Atasına anasının ona xəyanət etdiyini dedi - Bakıdakı cinayətin TƏFƏRRÜATI

Atasına anasının ona xəyanət etdiyini dedi - Bakıdakı cinayətin TƏFƏRRÜATIBakının Sabunçu rayonunda 1978-ci il təvəllüdlü Tural qısqanclıq zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Cəmiləni (adlar şərti verilib – red.) qətlə yetirib.

BiG.AZ teleqraf.com-a istinadən xəbər verir ki, hadisə ötən ilin noyabrın 11-də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.

Tural həmin gün yaşadıqları evdə həyat yoldaşı Cəmilə ilə qısqanclıq zəminində mübahisə edib. Mübahisə zamanı həyat yoldaşına 6 bıçaq zərbəsi vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Xəyanət edəcəyini ağlıma gətirmədim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, təxminən hadisədən 9 ay əvvəl tikinti sahəsində işləyib pul qazanmaq üçün Rusiyanın Moskva şəhərinə gedib: "Orada olduğum müddətdə demək olar ki, hər gün həyat yoldaşım və uşaqlarım ilə telefonla əlaqə saxlamışam. Ay ərzində bir neçə dəfə olmaqla "Zolotoy Korona" pul köçürmə sistemi vasitəsi ilə onlara pul göndərmişəm. Təxminən son 2-3 ay ərzində hiss etdim ki, həyat yoldaşım Cəmilənin mənə qarşı münasibəti soyuqdur. Biz telefonla danışan zaman Cəmilənin gah fikri məndə olmayıb, gah zənglərimə cavab verməyib, gah da "WhatsApp" sosial şəbəkəsində danışan zaman tez-tez görüntünü bağlayıb. Mən də şübhələndim ki, Cəmilə mənimlə danışdığı anda başqa kiminləsə də SMS-lə yazışıb. Lakin buna baxmayaraq onu acılamadım, mənə xəyanət edəcəyini ağlıma gətirmədim".

"Bu, mənə çox pis təsir etdi"

Turalın sözlərinə görə, 10 noyabr 2022-ci ildə günorta saatlarında Moskvada olan zaman kiçik oğlu Cəlil ona "WhatsApp" sosial şəbəkəsində görüntülü zəng edib və Cəmilənin Rasim adlı keçmiş iş yoldaşı ilə tez-tez telefonla əlaqə saxladığını bildirib: "Hətta oğlum həyat yoldaşım ilə Rasim arasında olan səs yazılarını da mənə göndərdi. Bundan sonra oğluma tapşırdım ki, heç bir hərəkət etməsin, özüm Bakı şəhərinə qayıdaraq məsələni həll edəcəm. Cəmilənin bu hərəkəti mənə çox pis təsir etdi. Buna görə də qərara gəldim ki, dərhal Bakıya qayıdıb, onunla söhbət edim".

"Bildirdi ki, nə pis hərəkətimi görmüsən"

Tural qeyd edib ki, noyabrın 11-də Bakı şəhərinə gəlib: "Məni oğlum Cəlil qarşıladı və ac olduğumdan birlikdə Savalan yaşayış massivində yerləşən "Savalan" kafesinə getdik. Böyük oğlum Səlim də kafeyə gəldi. Biz axşam saat 20.00-a qədər kafedə olduq. Orada olduğum müddətdə 200 qram araq içdim. Orada Cəmilənin mənə xəyanət etməsi ilə bağlı heç nə danışılmadı. Axşam saatlarına qədər kafedə Cəmilənin işdən çıxaraq evə gəlməsini gözlədim. Saat 21.00-da uşaqlarım ilə birlikdə yaşadığımız evin yaxınlığına gəldik. Evin qapısına çatanda uşaqlarıma bildirdim ki, maşında əyləşsinlər, evdə Cəmilə ilə dərdləşəcəm. Həmin vaxt hava yağışlı və soyuq idi. Evin qapısını döydüm, gördüm ki, qapı arxadan bağlıdır. Əvvəllər heç vaxt evimizin giriş qapısı bağlı olmayıb. Adətən yalnız evin həyət qapısını bağlamışıq. Qapını döyəndə Cəmilə elə bildi ki, gələn oğlumdur. Cəmilə qapını açaraq məni görəndə təəccübləndi və həyəcanlı şəkildə donaraq qaldı. Mən Cəmiləyə sual verdim ki, ay Cəmilə, bu nə oyundu mənim başıma açmısan. Cəmilə isə cavabında bildirdi ki, bu nə danışıqdı, mənimlə danışırsan, yenə səni kim qızışdıraraq üstümə salıb, nə pis hərəkətimi görmüsən".

