Yeniyetmə övladı olan analar üçün

Yeniyetmə övladı olan analar üçünYeniyetməlik insan həyatında dəyişikliyin ən çox yaşandığı çətin bir dövrdür. Bu dövrdə valideynlərin öhdəsinə çox iş düşür. Həm fiziki, həm də əqli cəhətdən fərqli olan uşaq yetkin olmağa çalışarkən bir yandan da uşaq qalmaq istəyir.
Yeniyetməliklə birgə istəkləri, zövqləri, vərdişləri fərqli olur, ana-atadan uzaqlaşır, sorğulama və rədd etmə mərhələsi başlayır.
"Bu dövrdə yeniyetmələrə necə yanaşmalıyıq?"sualına cavab tapa bilsək, özlərini çarəsiz hiss edən valideynlərə yol göstərə bilərik.
Tənqiddə simic, tərifdə cömərd olun
Yeniyetmələrin qəbul edilmə, qiymətləndirilmə və bəyənilmə ehtiyacları hədsizdir. Uşaqlıq dövründə böyüklərin dediklərini doğru bilən yeniyetmələr bu dövrdə sorğulamaya başlayar və öz doğrularını tapmağa çalışarlar.
Daha çox "mən"ə diqqət yönəldən fərd bu dövrdə daha çox daxili səsini dinləyər, duyğuları ilə məntiqi arasında balans yaratmağa çalışar və ətraf səslərdən narahat olarlar.
Valideynlərin dediklərini dinləməz, dostlarının dediklərini isə canla-başla eşidərlər.
Buna görə onun bu yolda atdığı addımlarını izləmək, səhvlərini görməzdən gəlmək, ona hiss etdirmədən yolunu asanlaşdırmaq üzərindəki təzyiqi azaldacaq. Etdiyi yaxşı işlər üçün tərif dolu sözlər demək, bir sonrakı addımı atması üçün həvəsləndirmək lazımdır.

Fərqli olduqlarını qəbul edin
Uşaqlarımız bizimlə eyni dövrdə dünyaya gəlməyib. Onların dövrü texnologiya dövrü sayılır. Sosiallaşmanı virtual dostlar tapmaq kimi qavrayan yeni nəsillə aramızda həm yaşam, həm də dünyagörüşü fərqinin olduğunu qəbul etməliyik. Bizim doğrularımızla onlarınkı eyni ola bilməz. Bizə keçmiş düşüncəli deyə bilərlər. Məsələn, siz də vaxtilə öz valideynlərinizlə eyni mövzularda mübahisə etmisiniz yeqin. Nələrdən zövq aldıqlarını, günün trendlərini eyni dildə danışa bilmək aradakı bağın zəifləməsini əngəlləyəcək. Ancaq şəxsi həyatlarına müdaxilə etməkdən, dostları ilə virtual aləmdəki söhbətlərinə burun soxmaqdan qaçın. Ana və atanın münasibəti güvən ehtiva edirsə, uşaq da yalan deməyəcək, gizlətmək ehtiyacı duymayacaq. Ancaq telefonu, sosial şəbəkələri yoxlanılan bir yeniyetmə bunu hiss edərsə, yaşayacağı güvənsizlik duyğusu tamamilə ailədən uzaqlaşmasına, güvənəcəyi başqa bir liman axtarmasına, özünə qapanmasına səbəb olacaq.
Bu dövrün müvəqqəti olduğunu özünüzə tez-tez xatırladın
Valideynlər bəzən özlərini çarəsiz hiss edə bilər. Çıxış nöqtəsi tapmaqda çətinlik çəkə bilərlər. Həmişə uşaqla mübahisə etmək, söz dinlətməyə çalışmaq, etdiyi səhvləri görüb tənqid etməmək çətindir, əlbəttə. Amma keçmişə baxıb eyni yolları bizim də keçdiyimizi xatırlamaq işə yaraya bilər. Bir müddət sonra fırtınanın sakitləşəcəyini bilmək sizi rahatlada bilər.

Yeniyetmənin tək istədiyi bir an əvvəl bu dövrün bitməsi, bədəninin yetkinləşməsi, dediklərinin qəbul edilməsidir. Onu rahat buraxmaq, kənardan müşahidə etmək, güvənini qazanmaq, önündə, ya arxasında deyil, yanında olduğumuzu hiss etdirmək çox vacibdir.
Hər zaman yaxşı dostları olmayacağını bilin
Həyat bizə yaxşı ilə pisi ayırd etməyi təcrübələr yaşadıqlarımız əsasında öyrədir. Dostlarla yaxın əlaqələri çox vacibdir. Onlarla birlikdə ikən təcrübə qazanır. Nəticələri o an üçün mənasızdır. Sınamaq, yanılmaq, yenə sınamaq öyrənməyin təməl formuldur.
Biz nə desək, yenə havada qalacaq. Yıxılacaq, qalxacaq, yıxılacaq, yenə qalxacaq.
Ətrafında yaxşı dostları olduğu kimi, mənfi dostları da olacaq. Heç birinin təsadüfən qarşılarına çıxmadığını, hər fərddən öyrəncəyi bir şeylər olduğunu bilmək, səbrli olmaq işimizə yarayacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 627   Tarix: 23 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ustalar.Az - Usta təmiri, usta sifarişi

Usta təmiri, usta sifarişisözləri internetdə ən çox axtarılan sözlər sırasındadır. Dövrümüzdə texnikalar nə qədər inkişaf etsələr də, onların müəyyən müddət işləndikdən sonra xarab olmaq ehtimalları var. Bu, televizorlara, kondisionerlərə, soyuduculara, paltaryuyan maşınlara, qabyuyan maşınlara və digə

14.09.2024 512
.

