Ermənilər inad etsələr, peşman olacaqlar

Ermənilər inad etsələr, peşman olacaqlarErmənistan hazırda rusiyal sülhməramlılarının yerləşdiyi ərazilərdəki hərbçilərini son nəfərədək çıxarmasa, Azərbaycan məcbur qalaraq sərt addımlar atmalı olacaq...

Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdə olan qarabağlı ermənilərin silahlı dəstələri sakitləşmək bilmir. Onların sakitləşməsinə imkan da verilmir, çünki bu diversiya dəstələrindən Bakıya təzyiq vasitəsi kimi istifadə etmək istəyən qüvvə var.

Həmin dəstələrin mövqelərinə silah-sursat, ərzaq və yanacaq daşınması prosesi də səngimir. Daşıma prosesini isə RSK-nın zirehli maşınları müşayiət edirlər. Rusiya bayrağının olduğu bu hərbi texnika erməni separatçıların təhlükəsizliyinin təminatı üçündür, çünki RSK komandanlığı düşünür ki, Rusiya bayrağının olduğu hərbi vahidlər Azərbaycan Ordusunun legitim hədəfinə çevrilməyəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycanla yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə qarabağlı separatçılardan istifadə etmək qərarırna gəlib.

İrəvanın tam kapitulyasiyası və ermənilərin ordusunun darmadağını ilə başa çatmış 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat hazırda yaşanan problemlərin ümumiyyətlə, yaranmasına imkan verməməli idi.

Zəngəzur dəhlizi layihəsi reallaşmağa başlamalı, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan ərazisindəki dəstələri dərhal çıxarılmalı, rusiyalı sülhməramlılar qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyasını təmin etməli, onillərlə davam etmiş erməni işğalında viran qalmış ərazilərdəki mina sahələrinin istisnasız olaraq hamısının xəritələri Bakıya verilməli, sülh danışıqları başlanmalı və sonucda yekun sülh sazişi imzalanmalı idi.

Rəsmi Bakı üçtərəfli bəyanatdakı şərtlərin istisnasız olaraq hamısını (!) yerinə yetirib və yetirməkdədir. Rusiya Federasiyası bu sənəddən bölgədə geosiyasi mövcudluğun təmin etmək, qorumaq və imkan yaranarsa, daha da artırmaq üçün istifadə edir. Ermənistana gəldikdə isə, baş nazir Nikol Paşinyanın çoxsaylı vədlərinə, bəyanatlarına və açıqlamalarına rəğmən, rəsmi İrəvan üçtərəfli bəyanata adi kağız parçası qismində yanaşır.

Müharibə başa çatandan bəri ötən müddətdə sülhün əldə edilməsi əvəzinə bölgədə yeni, sürəkli gərginliklə müşahidə olunan və son vaxtlar gərginliyin süni şəkildə dəfələrlə intensivləşdiyi vəziyyətin yaradılmasının səbəbləri də məhz budur.

İrəvanla Moskva üçtərəfli bəyanata sadiq olduqlarını, sənəddəki şərtlərin, tələblərin və xüsusilə də bəndlərin şərtsiz yerinə yetirilməsinin təminatı ilə bağlı zəruri proseslərin getməsinə ehtiyac duyulduğunu desələr də, məhz Rusiya Federasiyası və Ermənistan sözügedən sənədin faktiki olaraq qüvvədən düşməsinə şərait yaradıblar.

Ermənistanın aqressiv ritorikası ilə müşayiət olunan destruktiv siyasəti, sülh gündəliyinə qarşı yönəlmiş fəaliyyəti, danışıqlar prosesində fasiləsiz olaraq maneələr və əngəllər yartamaq cəhdləri, xüsusilə də Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri tərəfindən şərti dövlət sərhədindəki mövqelərimizin sporadik atəşə tutulması kimi halları Rusiya zahiri narahatlıq, batini razılıqla seyr edir.

RF-nin Xarici İşlər Nazirliyi vəziyyətlə bağlı mütəmadi bəyanatlar verir, qarşıdurma tərəflərini anlaşmağa və vahid mövqe əldə etməyə çağırır, sülh sazişinin imzalanmasında ən maraqlı tərəf olduğunu vurğulayır.

Rusiyanın aktivliyini başadüşüləndir: Moskva bölgədəki təsir rıçaqlarını itirmək istəməyərək Azərbaycanla Ermənistan arasındakı danışıqlarla müzakirələrdə əsas vasitəçi, sülhyaradıcı qüvvə və diskussiyaların moderatoru olduğunu hər vasitə ilə ön plana çəkir.

Belədə çox bəsit sual yaranır: Rusiya sülhə can atırsa, Zəngəzur dəhlizi layihəsinin maksimum qısa müddətdə həyata keçirilməyə başlanmasında maraqlıdırsa və ümumiyyətlə, Cənubi Qafqazda sülhlə stabilliyin bərqərar olmasını istəyirsə, nə üçün Ermənistanın aqressiv davranışını səngitmək üçün əməli addımlar atmır?

Sualın cavabı bəlli olsa da, Moskva rəsmi olaraq mövqeyini açıqlamayıb və çətin ki, açıqlasın.

