Atasını şərləyib tutdurdular, Amerikada yaşamaq istəmədiyi üçün həyat yoldaşından ayrıldı

Atasını şərləyib tutdurdular, Amerikada yaşamaq istəmədiyi üçün həyat yoldaşından ayrıldıBu gün Əməkdar artist, məşhur müğənni Sevda Ələkbərzadənin doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Sevda Çingiz qızı Ələkbərzadə 4 iyul 1977-ci ildə Bakıda yazıçı ailəsində anadan olub. Onun babası məşhur yazıçı Əbülhəsən, atası isə publisist-yazıçı Çingiz Ələkbərzadə olub. Onlar bir müddət Bakıda yaşasalar da, sonradan atasının işi ilə əlaqədar olaraq İsmayıllıya köçürlər.

Ancaq iş elə gətirir ki, 1988-ci ildə, Sevda ikinci sinifdə oxuyanda, atasını televiziya üçün hazırladığı hansısa süjetə görə şərləyib tutdururlar. Elə həmin il Sevdanın babası Əbülhəsən dünyasını dəyişir.

Başsız qalan ailənin həmin illərdə yeganə himayəçiləri Sevdanın ata nənəsi olur. Ancaq atası həbsdə olan zaman Sevdanın nənəsi də dünyasını dəyişir. 1988-ci ilə qədər iki il yarım həbs həyatı yaşayan yazıçı həbsdən çıxandan sonra çox dəyişilir, xəstə, əsəbi və narahat adama çevrilir. Bu barədə Sevda müsahibələrinin birində deyir:

"Atamla işləyən bir operator var idi, yaxın idilər, sonra onu da qorxutdular, o da üzünə durdu. Atam həbsdən çıxanda gəlib üzr istədi, dizüstə düşüb dedi ki, bağışla, məni qorxutdular, heç nə edə bilmədim… Nə bilim, insanıq dəə… Atam həbsdən çıxanda çox dəyişmişdi. Şərə düşmək insanı çox qırır. Nahaq pis şeydir. Təbii ki, oradan çıxanda tam başqa bir adam idi. Bir az aqressivləşmişdi, bir az həyatdan küskün idi. İnsan başa düşür ki, bu dünyada ədalət yoxdur. Nə olsun ki, bəraət verdilər, 2 il yarım həyatını geri qaytardılar? Yox. Stressdən, əsəbdən səhhətində problem yarandı. Skleroz deyirdilər, amma mən son vaxtlar oxudum ki, bu parkinson xəstəliyi imiş. Hər şeyi unudurdu. Amma kim olduğunu heç vaxt unutmadı. O, həbsdən çıxandan sonra xəstəliyi hiss etdik. Əvvəlcə, biz başa düşmürdük, elə bilirdik stressdəndir. Amma illər sonra xəstəlik şiddətləndi, skleroza çevrildi. Onda biz anladıq ki, atam elə həbsxanadan o xəstəliklə çıxmışdı. Həkimə də aparmaq mümkün deyildi, imtina edirdi. 1999-cu ildə vəfat etdi".
Atasını şərləyib tutdurdular, Amerikada yaşamaq istəmədiyi üçün həyat yoldaşından ayrıldıUşaqlıqdan incəsənətə maraq göstərən Sevda yeniyetməlik illərində "Aypara" qrupunda ifaçı kimi fəaliyyətə başlayır. Bir il "Aypara" qrupunda çalışdıqdan sonra fərdi ifaçılıqla məşğul olur.
O, 1993-cü ildə "Rast" qrupunda solist-ifaçı kimi fəaliyyətə başlayır. Bu dövrdə "Rast" musiqiçilərinin önəmli yeniliyi ondan ibarət idi ki, milli xalq musiqilərini dünya musiqiləri ilə sintez edərək dinləyicilərə yeni bir üslub təqdim etmişdilər. S.Ələkbərzadə həmin ildə görkəmli muğam ustası Alim Qasımovdan fərdi muğam dərsləri alır. 2001-ci ildə "Rast" qrupunun tərkibindən çıxaraq fərdi ifaçılıq fəaliyyətinə başlayan S.Ələkbərzadə bəstəkar Cəmil Əmirovla birlikdə "Demə ki, sevirəm" adlı ilk layihəsi ilə çıxış edir.

Sevda Ələkbərzadə 1998-ci ildə sənədlərini Azərbaycan Dövlət İncəsənət Universitetinə verir və buranın "Musiqili komediya aktyorluğu" fakültəsinə daxil olur.