"Demək olar ki, özümdə olmamışam"

Təqsirləndirilən şəxs qeyd edib ki, Cəmilənin əlində telefon olduğunu görüb və ona verməyini tələb edib: "Cəmilə isə telefonu mənə vermək əvəzinə, dəhlizin baş tərəfindəki hamam otağına tərəf qaçdı. Mən dərhal Cəmilənin arxasınca qaçdım, arxa tərəfdən sağ əlim ilə onun saçından tutaraq sifət nahiyəsindən bir neçə yumruq zərbəsi vurdum. Sonra isə telefonu zorla əlindən aldım. Baxanda gördüm ki, həqiqətən də onun Rasim adlı şəxslə arasında "SMS" danışıqları var. Bundan sonra özümdən çıxdım. Aqressiv şəkildə Cəmilədən "bu nə danışıqlardı" deyə soruşdum. Cəmilə isə mənim ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Həmin vaxtı demək olar ki, özümdə olmamışam. Sonra baş verənləri xatırlamamışam. Lakin özümə gələndə evin yaxınlığında uzandığımı və üzərimə yağış yağdığını xatırlamışam".

"Polislərə təslim oldum"

Tural bildirib ki, Cəmilənin öldürdüyünü anladıqdan sonra Rusiya mobil operatoru vasitəsi ilə Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng etmək istəsə də, telefonunda Rusiya nömrəsi olduğu üçün zəng baş tutmayıb: "Bundan sonra Cəmilənin telefonu ilə Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək cinayət hadisəsi törətdiyimi bildirdim. Daha sonra kanalın qırağında olarkən uşaqlarım polislərin gəldiyini dedilər. Mən də gedərək polislərə təslim oldum".

"Oğlunun şər atdığını bildirdi"

Təqsirləndirilən şəxs deyib ki, Moskvadan Bakıya Cəmilənin ona xəyanət edib-etmədiyini araşdırmaq üçün gəlib: "Cəmilənin mənə xəyanət etdiyini kiçik oğlum deyib. Cəmilənin xəyanət etdiyini böyük oğlum bilməyib. Cəmiləni vuran zaman məndən imdad dilməsini belə xatırlamıram. 1 il əvvəl Cəmilənin mənə xəyanət etməsindən şübhələndiyim üçün aramızda mübahisə yaranmışdı. Lakin bir müddət sonra barışdıq. Mənə oğlum hadisə baş verməzdən bir müddət əvvəl demişdi ki, Rasimlə Cəmilənin arasında münasibət var. Bu barədə Cəmilədən soruşduq da, oğlunun ona şər atdığını bildirdi".

"Münasibətləri heç də yaxşı olmayıb"

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən anasının sözlərinə görə, mərhum qızı Cəmilə 2000-ci ildə Tural ilə ailə həyatı qurub, onların nikahından iki oğlan və bir qız övladları dünyaya gəlib: "Tural tikinti sahələrində ustalıqla məşğul olub, Cəmilə isə uşaqlar böyüyənə qədər evdar qadın olub. 2015-ci ildə maddi vəziyyətləri pis olduğundan Cəmilə '‘Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən "Həsən Holding" adlanan şirkətdə aşbaz köməkçisi işləməyə başladı. 2021-ci ildə isə Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən evlərinin yaxınlığındakı tikiş sexində dərzi, son aylarda isə Bilgəh qəsəbəsində yerləşən fərdi evdə xadimə işlədi. Qızım Cəmilənin əri Tural ilə münasibəti bu illər ərzində heç də yaxşı olmayıb. Daim evlərində söz-söhbət olub. Cəmilə dəfələrlə acıq edərək ata evinə qayıtsa da, sonradan ailəsini nəzərə alaraq Turalı bağışlayıb və geri qayıdıb".

