"Neftçi" Avropanın perspektivli məşqçilərindən biri ilə müqavilə imzalayıb

"Neftçi" Avropanın perspektivli məşqçilərindən biri ilə müqavilə imzalayıb"Neftçi"nin yeni baş məşqçisi bəlli olub.

"Report"un məlumatına görə, paytaxt klubu Avropanın perspektvili mütəxəssislərindən biri hesab olunan Adrian Mutu ilə müqavilə imzalayıb.

Bir neçə müddətdir tərəflər arasında davam edən danışıqların yekununda klub rəhbərliyi öz planları və islahatlar vəd edən gələcək layihələri ilə rumıniyalı mütəxəssisi razı salıb.

Rumıniya mətbuatında Mutunun "Neftçi"dəki qazancı haqqında müxtəlif spekuliyasiyalar və iddialar səsləndirilsə də, əldə etdiyimiz məlumata görə, onun Bakı klubundan alacağı məvacib iddia olunandan qat-qat azdır.

Məşqçilik karyerasına nisbətən tez – 37 yaşında başlayan və baş məşqçi kimi sonuncu iş yeri Buxarestin "Rapid" klubu olan Mutu müxtəlif vaxtlarda ölkəsinin "Voluntari", "Universitatea Krayova", həmçinin BƏƏ-nin "Əl-Vəhdə" klubunda və Rumıniya millisinin gənclər komandasında işləyib.

Futbolçu kimi çox uğurlu karyeraya malik olan eks hücumçunun ən parlaq illəri İtaliyada keçib. O, bu ölkənin "İnter", "Verona", "Parma", "Yuventus", "Fiorentina" kimi klublarında çıxış edib.

Bundan əlavə, İngiltərədə "Çelsi", Fransada isə "Ayaçço"nun da formasını geyinmiş Mutu əfsanəvi məşqçilər – Marçello Lippi, Klaudio Ranyeri, Joze Mourinyo, Fabio Kapello, Çezare Prandelli kimi mütəxəssislərin rəhbərliyi altında çıxış edib, onlardan futbolun sirlərini öyrənib.

Məşqçi kimi isə özünü ötən mövsüm uzun illər sonra "Napoli"yə A seriyası çempionluğunu qazandıran Luçano Spalettinin yetirməsi hesab edən Mutu oynatdığı oyun tərzi ilə də italiyalı mütəxəssisə bənzəyir. Maraqlıdır ki, "Fiorentina"da çıxış etdiyi zamanlarda Spaletti hücumçunu o zamanlar çalışdırdığı "Roma"ya transfer etmək istəmişdi. Keçid alınmasa da, ikili arasında o vaxtdan qalma dostluq münasibətləri mövcuddur.

Komandasına daha çox hücum və pressinqə əsaslanan taktika aşılayan rumıniyalı məşqçi aqressiv oyuna üstünlük verir. Bir çox futbol şərhçilərinin fikrincə, gənc olmasına baxmayaraq, özünü yetərincə təsdiqləmiş Mutu A seriyasında belə klub çalışdırmaq iqtidarındadır.

Qeyd edək ki, Rumıniya millisinin tarixində əfsanəvi Geroge Haci ilə birlikdə ən çox qol vuran oyunçu da (35 qol) məhz Adrian Mutudur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 566   Tarix: 10 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Milli komandalarımız U-15 Avropa çempionatları tarixində ilk dəfə çempion olublar

Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatına yekun vurulub. xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşib. Millimiz böyük məşqçi Əbilfət Məmmədov, məşqçilər İlham Vezirov və Sənan Əlimirzəyevin rəhbərliyi altında uğurlu çıxış edib. Yığmamız qitə birinciliyind

01:13 0
.

Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunun qalibi olub

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov 16-19 May Türkiyənin İstanbul şəhərində keçirilən WAKO Versiyası Üzrə Dünya Kubokunda "master class"kateqoriyasında 63 kq çəki dərəcəsində "Ligh

18.05.2024 183
.

İspaniya klubu ukraynalı futbolçuya görə cəzalana bilər

İspaniyanın "Jirona" klubu ukraynalı futbolçu Artyom Dobvikin transferinə görə cəzalandırıla bilər. "Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hüquqşünas Yevgeni Kuzmin futbolçunun transferinin Ukraynada vergidən yayınacaq şəkildə rəsmiləşdirildiyini bildirib

04.05.2024 338
.

Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb

Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında üçüncü qələbəsini qazanıb. "Report" Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma Qazaxıstanın ALMATA klubunu 28:20 hesabı ilə məğlub edib

18.05.2024 144
.

"Mançester Yunayted" Çempionlar Liqasında oynamayacaq - SƏBƏB

"Mançester Yunayted" növbəti mövsüm Çempionlar Liqasında oynamaq üçün riyazi şansını itirib. Belə ki, komanda İngiltərə Premyer Liqasının 35-ci turunda "Börnli" ilə heç-heçə edib - 1:1. İngiltərə çempionatının 34 oyunundan sonra Erik ten Haqın rəhbərliyi altında "Mançester Yunayted"

28.04.2024 436
.

Mbappe "Real Madrid"in keçmiş futbolçusunun evini aldı

Kilian Mbappe "Real Madrid"in keçmiş ulduz futbolçusunun evini 18 milyon avroya alıb. Məlumata görə, fransalı ulduz futbolçu ispaniyalı Serxio Ramosun Madriddəki evi üçün ispaniyalı müdafiəçiyə 18 milyon avro ödəyib. "Real Madrid" klubu ilə rəsmi müqavilə imzalamayan Kilian Mbappeni

04.05.2024 371
.

Mariya Stadnikə ağır itki

Azərbaycanın qadın güləşçisi Mariya Stadnikin atası Vasili Stadnik vəfat edib. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb. O, uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib. Qeyd edək ki, Mariya Stadnik 4 qat olimpiya medalçısı, 2 qat dünya və 10 qat Avrop

13.05.2024 448
.

Tanınmış futbolçu milli karyerasını başa vurub

Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şarja" klubunun yarımmüdafiəçisi Miralem Pyaniç Bosniya və Herseqovina millisindəki karyerasını başa vurduğunu açıqlayıb. "Report" xəbər verir ki, tanınmış futbolçu bu barədə sosial şəbəkə vasitəsilə məlumat verib. 16 ildir millidə çıxış edən Pyani

04.05.2024 369
.

Modriç gələcəyi ilə bağlı qərar verdi

Luka Modriçin "Real"la müqaviləsi iki aydan sonra başa çatır. Xorvatiya təmsilçisinin müqaviləni yeniləməyəcəyi dəqiqləşib. Modriç 2012-ci ildə "Real Madrid"ə keçib. Kral klubu "Tottenhem"in hesabına 35 milyon avro köçürüb. O vaxtdan bəri xorvatiyalının aktivində 530 matç

12.05.2024 255