2014-cü ilin may ayında Sevda İstanbulda tanış olduğu Kamiyar adlı Cənubi Azərbaycandan olan iş adamı ilə ailə həyatı qurur. Ancaq cütlük 2016-cı ildə qarşılıqlı razılaşma ilə yollarını ayırmağa qərar verir. Bu barədə açıqlama verən müğənni deyir:

"Həyat yoldaşımla boşanmaq qərarına gəlmişik. O, Amerikada, mən isə Azərbaycandayam. Qərar verdik ki, belə davam etməkdənsə, ayrılaq. Mən hər şeyi Bakıda qoyub Amerikaya köçə bilmərəm. Eləcə də Kamiyar işini atıb buraya gələ bilməz. Qarşılıqlı razılaşma ilə bu qərarı verdik. Hər dəfə Azərbaycanda, Türkiyədə və Amerikada yaşamağa çalışdıq. Amma hər dəfə bir problem ortaya çıxdı. Kamiyarla münasibətlərimiz yaxşıdır".

"Ömrün Allahı sevgidir", "Kaş ki mən dəniz olaydım", "Sarı gəlin", "Sən yadıma düşəndə" mahnıları daha çox məşhurluq qazanıb. 2014 "İntro" adlanan yeni albomunda atasının xatirəsinə ehtiram əlaməti olaraq "Salam, Allahım!" adlı musiqi ifa edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1514   Tarix: 04 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Şəxsi həyatımdan danışdım, səhv etdim"

Müğənni Zeynəb Həsəni şəxsi həyatı ilə bağlı verdiyi açıqlamadan danışıb. OLAY yazır ki, sənətçi "Rəngarəng səhər" verilişində qonaq olarkən məkanların birində keçmiş sevgilisi ilə bağlı səsləndirdiyi fikirdən söz açıb:. "Məni evdən qovduracaqsəınız. Səhv etdim, bir dəfə şəxsi həyatımda

30.04.2024 898
.

Onu təhqir edən şəxsləri ifşa etdi

Aktrisa Zülfiyyə Qurbanova ona təhqiramiz şərh yazan şəxsləri ifşa edib. OLAY yazır ki, sənətçi bununla bağlı feysbukda status paylaşıb və Daxili İşlər Nazirliyinə müraciət edib:. "Bu, hələ bir qismidir. Düşünürəm ki çox qısa zamanda bu təhqir dolu şərhləri yazanları taparsınız. Polis bölməsind

02.05.2024 630
.

Britni Spirs boşandı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məşqçi həyat yoldaşı Sem Asqaridən rəsmi olaraq boşanıb. Axşam.az xəbər verir ki, bu barədə "PageSix" nəşri məlumat yayıb. Sənədlərə görə, 42 yaşlı müğənni müxtəlif zinət əşyaları və digər şəxsi əşyalarla yanaşı, cütlüyün toyuna qədər v

02.05.2024 366
.

"Hər gün buna görə məktəbdən evə göndərilirdim"

Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub. Axşam.az xəbrə verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:. "Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaba

29.04.2024 1106
.

Bu türk aktrisalar dünyanın 100 ən gözəl qadınlarından seçildilər

TC Candler və Independent Critics dünyanın ən gözəl 100 qadını siyahısını açıqlayıb. xəbər verir ki, onların arasında 3 türkiyəli aktrisa da var. Aktrisa Sıla Türkoğlu 33, Özge Yağız 43, Hande Erçel 53-cü yeri tutub

30.04.2024 936
.

Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO

Əməkdar artist Yusif Mustafayev Cəlilabadda məscid tikdirib. Bu barədə Xəzər TV-nin efirində yayımlanan verilişlərdən birində aşıq Zülfiyyə İbadova məlumat verib. Aşıq sənətçinin həmişə xeyirxah işlər gördüyünü qeyd edib

30.04.2024 1295
.

Pərvin çəkilişlərdə xəstəlik tapdı

Aktrisa Pərvin Abıyeva filmlərə çəkilməməyinin səbəbini açıqlayıb. OLAY yazır ki, o, bu barədə "Xəzər axşamı" verilişində danışıb. Abıyeva çəkildiyi layihələrdə ondan sponsor istədiklərini deyib. "İlk dəfədir bunu deyirəm. Amma artıq deyəcəyəm. Bilmirəm səbəbi nədir, məndənmi istəyirlə

30.04.2024 1113
.

İki həftəyə 4 kiloqram arıqladı

"İki həftədir pəhrizdəyəm, 4 kiloqram çəki atmışam. Ciddi pəhrizdiz, çalışıram ki öz çəkimə qayıdım. Pilatesə gedirəm, yürüyüş edirəm. Səhnə bunu tələb edir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "İncə səhər" verilişində deyib. Sənətçi qida rasionundan da danışıb:

01.05.2024 1617
.

"Zeynəb Xanlarovanın mahnılarını oxumayın, hamısı mənimdir"

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovanın "Mələyimsən" mahnısını ifa edib. Axşam.az xəbər verir ki, o, ifasının sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib:. "Bu mahnı üçün ölürəm. Elə mahnı da mənim üçün ölür. Mən Zeynəb xanımdan və mahnılarından doymuram. Doymaram

01.05.2024 2203