Üçtərəfli bəyanatın qüvvədən düşmüş və hüquqi qüvvəsin itirmiş anlaşma sayılması üçün rəsmi İrəvanın bütün cəhdlərini müşahidə edən Moskva üçün əsas məsələ Ermənistanın Qərbə meyllənməsinin qarşısını almaqdır.

Nikol Paşinyan hakimiyyətinin məqsədləri asan təxminlənir: Rusiyanın təsirindən çıxmaq, ölkə ərazisindəki 102 saylı hərbi bazanın çıxarılaraq Rusiyaya yollanmasına nail olmaq və kollektiv Qərbin himayə çətirinin altında olmaq.

Təbii ki, prosesin ağrılı, itkilərlə müşayiət ediləcəyini N.Paşinyan anlayır və Kremlin qəzəb eksponentini zəiflətmək üçün sürəkli olaraq Moskva ilə təmasa keçir, Rusiyaya səfərlər edir və ermənilərin Rusiyaya sadiq müttəfiq, strateji tərəfdaş qismində bundan sonra da qalacaqlarını vurğulayır.
Ətraflı

Lakin Ermənistan üçtərəfli bəyanatın şərtlərinə əməl etmir və deyəsən, belə niyyəti də yoxdur.

Belə ki, sənədin şərtlərinə görə, hazırda RSK-nın nəzarət arealındakı hərbçilərini çıxarmalı, ekpedisiya işğal korpusunun mövucdluğuna son qoymalı idi. İrəvan bunu etdiyini, RSK-nın müvəqqəti yerləşdiyi ərazilərdəki bütün hərbçilərini (?) çıxardığını bəyan edir.

Halbuki mövqelərimizin son dəfə atəşə tutulmasına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində Xocavənd və sabiq Ağdərə rayonlarında 5 erməni hərbçi məhv edildi.

Üstəlik, RSK-nın yerləşdiyi ərazilərdəki qarabağlı ermənilərin silahlı dəstələri Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargahı tərəfindən idarə olunur, İrəvandan əmr və göstərişlər alır. Həmin silahlıların maddi təminatı da Ermənistanın dövlət büdcəsindən ayırmalar hesabına reallaşdırılır.

Onların ikisinin Ermənistan Müdafiə Nazirliyinin mənsubları olduğunu rəsmi İrəvan meyitlərin təhvilini tələb etməklə etiraf etmiş oldu. O da aşkarlandı ki, məhv edilmiş erməni hərbçiləri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizəsinin mənsubları olublar.

RSK-nın yerləşdiyi ərazilərdə təqribən 10 min erməni yaraqlısı varsa, rusiyalı sülhməramlıların fəaliyyəti nədən ibarətdir və hansı səbəblərdən həmin yaraqlılar indiyədək tərksilah edilməyiblər?

Və ya Rusiya üçtərəfli bəyanatın şərtlərinin mütləq şəkildə yerinə yetirilməsinə tərəfdar olduğunu deyirsə, nə üçün Azərbaycanın Şərqi Zəngəzur bölgəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəсək Zəngəzur dəhlizi layihəsinin hələ də işə düşməməsini sakit seyr edir?

Suallar çoxdur.

Məhz Rusiya Federasiyasının bölgədəki apatik davranışı, erməni şovinizminə və revanşizminə faktiki olaraq siyasi dəstək verməsi nəticəsində üçtərəfli bəyanat qüvvəsini itirmiş sayıla bilər.

İrəvanın aqressiv militar açıqlamalarının, ordusunu sürətlə silahlandırmağa başlamasının, Azərbaycan mövqelərini sürəkli atəşə tutmasının, qarabağlı erməni separatçılarının yenidən aktivləşərək Azərbaycan Ordusunu hədəfə almağa can atmasının qarşısı qətiyyətlə və siyasi iradənin nümayişi şərti ilə alınmadığı üçün biz bugünkü situasiyanı yaşayırıq.

Azərbaycan probemləri danışıqlar yolu ilə, müzakirələrlə və anlaşma ilə həll etmək məqsədilə mümkün olan bütün vasitələrdən istifadə etdi. Bakı hələlik səbrlə davranır.

Üçtərəfli bəyanatı eyninə almayan Ermənistan indiki isterik revanşizmini davam etdirərəsə, bölgədə amansız antoqonizmə nail olmaq üçün bütün metodlardan yararlanmağa çalışarsa, rəsmi Bakı hələlik RSK-nın nəzarətindəki ərazilərdə olan qarabağlı ermənilərin silahlı dəstələrinə qarşı antiterror, daha doğrusu, sülhə vadaretmə əməliyyatına başlamaq məcburiyyətində qalacaq.

Bakının məqsədi bəllidir: qarabağlı ermənilər Azərbaycana reinteqrasiya edilməli, ərazilərimizdə bir nəfər də erməni silahlı qalmamalıdır.

Təqribən 10 min nəfərlik silahlı dəstə mənsubları Azərbaycanı tərk edə bilərlər. Yol açıqdır, Ermənistana yollanaraq problemi asanlıqla həll edə bilərlər.

Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin ərazilərindəki silahlıları könüllü çıxmasalar, onları çıxarmalı olacağıq.

Məhv edilmiş legitim hərbi hədəf qismində...

Elçin Alıoğlu
TREND


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 408   Tarix: 01 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608