Bakıda evlərində şir saxlayan Bərbərovların ACI HEKAYƏSİ

1970-ci illərdə Bakıda baş vermiş ailə faciəsi bu gün də eşidənləri şoka salır. Nina Bərbərovanın qızı ilə zooparkdan himayəyə götürdükləri xəstə və yaralı şir balası onların həyatı dönməz şəkildə dəyişib. Xəstə şir balasını duyğusallıqdan övladlığa götürən Bərbərovlar ailəsi dəhşətli faciə ilə tarixd

15.09.2024 1340
.

Qoz qabıqlarını qaynadıb saçlarınıza çəkin

Saçlarınıza müntəzəm olaraq qulluq etmək çox vacibdir. Qulluq rutini üçün çoxlu kosmetik məhsullar satılır. Ancaq təbii yolla sağlam saçlara da nail olmaq mümkündür. Bu təbii üsullar arasında yer alan və saç sağlamlığı üçün çox faydalı olan qoz qabığı suyu şikayətlərinizi aradan qaldıracaq. Qoz qabığ

15.09.2024 938
.

"WhatsApp"dan istifadəçilərini SEVİNDİRƏCƏK YENİLİK

"WhatsApp" tərtibatçıları konfrans zənglərinin təşkili üçün rahat funksiya əlavə etməyi planlaşdırırlar. Yenilik artıq "Android" üçün "WhatsApp"ın 2.24.19.14 nömrəli beta versiyasında görünüb. Bu versiyanı test edənlər qrup söhbətlərində paylaşılabilən zənglərə qoşulma

08.09.2024 2463
.

Qız analarının DİQQƏTİNƏ - Bunlar mütləq izah edilməlidir!

Hər bir ananın qız övladına öyrətməli olduğu şeylər var. BİG.AZ -a istinadən həmin öyrədilməli olan vacib nüansları təqdim edir:. Ana qızına gözəl olmağın o qədər də vacib olmadığını izah etməlidir. O bilməlidir ki, ağıllı olmadıqdan sonra xarici görünüş əhəmiyyətini itirir. Onlar daima özlərini inkişa

10.09.2024 968
.

Xidmetler.AZ- Foto və video çəkiliş xidməti

saytinda Foto və Video çəkiliş bölməsi xüsusi günlərdə foto və video çəkilişlərə ehtiyac duyanların ən sevdiyi kateqoriyalardandır. Çünki əksəriyyət həmin günlərdən xatirə olaraq fotoların və video çəkilişin qalmasını istəyir. Belə günlərə doğum tarixləri, nişan, xınayaxdı, toy, Son Zəng, Əlifba bayram

10.09.2024 805
.

"Canlını bağla, sizə dərs olmadı?" - "Nikosayağı"nın qardaşının bu hərəkəti tənqid olundu

"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirlinin qardaşı Nihat Mütəllimov avtomobil idarə edərkən "İnstagram"da canlı yayım açıb. Ona qardaşının vəziyyəti ilə bağlı suallar ünvanlanıb. -a istinadən xəbər verir ki, o, canlı yayımda "Canlını bağla, sizə dərs olmadı" şərhin

14.09.2024 1400
.

Dünyada ilk: Robot ürək nəqli həyata keçirildi

Səudiyyə Ərəbistanında 16 yaşlı yeniyetmə üzərində dünyada ilk dəfə tam robot ürək nəqli həyata keçirilib. BİG.AZ -a istinadən xəbər verir ki, əməliyyata həkim Feras Xəlil rəhbərlik edib. Prosedur uğurla həyata keçirilməzdən əvvəl üç gün ərzində yeddi dəfə təkrarlanıb. Doktor Xəlil bu hadisəni "Saud

14.09.2024 479
.

Kirpi təyyarənin uçuşunu gecikdirdi

Almaniyanın Arnştadt şəhər aeroportunda uçuş-eniş zolağında kirpinin peyda olması səbəbindən təyyarə yarım saatdan çox uça bilməyib. -ın xəbərinə görə, bu barədə "Bild" nəşri məlumat yayıb. Aviadispetçer xidmətinin iki əməkdaşının birgə səyi ilə kirpini çətinliklə də olsa, uçuş-eniş zolağında

08.09.2024 619
TOP MP3