Hüquqi varisin sözlərinə görə, hətta 2022-ci ilin yanvar ayında Tural ilə Cəmilə arasında sözlü mübahisə olduğu üçün onlar boşanma ilə bağlı Xəzər rayonunda yerləşən Mediasiya Şurasına müraciət ediblər, "Tural boşanma ilə bağlı çağırışlara gəlməyib, üzrxahlıq edərək ailəsi ilə barışdı. Təxminən ötən ilin əvvəllərində Tural işləmək üçün Moskva şəhərində getdi. Həmin ilin noyabrın 11-də, saat 21-22 radələrində evdə olarkən oğlum bizə gəldi, Turalın Cəmiləni bıçaqla vurduğunu dedi. Oğluma bu məlumatı Cəmiləgilin qonşusu verib. Bunu eşidən kimi taksi ilə ora getdim. Ora çatanda həkimlərdən Cəmilənin öldüyünü öyrəndim".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 497   Tarix: 09 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub

Qeyri-sabit hava şəraiti Qaxda təsərrüfatlara ciddi ziyan vurub. "Report" xəbər verir ki, dolu yağıb, yağış suları həyətlərə dolub. Məlumata görə, bu gün səhər saatlarında güclü yağış və dolu rayonun Tasmalı, Marsan, Turaclı və Əlibəyli kəndlərində evlərə və təsərrüfatlara ziyan vurub. Hazırd

18.05.2024 229
.

Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Türkiyə Qırğızıstandakı səfirliyi bu ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib. "Report" xəbər verir ki, səfirlik ölkə vətəndaşlarını, ilk növbədə tələbələri yerli sakinlərlə Asiya ölkələrinin vətəndaşları arasında münaqişə baş verən gecə aksiyalarından sonra axşam saatlarında Bişkekdək

11:20 39
.

Aleksandr Stepanov: "Paris ədəb-ərkandan kənara çıxır"

Yeni Kaledoniyada - Fransanın xarici ərazisi deyilən yerdə artıq bir neçə gündür ki, onlarla insanın ölümü və yaralanması ilə nəticələnən etiraz aksiyaları və hətta iğtişaşlar davam edir. Paris bəzi ərazilərə nəzarəti bərpa etməyə çalışan yüzlərlə hərbçi və polis məmurunu koloniyasına göndərib. İğtişaşlar

11:00 61
.

Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib

Tərtərdə öz evindən oğurluq edən qız saxlanılıb. APA xəbər verir ki, rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birindən 2 650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkd

18.05.2024 307
.

Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI

Lənkəranda öldürülən 22 yaşlı Könül Ağayevanın ailəsi qətlin səbəbləri barədə danışıb. Tələbə qızın anası Rəqsanə Ağayeva bildirib ki, qızını oğlan kimi böyüdüb:. "Uşağım 100 manatın qurbanı olub. Onu qətlə yetirən oğlanla söhbətim zamanı pul üstündə mübahisə etdiyini dedi". K.Ağayevanın nənəs

18.05.2024 780
.

24 yaşlı tibb bacısı xəstəxanada öldü - Müəmmalı hadisə - FOTO

İstanbulda özəl xəstəxanalardan birində tibb bacısı dünyasını dəyişib. haberler-ə istinadən xəbər verir ki, İstanbulda özəl xəstəxanalardan birində xəstə babası ilə birgə qaldığı iddia edilən 24 yaşlı tibb bacısı Selen Bilgin səhər saatlarında xəstəxana otağında ölü tapılıb. Hadisə ilə bağlı saxlanıla

18.05.2024 519
.

Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Qırğızıstan Daxili İşlər Nazirliyi ölkə sakinlərini icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb və onlara qanunun pozulmasına görə məsuliyyəti xatırladıb. "Report"un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib. "Paytaxtda baş verən son hadisələrl

00:25 242
.

NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?

Amerikanın "Global Fire" təşkilatı NATO-nun 10 ən güclü ordusu ilə bağlı araşdırma dərc edib. BİG.AZ -a istinadən bildirir ki, araşdırmaya əsasən 1-ci yerdə 831 milyard dollar hərbi büdcə ilə ABŞ ordusu gəlir. ABŞ-ın 1 milyon 400 min əsgəri, 13 min hava qüvvəsi, 4600 tankı və böyük donanmas

18.05.2024 289
.

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər var. Noyabrın 1-dək hazır olacaq sənəddə təklif olunur ki, yeni artım zamanı iki meyardan istifadə edilsin. xəbər verir ki, bunlardan biri ötən müddətdə qeydə alınan infilyasiya səviyyəsi, digəri isə həmin dövrdə nominal orta aylıq əməkhaqqındakı artı

11:06 77