 473
.

Mahsun Kırmızıgül Bakıda anasından danışıb kövrəldi

Türkiyəli müğənni Mahsun Kırmızıgülün Bakı konsertinin ilk günü baş tutub. Axşam.az xəbər verir ki, bir neçə gündür Bakıda olan sənətçi sevənləri ilə Bakı Konqres Mərkəzində görüşüb. Gecə boyunca tamaşaçılarla maraqlı söhbətlər edən Kırmızıgül səhnəyə çıxanlarla fotolar çəkdirib. "Annem" mahnısın

11:04 289