Bu qarpız-yemişlər təhlükəlidir - XƏBƏRDARLIQ

Bu qarpız-yemişlər təhlükəlidir - XƏBƏRDARLIQArtıq bir aydır ki, qarpız-yemiş məhsulu bazarlarda satışa çıxarılır. Halbuki yay mövsümünün vazkeçilməz qida məhsullarından olan qarpız-yemiş Azərbaycanda əsasən iyul ayının sonu, avqustun əvvəlində tam yetişir.

Ekspertlər qeyd edir ki, mövsümündən əvvəl satışa çıxarılan qarpız və ya yemiş ya süni istilik verilərək, ya da mineral gübrələrdən istifadə olunmaqla süni şəkildə yetişdirilir ki, bu da bir sıra hallarda həssas qrupdan olan insanların həyatı üçün təhlükə yarada, zəhərlənmələrə gətirib çıxara bilir.

Bəs qarpız, yemiş alarkən nələrə diqqət etmək lazımdır? Yol kənarlarında açıq şəkildə satılan qarpız-yemişlər nə dərəcədə təhlükəlidir?

eyyub son.PNG (353 KB)

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a danışıb:

"Azad İstehlakçılar Birliyi illərdir ki, xüsusi cihazla qarpız-yemiş, digər kənd təsərrüfatı məhsullarının tərkibindəki nitritlərin miqdarını yoxlayır. İldən-ilə məhsulların tərkibindəki nitritlərin miqdarı azalmağa başlayıb. Ola bilər ki, bu amil gübrənin qiymətinin getdikcə bahalaşması ilə bağlıdır. Lakin qarpız-yemiş məhsullarının tərkibində nitritlər hər zaman normadan çox olur.

Qarpız elə bir məhsuldur ki, ona gübrə verilməsə belə, yonca olan yerdə əkilsə, növbəti yığımda özündə çox miqdarda nitrit birləşdirəcək, hansı ki, bu, müəyyən normanı keçəndə orqanizmdə zəhərlənməyə səbəb ola bilər. Fermerlər qarpız məhsulunun böyük olması üçün çoxlu miqdarda gübrədən istifadə edir.

Əhali bilməlidir ki, qarpız və yemiş məhsulu hətta mövsüm vaxtında da nitritlə zəngin olur. Ona görə də qarpız alan zaman alıcılar aşağıdakı məqamlara diqqət etməlidir:

1. Nitritlərlə zəngin olan qarpızın çəkisi böyük olur. Nitritsiz qarpızın çəkisi 5-6 kq-dan artıq olmur.

2. Nitritli qarpızlar nitritsizlərlə müqayisədə daha şirin olur. Alıcılar şirin qarpız olduğunu görüb, aldanırlar.

3. Nitritli qarpızı kəsəndə rəngi çəhrayı, nitritsiz isə al-qırmızı rəngdə olur.

4. Nitritli qarpızın içində gözlə görünən yoğun ağ damarlar olur. Nitritsiz qarpızda da ağ damarlar olur, amma çox nazik şəkildə.

5. Nitritli qarpızın qalınlığı 1 sm-dən artıq olur. Nitritsiz qarpızın isə qabığının qalınlığı 0,5 sm-dən artıq olmur.

Bir sözlə, istehlakçılar qarpız alanda diqqətli olmalı, böyük ölçülü qarpız almaqdan çəkinməlidirlər.

Yetişmiş qarpızın adətən saplağı nazik və nisbətən qurumuş olur. Həmçinin qarpızı sıxmaqla da məhsulun yaxşı olub-olmadığını müəyyən etmək olur".

Eyyub Hüseynov qeyd edib ki, nitriti çox olan qarpızdan həddindən artıq qəbul etdikdə zəhərlənməyə gətirib çıxara bilir:

"Ümumiyyətlə, icazə verilən sanitar normaya görə, 1 kq qarpızda 60 mq-dan artıq nitrit olmamalıdır. Lakin apardığımız müşahidələrdən görürük ki, 1 kq qarpızda 200-300 mq nitrit olur".

Eyyub Hüseynov gün altında satılan qarpızlardan da söz açıb:

"Gün altında olan qarpız heç də təhlükəli deyil. Qarpız üstüörtülü şəkildə günün altında qala bilər, bu zaman məhsul daha yaxşı yetişir".

Eyyub Hüseynovun sözlərinə görə, yemişin tərkibində nitritin çox olmasını müəyyən etmək bəzən çətin olur:

"Bəzən yemişi kəsəndə ondan dərman qoxusu gəlir və yaxud yedikdə dərman dadı müşahidə olunur. Bu, məhsula ziyanvericilərə qarşı dərman vurulmasının sübutudur.

Qarpız kimi yemiş məhsuluna da nitrit çox verildikdə ölçüsü böyük olur. Nitritli yemişlər nisbətən az şirin olur. Təbii yemişlər isə daha şirin, ölçüsü böyük olmur, nisbətən bərk olurlar. Əsl yemiş gözəl qoxu verir. Həmçinin tövsiyə olunur ki, saplağı üstündə olan yemiş alınsın. Adətən saplağı kəsilmiş yemiş tez bir zamanda saralır və yetişmiş yemiş görkəmini alır".

Onu da xatırladaq ki, bu mövsümdə satılan qarpızların qəbulu zamanı tez-tez zəhərlənmə halları baş verir. Mütəxəssislər qeyd edir ki, bu cür zəhərlənmə zamanı insanda qəfil halsızlıq, soyuq tər, təzyiqin düşməsi kimi hallar müşahidə edilir. Bəzən də olur ki, qarpızdan zəhərlənən şəxsdə zəhərlənmənin fəsadları qalır. Buna görə də qarpızdan zəhərlənən şəxsə dərhal çoxlu maye içirtmək məsləhət görülür. Daha sonra əgər təzyiq düşübsə, onu soyuq tər basıbsa, zərərçəkənin başı aşağı vəziyyətdə qalmasını tənzimləmək lazımdır ki, başına qan getsin. İlkin yardımdan sonra dərhal həkimə müraciət edilməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 562   Tarix: 02 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28.04.2024 442
.

Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO

Arb-də yayımlanan "Səni axtarıram" verilişində yaşanan hadisə diqqət çəkib. xəbər verir ki, efirə üz tutan şikayətçi qadının ərinin söylədikləri hər kəsi təəccübləndirib. Özündən yaşca böyük qadınla ailə quran gənc oğlan buna məcbur edildiyini iddia edib. Həbsxanaya düşməkdən qorxduğunu deyə

28.04.2024 1076
.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21.04.2024 515
.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

28.04.2024 453
.

Nigeriyada tıxacda 300-dək avtomobil yandı

Nigeriyada magistral yolda yaranan tıxacda 100-dən 300-ə qədər avtomobil yanıb. Hələ ki, tələfat barədə məlumat yoxdur, lakin itkilər çox ola bilər. Çünki şahidlərin sözlərinə görə, insanlar çox vaxt qapıları açmağa vaxt tapmayıblar. İnsident Şərq-Qərb magistralının Rivers ştatı ərazisində baş verib

28.04.2024 256
.

Eynəyi cızıqlardan xilas edən təbii üsul

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar. Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər. Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqlar

27.04.2024 598
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21.04.2024 970
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 499
.

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?

Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib. Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında

28.04.2024 426