Bu tarix yaddaşlarda əbədi xilas , qurtuluş kimi həkk olunmalıdır- AÇIQLAMA

Bu tarix yaddaşlarda əbədi xilas , qurtuluş kimi həkk olunmalıdır- AÇIQLAMA1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı, ətraf rayonlar erməni və bolşeviklərin nəzarəti altında idi. Bu halda isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.
Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.
Yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Bu dəfə də Azərbaycanın köməyinə, adı tariximizə həm də böyük xilaskar kimi düşən Heydər Əliyev yetişir.

Bu tarix yaddaşlarda əbədi xilas , qurtuluş kimi həkk olunmalıdır- AÇIQLAMAQurtuluş Günü ilə bağlı fikirlərini Azərbaycan Milli Məclisinin deputatı, millət vəkili Hikmət Babaoğlu bizimlə bölüdü. Onun sözlərinə görə; "15 İyun tarixi Müstəqil Azərbaycanın Dövlətçilik tarixində mühüm bir dönüş mərhələsidir. Bu tarixə qədər Azərbaycan öz müstəqilliyini formal olaraq qəbul etsədə nə dövlət resusları, nə siyasi sistemi, nə iqtisadi münasibətlər sistemi, nə ümumi dəyərlər sistemi müstəqil deyildi. Tam əksinə SSSR - dən miras qalmış dövlət resusları dağılır, Azərbaycan torpaqları işğal edilirdi.
İş o yerə gəlib çatmışdır ki, artıq ölkədə vətəndaş müharibəsi başlamışdır. Ona görədə Azərbaycan Dövlətinin xaousdan çıxarılması, Azərbaycanın torpaqlarının işğalının qarşısının alınması və dövlət quruculuğunun başlanması tarixi zərurət kimi Azərbaycan xalqının milli çağırışına çevrilmişdir.
Məhz belə bir vaxtda İyun ayının 15 də Böyük Dövlət Xadimi Heydər Əliyevin Azərbaycan Respublikasının Milli Məclisə Sədr secilməsi ilə başlayan yeni dövlətçilik erası, əslində bu günki böyük qüdrətli, güclü inkişaf edən və qalib Azərbaycanın təməllərinin atılmasının hadisəsi idi.
Qurtuluş günündən dərhal sonra Azərbaycan Parlamentinə sədirlik edən, böyük dövlət xadimi Heydər Əliyev qısa müddətdə Azərbaycan inisitutlarının funksionallığını bərpa etdi.
1993 cü il oktyabr ayının 3 də artıq Azərbaycanda ilk demokratik seçkilər keçirilməklə hakimiyyətə gəlməyin yeni hüquqi forma və ənənələrini yaratdı. Və beləliklə cevrilişlər mərhələsi arxada qaldl.
Bir qədər sonra Azərbaycanda konstitusiya qəbul olundu və hüquqi dövlət formalaşmağa başladı.
Qısa müddətdə görülən işlər sonrakı mərhələdə işğala son qoyulması və atəşkəsin əldə edilməsinə gətirib çıxardı ki, yalnız bundan sonra iqtisadi münasibətlərin və yeni inkişaf mərhələsinə qədəm qoyulması üçün zəmin yaradıldı.
Buna görədə bu gün əyər biz Cənubi Qafqazın aparıcı dövlətinə çevrilməyi başarmışıqsa , ölkəmizə qarşı aparılan total müharibədən xilas ola bilmişiksə , torpaqlarımızı işğaldan azad edə bilmişiksə, Beynalxalq münasibətlər sistemində nüfuzlu bir dövlətə çevrilməyi bacarmışıqsa bütün bunların təməli məhz 15 iyunda başlayan yoldan sonra atılıbdır.
Bu tarixin xatırlanması və Azərbaycan Dövlətçiliyi ücün nə qədər əhəmiyyətli olması hər bir Azərbaycanlının içtimai yaddaşında əbədi xilas , qurtuluş kimi həkk olunmalıdır.
Azərbaycan xalqı "15 İyunu"u Qurtuluş Günü kimi qəbul edir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir."

Ülkər rəhmanqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 367   Tarix: 15 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459