Evdə rahat və dəbli olmağın 5 qızıl qaydası

Evdə rahat və dəbli olmağın 5 qızıl qaydasıÇölə çıxarkən yaxşı geyinmək insanı yaxşı hiss etdirir və özünə güvən gətirir. Bəs, ev? Əslində evdə olduğunuz zaman da eyni hissləri yaşayırıq. Xüsusilə uzun müddət evdə vaxt keçiririksə, özünüzü yaxşı hiss etmək və enerjinizi yüksək tutmaq üçün təpədən dırnağa qədər gözəl bir ev dizaynı yaratmalıyıq.

Evdə çöldəkindən çox daha rahat və sərbəst hərəkət etdiyimiz üçün təbii ki, rahatlıq ön plandadır. Ancaq fiziki rahatlıqdan başqa, özünüzü yaxşı hiss etdirəcək zəriflikdən də istifadə etməlisiniz.

Lent.az evdə həm səliqəli, həm də rahat olmağın üçün 5 qızıl qaydanı təqdim edir.
Əvvəlcə qarderobunuzu nəzərdən keçirin

Kişi və qadın ev geyimləri üçün bizim prioritetimiz ümumiyyətlə rahatlıqdır. Amma rahatlıq dedikdə, çölə geyinmədiyimiz paltarları evdə geyinməyi nəzərdə tuturuq. Ancaq gəzməkdə olduğu kimi evdə də qəşəng olmaq istəyirsinizsə, sərbəst hərəkət etməyə imkan verəcək paltarlar seçin. Yəni köhnəlmiş paltarları çox da istifadə etməyin. Son zamanlar ev geyimləri çox moda olmağa başlayıb. Bu dəblə ayaqlaşmaq üçün bir şey almadan əvvəl şkafınızdakı paltarları nəzərdən keçirməlisiniz.

Bunu edərkən qarderobun üst-alt bölmələri rənglərinə və naxışlarına görə qruplara ayırın. Onların hamısını bir yerdə görəndə necə birləşdirə biləcəyinizi və nəyə ehtiyacınız olduğunu daha asan kəşf edəcəksiniz.

Sevimli rənglərinizlə enerji yaxalayın

Sadəliyin tərəfdarısınız? Yoxsa bənövşəyi, narıncı, fuşya kimi sevimli dinamik rənglərin? Ev tərzinizi müəyyənləşdirərkən unutmayın ki, siz çöldəki geyim tərzindən qat-qat azad və rahat olduğunuza diqqət edib. Xüsusilə iş həyatında iş mühitinin müəyyən qaydalarına uyğun geyinmək lazım gələ bilər. Ancaq evdə siz tamamilə azadsınız. O zaman indi ruhunuzu azad etməyin vaxtıdır. Sevimli rənglərinizə diqqət yetirin. Sadə rəngləri və naxışları birləşdirən birləşmələri sınayın. Naxışlar həm geyiminizə hərəkət qatacaq, həm də sizə enerji verəcək.

Məsələn, qadınlar minimal və ya böyük çiçəkli üstləri düz rəngli altlıqlarla, kişilər isə həndəsi naxışları düz rəngli altlıqlarla birləşdirə bilərlər. Əgər ailə zərifliyi yaratmaq istəyirsinizsə, plaid naxışları seçib ümumi kombinlər yarada bilərsiniz.

Rənglərlə oynamaqdan qorxmayın. Birlikdə ziddiyyətli rənglərdən istifadə edərək möhtəşəm kombinlər əldə edə bilərsiniz. Məsələn, qara rəngli idman şalvarını sarı üst ilə birləşdirə bilərsiniz.

Yüngül və elastik parçalarla sərbəst hərəkət edin

Ev mühiti hər kəs üçün sərbəst hərəkət etmək deməkdir. Evdə işləyərkən divanda uzanarkən, kitab oxuyarkən və ya matça baxarkən sizi məhdudlaşdırmayacaq, darıxdırmayacaq naxış və parçalardan hazırlanmış paltarları seçməyiniz vacibdir. Bunun üçün siyahının başına tərləməyən və nəfəs alan pambıq paltarlara üstünlük verməlisiniz.

Boş geyinməyi sevirsinizsə, oversize "crop"larla istədiyiniz azadlığı, rahatlığa sahib ola bilərsiniz.

Aksesuarlarla geyiminizə hərəkətlilik qatın

Paltarları seçdik. İndi detallarla stili vurğulamaq üçün son toxunuşları etmək lazımdır.

Qadınlar üçün baş lentləri və saç sancaqları ev aksesuarı kimi paltarlara xüsusi bir aura qatacaq aksesuarlar arasındadır. Beləliklə, həm saçlarınızı rahat şəkildə yığa, həm də geyiminizlə uyğun üslub yarada bilərsiniz. Əsasən V-yaxalı köynəklə zərif boyunbağı taxmaqla evdə də parıldaya bilərsiniz.

Çalışıb evdə rəngbərəng corablar geyinin. Bu sizin əhvalınızı daha da yaxşılaşdıracaq.

Ev zərifliyini başmaq ilə tamamlayın

Çölə çıxanda ayaqqabı geyinmək lazım olduğu kimi, evdə həm sağlamlıq, həm də rahatlıq üçün ev ayaqqabısı və ya tərlik geyinmək lazımdır. Ev stili yaradarkən, başmaqlar paltarı tamamlayan aksesuar qədər əhəmiyyət qazanır.

Tərlik və ya ev ayaqqabısı seçərkən ayağınızın quruluşuna uyğun və rahat olacağınız qəlibdə olanları seçin. Altlıqların sürüşməməsi ən diqqət etməli olduğunuz vacib detaldır.

Uzun müddət evdə qalmalı olduğumuz bu dövrdə evdə özünüzü yaxşı hiss etmək və gözəl kombinlər hazırlamaq üçün 5 qızıl qaydadan istifadə edə bilərsiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 652   Tarix: 29 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704