Ermənistan son nəticədə sülh sazişini imzalamağa məcbur olacaq

Ermənistan son nəticədə sülh sazişini imzalamağa məcbur olacaqDövləti güclü edən ən mühüm amillərdən biri də müasir ordu quruculuğudur. İqtisadiyyatı və ordusu güclü olan ölkə hər zaman uğurları ilə seçilir. Azərbaycan möhkəm və dayanıqlı iqtisadiyyata, yenilməz orduya malik olduğunu 2020-ci ildə Vətən müharibəsindəki Zəfəri, eyni zamanda, postmüharibə dövründə Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-quruculuq işləri ilə sübut edib.
Azərbaycan Ordusu Vətən müharibəsində düşmənin başını əzdi və onu doğma torpaqlarımızdan qovdu. 30 illik işğaldan sonra ərazi bütövlüyümüz bərpa edildi. Döyüş meydanında məğlub olan Ermənistan üçtərəfli Bəyanatı imzalasa da, hələ də sülh sazişini imzalamaqdan yayınır.
Dövlətimizin qarşında duran prioritet məsələlərdən biri də ordu quruculuğunun daha da gücləndirilməsi, hərbi-texniki bazanın təkmilləşdirilməsidir. Çünki mövcud reallıqlar bunu tələb edir. Qarabağın, Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına köçürülməsinin tamamlanması vacib məsələlərdəndir. İyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində olan və hissəyə Döyüş bayrağının təqdim olunması mərasimində çıxış edən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bununla bağlı bir sıra məqamlara toxunub.
Dövlətimizin başçısı qeyd etdiyi kimi, mövcud reallıqlar, gərgin geosiyasi vəziyyət bizi diqqətli olmağa, daha da güclənməyə vadar edir. Ermənistan regionda sülhü və sabitliyi təmin edəcək sülh sazişinin imzalanmasını ləngidir. Ermənistandakı revanşist qüvvələr anlamırlar ki, bu saziş daha çox onların ölkəsinə və xalqına lazımdır. Onlar özlərini yaxşı aparmadığı təqdirdə, mütləq yenidən cəzalarını alacaqlar.
Bu gün bütün dünya ictimaiyyəti, beynəlxalq hüquq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Amma hər halda biz gücümüzü daha da artırmalıyıq. Çünki təcrübə də göstərir ki, haqq da, ədalət də güclünün yanındadır.
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra müasir ordu quruculuğu istiqamətində mühüm tədbirlər və layihələr həyata keçirir. Artıq yeni silahların alınması ilə bağlı müqavilələr də imzalanıb. Müqavilə əsasında ölkəmizə yeni pilotsuz uçuş aparatları və uzaqmənzilli raketlər gətiriləcək. Bu, Azərbaycan Silahlı Qüvvələrinin imkanlarını daha da artıracaq. Bir sözlə, ordumuz güclənməkdə davam edir. Ermənistan son nəticədə sülh sazişini imzalamağa məcbur olacaq, çünki onun başqa çıxış yolu yoxdur.

Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 226   Tarix: 24 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Vəhşicəsinə qətlə yetirilən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ

Martın 2-də itkin düşən və mayın 14-də Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini Könül Ağayevanın nənəsi də vəfat edib. xəbər verir ki, Gülxara Ağayeva uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib. Məlumat üçün bildirək ki, Könülün son zəngi məhz nənəsinə olub. O, bu ilin martın 1-d

17.05.2024 987
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

14:30 96
.

İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər ölüb

İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər ölüb. xəbər ki, İsrail döyüş təyyarələri gecə boyu Qəzzanın şimal, cənub və mərkəzi hissələrinə hava zərbələri endirib. Gecə saatlarında 9 nəfərin cəsədi Han Yunusdakı Avropa Xəstəxanasına gətirilib. Cibaliya Qaçqınlar Düşərgəsinə edilə

17.05.2024 234
.

Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb

Hindistanda ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb. xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı hər il təxminən min nəfərə çatır

17.05.2024 275
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

11:45 213
.

ABŞ-ın Texas ştatında qasırğa nəticəsində 4 nəfər ölüb

ABŞ-ın Texas ştatında güclü yağışlar və fırtınalar gündəlik həyatı iflic edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb. Bu barədə ABŞ mediası məlumat yayıb. Məlumata görə, Hyuston ştatında hündürmərtəbəli binaların pəncərələrinin qırılması, ağacların qırılması və elektrik ötürücü xətləri

17.05.2024 165
.

Sabah da yağış yağacaq?

Mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayi

17.05.2024 407
.

SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev "Neft və Qazın Dekarbonizasiyası Xartiyası"nın (OGDC) Rəhbər Komitəsinin sədri seçilib. xəbər verir ki, bu barədə SOCAR-ın "X" sosial şəbəkəsindəki hesabında bildirilir

17.05.2024 306
.

Fransız polisi sinaqoqu yandırmağa cəhd etdiyi iddia edilən şəxsi öldürüb

Fransanın şimalındakı Rouen şəhərində polis sinaqoqu yandırmağa cəhd etdiyi iddia edilən şəxsi öldürüb. xəbər verir ki, saat 06.45-də Ruandakı sinaqoqdan tüstünün gəldiyi barədə polisə məlumat verilib. Şəxs hadisə yerinə gələn polis əməkdaşına hücum edib. Polisin vurduğu şəxs dünyasını dəyişib. Daxil

17.05.2024 259