"Hər tamaşadan sonra 3 gün iynə vurdururam"

"Hər tamaşadan sonra 3 gün iynə vurdururam""Hind filmlərinə baxıb o qədər ağlayırdım ki... Bütün zal çönüb mənə deyirdi ki, ay qız bəstir, imkan ver filmə baxaq. Sonra evə gəlib bibimin geyimlərini geyinib özümü filmdəki hind aktrisalara bənzədirdim. Bibim arzulayırdı ki, müğənni olum. Hansı toya gedirdim deyirdi ki, oxu. Əlinə çubuğu alıb, Zeynəb Xanlarovanın çıxışı zamanı oxuduğu mahnıların sözlərini tez-tez vərəqə yazıb verirdi mənə. Deyirdi ki, get mətbəxə mahnının bu sözlərini əzbərlə".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Şənbə axşamı" verilişində deyib. Aktrisa bildirib ki, ailəsi onun müğənni olmasını arzulayıb:

"Əfsuslar olsun ki, o mənim aktrisa olmağımı görmədi. Çünki mən 10-cu sinifdə oxuyanda bibim dünyasını dəyişdi. Onun böyük arzusu məni incəsənətdə görmək idi. Bəlkə də onun ruhu görür və sevinir".

Qızından danışan N.Allahverdiyeva "Qızım tərcüməçidir. O, mənim monoloqlarımın hamısını əzbər bilir. Televizorun qarşısında oturub, başına ləçək bağlayıb, monoloqlarımı təkrarlayırdı. Görürdüm ki, bunun incəsənətə çox böyük həvəsi var. Qoymadım sənətə gəlsin. Bizim sənət çətindir, istədiyin kimi azad ola bilmirsən" sözlərini söyləyib.

Sənət uğrunda bir çox qurbanlar verdiyini deyən Allahverdiyeva səhhətindəki problemdən danışıb:

"Sənətə əsəblərimi, ayağımı qurban verdim. Ayağım İTV-nin çəkilişlərinin birində Lerikdə dağın başında beş yerdən qırıldı. Çox ağrıyırdı, hələ də mənə əziyyət verir. Səhnəyə hündürdabanda çıxanda əziyyətlidir. Evə gələndə 3 gün təcili yardım çağırıb, iynə vurdururam. Məni sənətdən yalnız ölüm ayıra bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 688   Tarix: 12 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Putin sabah and içəcək

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində qalib gəldikdən sonra sabah and içəcək və yeni dövrdə səlahiyyətlərinin icrasına başlayacaq. xəbər verir ki, Rusiyada mart ayında keçirilən prezident seçkilərində 87,28 faiz səs toplayan Putin, mayın 7-də Kreml sarayında keçiriləcək mərasimdə an

06.05.2024 217
.

"Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda konfrans keçirildi - FOTOLAR

Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş "Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizi

06.05.2024 208
.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. BİG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilə

06.05.2024 286
.

ABŞ Qəzzaya havadan yardım etdi

ABŞ Qəzzaya havadan növbəti yardımı edib. BİG.AZ xəbər verir ki, təqribən 25 min yemək yardımı edilib. Qeyd edək ki, İsrail 7 aya yaxındır hücumlarını davam etdirir və humanitar yardım yük maşınlarının girməsinin qarşısını alır. Bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı X hesabında açıqlama verib

06.05.2024 188
.

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

"Bir-birilərini seviblər, razılıqla olub. Mən də elçi gedib, elin adəti ilə "hə"ni alıb, qızın barmağına üzük taxmışam". Bu sözləri 17 yaşlı qızla evləndiyi iddia olunan 37 yaşlı oğlanın anası Reyhan Tağıyeva deyib. O, nikah olması barədə xəbərləri təkzib edib:. "Demişəm ki

06.05.2024 799
.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

06.05.2024 289
.

17 yaşlı qızın ölümündə günahkar kimdir?

Hacıqabulun II Udulu kənd sakini 2007-ci il təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb. Atası Eyvaz Qarayev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub. Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasını

06.05.2024 454
.

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyanın Qərbi Papua əyalətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,2 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlanıb. Zəlzələ yerin 12,1 kilometr dərinlikdə qeyd

06.05.2024 203
.

"ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir" - Politoloq

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. Politoloq Turan Rzayev -a bildirib ki, ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir. Bu, tarixən də belə olub. İstə

06.05.2024 281