Həmin müəllimin tanınmış ssenaristin anası olduğunu açıqladı

Həmin müəllimin tanınmış ssenaristin anası olduğunu açıqladı"Çox təəssüf edirəm, bəzən cəmiyyət bilib-bilmədən kimisə və ya nəyisə qınayır. Türklər demişkən: çox önyarqılı olmuşuq. O qulağına sırğa taxılan müəllimin videosunu gördüm. Bəlkə də bu yaşınadək müəllimin qulağına taxılan ilk qızıl sırğadır. Bəlkə də, elə dörd il ərzində valideynlər heç vaxt qulağında sırğa, barmağında üzük olmayan müəllimin bu vəziyyətini görüb, öz aralarında danışıblar ki, ona elə bir dəstə gül qiymətinə qızıl sırğa alıb qulağına taxsaq, dünyanı vermiş olarıq".

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov sosial şəbəkə hesabında yazıb. Elcan bir neçə gündür gündəmdən düşməyən valideynlərin qızıl hədiyyə etdiyi Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevadan bəhs edib.

Elcan sözügedən müəllimin ssenarist Faiq Ağamalıyevin anası olduğunu vurğulayıb:

"Bu qənaətə haradan gəlirəm deyəcəm sizə. Əslində mən belə sirri açmağı sevmirəm, bəlkə də bu yazını görəndən sonra o özü də pis olacaq, deyəcək, kaş ki, Elcan bunu yazmazdın. Amma gəlin deyim sizə. Bayaq dostların söhbətində qulaq şahidi oldum ki, həmin müəllimə incəsənət sferasına yaxından tanış olan Faiq Ağamalıyevin anasıdır. Yaxın dostluq münasibətim olmasa da, Faiqi 20 ilə yaxındır tanıyıram. Qış aylarında, yəni serial mövsümündə seriallarda senarist işləyir, yay da gələn kimi başını götürüb gedir bölgələrdəki istirahət mərkəzlərində animator işləyib ailəsini dolandırmağa çalışır.

O qədər abırlı və tərbiyəli uşaqdır ki, "ailə tərbiyəsinin ən bariz nümunələrini özündə cəmləşdirib" desəm az olar. Bəlkə də o evdə heç vaxt "rüşvət" sözünü eşitməyib. Bir də abırlı adam baxan kimi bilinir axı. Rüşvət girən ev də, o evdən çıxan uşaq da uzaqdan bilinir, belə şeyləri gizlətmək olmaz. Ən azından övladının altına rüşvət pulu ilə sınıq-salxaq bir maşın alıb qoyardı anası. Xırdalana gedən bütün avtobuslar Faiqi yaxşı tanıyır. Həqiqətən çox pis oldum. Kaş ki, mən bu söhbətə qulaq şahidi olmazdım. Bu balaca sirləri də burada açmazdım. Bir anlıq da təsəvvür elədim, o cür abır, həya sahiblərinin belə şərə düşməsini. İnsanın ürəyi dayanar, hamıdan xəbərsiz. Bilmədən günahkar olarıq. Bir də ki, müəllim mənim övladıma yaxşı təhsil versin, mən elə hədiyyənin ən yaxşısını ona alaram".

Qeyd edək ki, sosial şəbəkələrdə 1 saylı Xırdalan tam orta məktəbin 4-cü sinif müəllimi Yaqut Ağamalıyevanın valideynlərə özünə qızıl aldırması ilə bağlı iddialar yayılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1370   Tarix: 13 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536