Sürətli, amma təhlükəli: Bakı tıxacına çarə olan moto taksilər - ARAŞDIRMA

Sürətli, amma təhlükəli: Bakı tıxacına çarə olan moto taksilər - ARAŞDIRMASon zamanlar sosial şəbəkələrdə rast gəldiyimiz yeni bir sərnişindaşıma növü var. Bunlar moto taksilərdir. Qeyd edək ki, moto taksi xidmət növü bir çox ölkədə mövcuddur və xeyli populyardır. Lakin bu xidmətin qadağan olunduğu ölkələr də var. Bizim ölkəmizdə isə motosiklet əsasən kuryer xidmət növü kimi istifadə olunur. Sürücülərin motosikletlərdən hər gün şikayət etdiyi bir zamanda yeni xidmət növünün yaradılması diqqətimizi çəkdi. Sosial şəbəkələrdə yazılan məlumatlara görə, bu xidmət növü Bakı şəhərinin tıxaclarında xeyli əlçatandır. Amma nəzərə alaq ki, motosikletlərin qaydalara əməl etmədən hərəkət etdiyini hər an görmək mümkündür. Bu təhlükəni də göz önünə alaraq moto taksi xidməti ölkəmizdə nə dərəcədə özünə yer tuta biləcək?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov dedi ki, ölkəmizdə bu xidmət növü yaransa da, populyarlaşa bilməyəcək:

"Ölkəmizdə moto taksilərin populyarlaşmamasının başlıca səbəbi odur ki, bizim iqlim buna imkan vermir. Yəni ölkənin təxminən 4-5 ayı isti temperatur olduğu üçün bu, az effektlidir. Digər başlıca səbəb təhlükəsizlik ilə bağlıdır. Yəni təhlükəsizlik zəmanəti, demək olar ki, ən aşağı səviyyədədir. Baxmayaraq ki, onların geyimləri, kaskaları var. Bugünkü gündə motosikletdən, əsasən, kuryer sahəsində, xırda və az çəkili yüklərin daşınmasında istifadə olunur. Amma birbaşa sərnişindaşıma mümkün olmayacaq. Moto taksilər yox olmayacaq, sadəcə bir növ gənclər arasında əyləncə növü kimi qalacaq".

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, dünya ölkələrində ənənəvi taksidən əlavə başqa xidmət növləri də var:

"Bakı şəhərində olan sıxlıq və tıxacda insanlar mənzil başına daha tez çatmaq üçün müxtəlif vasitələrə əl atırlar. Onlardan biri də moto taksilərdir. Dünyanın bir çox ölkələrində ənənəvi taksidən əlavə moto taksilər, hətta dəniz taksisi də var".

E.Muradlı bildirdi ki, nəzarət tədbirləri gücləndirilsə, moto taksi xidməti ölkəmizdə də tətbiq oluna bilər:

"Hazırda moto taksilərin nə dərəcədə populyar və geniş yayıldığını demək mümkün deyil. Çünki tək-tək hallarda rast gəlinir. O baxımdan belə xidmətlərin yaradılması təhlükəli və qorxulu deyil. Sadəcə, bunun hüquqi tərəfləri işlənməli, mexanizm olmalıdır. Mexanizm olandan sonra nəzarət tədbirləri altında xidmət növü olaraq yarana, istifadə oluna bilər. Amma hər motosiklet ilə vətəndaşı, sərnişini daşımaq olmaz. Bunun müəyyən qaydaları var. Sürücülərin peşəkarlığı hansı səviyyədədir, buna baxılmalıdır. Taksi fəaliyyəti üçün sertifikatlaşdırma, sənədləşmə işi aparılmalıdır. Buna nə dərəcədə əməl edəcəklər, o bilinmir. Bu xidmətin təhlükəli tərəfləri də çoxdur. Çünki motosiklet ilə qəzada ölüm və xəsarət riski daha yüksəkdir. Hər bir halda nəzarət mexanizmi, hüquqi tərəfləri həll olunarsa, bu xidməti də yoxlamağa dəyər".

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynlinin fikrincə, dünyada bu xidmətin qadağan olunmasının səbəbi təhlükəsizliklə bağlıdır:

"Dünyanın bir çox ölkələrində moto taksi sistemləri tətbiq olunmağa başlanıb. Amma inkişaf etmiş ölkələrdə bu sistem özünü doğrultmadı. Həmin ölkələrdə sırf təhlükəsizlik məsələləri gündəmə gəldi. Xüsusən sərnişinlərin komfort, təhlükəsizlik məsələsi nəzərə alınmalı, şəxslər xüsusi geyimlərlə təmin olunmalıdırlar. Qaydalar sərtləşdikcə də moto taksilər effektiv xidmət növünə çevrilə bilmədi".

İ.Hüseynli qeyd etdi ki, əgər ölkəmizdə fəaliyyətə başlanılıbsa, bu, qanunla həyata keçirilməlidir:

"Azərbaycanda moto taksi xidmətini qanunla tənzimləyən hər hansı bir normativ hüquqi akt, sənəd yoxdur. Əgər bu xidmətə başlanılıbsa, əsaslandırılması, xüsusi olaraq hansı orqan tərəfindən icazə alınması ilə bağlı hər hansı bir məlumat olmalıdır. Azərbaycanda bu xidmət tətbiq olunursa, demək, bu şəxsi təşəbbüslər nəticəsində, qanunla tənzimlənməyən bir formada həyata keçirilib. Belə olduqda təbii olaraq hüquq müstəvisində fəaliyyətə başlamayıb".

İ.Hüseynli bildirdi ki, moto taksilər gözləntiləri doğruldan bir xidmət növü olmayacaq:

"Yay mövsümü dövründə xüsusi geyimlər, kaskalarla təmin olunmaq şərtilə, həmçinin həm sərnişinlər, həm idarə edən şəxslərin qaydalara əməl edəcəkləri təqdirdə bu xidmətləri mövsümi olaraq tətbiq etmək, bəlkə də, mümkün ola bilər. Bəzi insanlar fikirləşirlər ki, motosikletlər insanları mənzil başına daha tez çatdırar. Həmin adamların mənzil başına tez çatmağı onlar üçün qaneedicidir. Çünki motosikletlər işıqforu gözləmirlər, qaydalara da əməl etmirlər. Moto taksilər Bakı şəhərində fəaliyyətə başlayıbsa, uzun ömürlü bir xidmət növünə çevrilə bilməyəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 491   Tarix: 11 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356