Zaxarova Makronu məsxərəyə qoydu

Zaxarova Makronu məsxərəyə qoydu"Bizi az şey təəccübləndirə bilər, amma bəzən Fransa Prezidenti Emmanuel Makron buna nail olur, iyunun 28-də Marseldə olduğu kimi".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Fransa Prezidentinin anti-Azərbaycan bəyanatlarına münasibət bildirərkən deyib.

"Makron demişdi ki, sən demə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə Ermənistanın Baş naziri Nikol Vovayeviç Paşinyandan daha çox təzyiq göstərir və Qarabağ məsələsində aydın mövqeyə malik olan yeganə şəxsdir ki, demək olar ki, təkbaşına bu mövzunu dünya birliyinin gündəliyində saxlayır", - o qeyd edib.

"Sizə deyə bilərəm ki, bu cür bəyanatlardan sonra Prezident Makronun təvazökarlığının yalnız kişiliyindən geridə qalması hissi yaranır. Biz, əlbəttə ki, onun Qarabağ nizamlanması ilə bağlı şəxsi rolu və xidmətləri barədə pafosla danışmasına təəccüblənməyə bilmirik. Təəssüf ki, o, belə məhsuldar işin praktiki nəticələri barədə danışmadı. Proses var, amma nəticə yoxdur. Və bəlkə də ona görə demədi ki, bu nəticələri heç kim heç vaxt görməyib. Yeri gəlmişkən, bu nəticələri təkcə Fransanın Qarabağ nizamlanması üzrə vasitəçiliyi ilə deyil, həm də Prezident Makronun dəfələrlə götürdüyü bir çox başqa işlər üzrə heç kim heç vaxt görməyib. Bizdə artıq uzun müddətdir ki, Fransanın Qarabağ nizamlanmasına müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir illüziya yoxdur.

Deyə bilərəm ki, bütün bu hərəkətlər, nümayişkaranə addımlar tərəflərə kömək etmək deyil, Rusiya Federasiyasını nizamlanma prosesindən çıxarmaq və öz siyasi, bəzən isə sadəcə olaraq seçkiqabağı məqsədlərini reallaşdırmaq məqsədi daşıyır. Nəinki danışıqlar prosesinə müsbət təsir göstərmədilər, əksinə, Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu tamamilə gözdən saldılar. Amma, bilirsiniz, özünüpiarı hələ heç kim ləğv etməyib, hər kəs bu mənada öz seçimini edir. Ola bilsin ki, bu, onların sahib olduğu yeganə şeydir", - deyə Zaxarova əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 669   Tarix: 06 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999