"Eşitdim ki, arvadım bacımın əri ilə münasibətdədir" - Suraxanıdakı cinayətin təfərrüatı
Bakının Suraxanı rayonunda 1978-ci il təvəllüdlü Zaur ailə münaqişə zəminində yeznəsi Toğrula (adlar şərti verilib - red.) xəsarət yetirib.
BiG.AZ bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il yanvarın 6-da baş verib. Zaur Toğrulun kürək nahiyəsindən bıçaqla vurub.
İstintaq orqanı tərəfindən Zaurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1999-cu ildə Xumarla ailə həyatı qurub:
"Təqribən 1 il əvvəl Xumarla aramızda mübahisə yarandı. Bundan sonra Xumar bacımgillə yaşamağa başladı. Nə qədər çağırsam da, evə gəlməkdən imtina etdi. Bir müddət əvvəl Xumarın bacım Səidənin əri Toğrulla münasibətləri barədə məlumat eşitdim. Bu səbəbdən hadisə günü saat 18.30-da Toğrulgilin yaşadığı Əmircan qəsəbəsindəki ünvana gəldim ki, onun özündən məsələ ilə əlaqədar maraqlanım.
Ətraflı
İbadət əhli olan Toğrulun məsciddən çıxdığını gördüm. Onu çağırıb məsələ ilə bağlı izah istədim. Arvadımın özünün onunla olmaq istədiyini dedi. Bu zaman onun danışıqlarına dözə bilmədim. Üzərimdə gətirdiyim bıçaqla kürək nahiyəsindən bir bıçaq vurdum. Bu zaman evdən çıxan bacım və arvadım qışqırdılar. Bunu gördükdə həmin yerdən uzaqlaşaraq evimə gəldim".
Zaur qeyd edib ki, Toğrulu cəzalandırmaq üçün bıçaqla onun üzərinə gedib: "Bıçağı hadisədən sonra hara tulladığımı unutmuşam. Toğrulu etdiyi hərəkətə görə cəzalandırmaq istəmişəm".
İş üzrə zərərçəkmiş Toğrulun sözlərinə görə, Zaur onun qaynıdır: "Zaur problemli şəxs olduğu üçün onunla danışmamışam. Bir müddətdir keçmiş həyat yoldaşı Xumarla münasibətdə məni günahlandırırdı. Ancaq mənim Xumarla qohumluqdan başqa hər hansı bir əlaqəm olmayıb".
Zərərçəkmiş qeyd edib ki, hadisə günü evdə olan zaman həyətin darvazasının möhkəm döyüldüyünü eşidib: "Evdən çıxıb darvazanı açdım. Bu zaman Zaur mənə daş atdı. Əyildiyimdən daş mənə dəymədi. Zaur üstümə hücum çəkdi və məni vurdu, yerə yıxıldım. Səs-küyə evdən yoldaşım Səidə çıxdı, Zaur qaçaraq getdi. Ayağa qalxdıqda sol kürək nahiyəmdən qan axdığını gördüm. Başa düşdüm ki, Zaur mənə bıçaqla xəsarət yetirib. Təcili tibbi yardım çağırdıq. Məni xəstəxanaya apardılar".
Suraxanı rayon Məhkəməsinin hökmü ilə Zaur 6 ay müddətə azadlıqdan məһrum edilib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 866 Tarix: 01 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaşİlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bu barədə xəbər verir
16:05 159 Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb
15:28 169 Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
Türkiyənin Van şəhərində, İranla sərhəddəki Başkelə rayonunda hərbi maşın aşıb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 11 hərbçi yaralanıb. Onlardan 6-sının durumunun ağır olduğu bildirilib
17:20 160 Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb
Bakıda usta işlədiyi evlərdən oğurluqlar etdiyi üçün saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Binəqədi rayonunun Goradil və Fatmayı bağlar massivində yerləşən yeddi evdən oğurluq edilib. Rayon polis idarəsinin 43-cü Polis Bölməsinə müraciət edən zərərçəkənlə
15:45 181 Prezident Cəbrayılın bu kəndlərinin təməllərini qoydu
Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb
13:26 240 Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb
Pakistanın şimal-qərbində baş verən yol qəzasında 14 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, bir ailəni daşıyan mini yük maşınının yarğana aşması nəticəsində 14 nəfər ölüb, 12 nəfər yaralanıb
21:40 97 Yaşlı qadını döyüb pulunu əlindən aldılar -Saxlanılan var
Oğuzda quldurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BİG.AZ-a verilən məlumata görə, hadisə rayonunun Qumlaq kəndində baş verib. Belə ki, gecə saatlarında naməlum şəxs yaşlı qadını döyərək onun üzərində olan pul vəsaitini ələ keçirib. Rayon poli
10:10 268 Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı
Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən BİG.AZ-a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiklər
16:20 206 Rusiya XİN: Fransanın dənizaşırı ərazilərdəki siyasəti dalana dirənib
Rusiya Xarici İşlər Nazirliyi Fransanı etirazçılara qarşı əsassız zorakılıqdan çəkinməyə və Yeni Kaledoniyanın yerli əhalisinin hüquq və azadlıqlarına əməl olunmasını təmin etməyə çağırıb. "Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib
17:30 147