Azərbaycanda bu maşınları alan yoxdur

Azərbaycanda bu maşınları alan yoxdurAvtomobil almaq istəyənlər elan saytlarında və maşın bazarında zövqlərinə uyğun markalarla maraqlanırlar. Kimisi avtomobilin xarici görünüşünə, kimisi istehsal ilinə, kimisi də texniki sazlığına daha çox üstünlük verir. Bütün faktorlar sayəsində artıq alıcılarda, avtomobil həvəskarlarında bölgü yaranıb. Belə ki, həmin bölgü əsasında həvəskarlar hansı markanın uyğun olduğunu, hansı markaya isə yaxın durmamalı olduqlarını bilirlər.

Bəs görək, Azərbaycanda hansı avtomobil markaları alıcıları heç cəlb etmir?

Avtomobil bazarı araşdırmaçısı, ekspert Sərxan Qədirli Lent.az-a mövzu üzrə bir sıra markaların adlarını sadalayıb:

"İli köhnə olan bəzi avtomobillərə artıq tələbat yoxdur. Bunlara köhnə "Volvo"ları misal çəkmək olar. Azərbaycanda bu avtomobillərin bazarı - alışı və satışı çox aşağıdır. Köhnə amerikan ciplərinə də tələbat yox səviyyəsindədir. Onlar arasında "Cadillac"da var. İli köhnə deyərkən, 1998-2001-ci illəri nəzərdə tuturam.

Həmçinin Fransanın "Peugeot" markası da bazarda satışı ağır gedənlər sırasındadır. Bunlardan sonra "Volkswagen" markası, xüsusən də bu markanın "Touareg" modeli gəlir. "Volkswagen"lər dünyada ən çox satılan maşınlardan olsa da, Azərbaycanda tam əksinədir. Hazırki dövrdə istehsal ili 1990-cı ildən 1995-ci ilədək olan "Mercedes" modellərinə də tələbat zəifləyib. Demək olar ki, "190", "yeşka" adı ilə tanıdığımız avtomobillər bazarda artıq satılmır. "Mercedes"lərin satılmama səbəbi isə ehtiyat hissələrinin get-gedə tükənməsidir. Sürücülər bu modellərin hissələrini tapa bilmədikləri üçün həmin maşınlara maraq azalıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 494   Tarix: 10 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İsrailin Rafaha bomba hücumu: 2 ölü

İsrailin Qəzza zolağının cənubundakı Rafah şəhərində bomba hücumu olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 2 fələstinli ölüb, daha bir neçə nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi "WAFA" məlumat yayıb. Qəzzanın Misirlə Rəfah sərhəd keçidinin Fələstin tərəfini ələ keçirdiy

10:45 127
.

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, qəzaya səbəb uçuş zamanı yaranan problem olub. Bu barədə Sinqapur Müdafiə Nazirliyini açıqlama yayıb. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra Tengah Hava Bazasında qəza edib. Hadisə zamanı pilot xilas edilərək xəstəxaya yerləşdirilib

13:16 109
.

Ana 4 körpəsini soyuducuda dondurdu

ABŞ-da 4 körpəsini donduran 69 yaşlı qadın həbsxanadan qaçıb. xarici KİV-ə istinadla bildirir ki, yeni doğulmuş uşaqların qalıqları 2022-ci ildə onun Bostondakı mənzilində aşkar edilib. Soyuducuda folqa ilə bükülmüş ayaqqabı qutularına rast gəlinib. Onların içində körpələr olub. Araşdırma zamanı məlu

17:42 314
.

Qonşu itə görə qonşusunu maşınına bağlayıb sürüdü - ANBAAN VİDEO

Antaliyanın Kaş bölgəsində qandonduran hadisə yaşanıb. xəbər verir ki, Çavdır məhəlləsində iki qonşu it üstündə dava edib. Daha sonra Şaban T. Orhan S.-i iplə maşının arxasına bağlayarq sürüyüb. Hadisə yerinə gələn polis Şaban T.-ni nəzarətə götürüb. Belindən və ayağından yaralanan Orhan S. isə təcil

16:46 416
.

DİQQƏT: Azərbaycanda dönərdən zəhərlənənlərin sayı KƏSKİN ARTDI - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Qeyd edək ki, məsəl

07.05.2024 879
.

"Bu səmimilik deyil, sırtıqlıqdır"

"Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Rəngarəng səhər" proqramında deyib. O, özünü səmimi adlandıran və efird

07.05.2024 677
.

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəldiyini açıqlayıb. xəbər verir ki, Baham adaları Xarici İşlər Nazirliyindən verilən açıqlamada, hökumətin fələstinlilərin öz siyasi statuslarını sərbəst şəkildə təyin etmək və iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkild

21:00 0
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

11:34 954
.

"Azərbaycanda tam sabitlik var, iqtisadi və sosial sahələrdə inkşaf müşahidə olunur"

"Hazırda dünya ölkələrinin bir çoxunda ixtişaşlar, vətəndaş qarşıdurmaları, iqtisadi, sosial böhranlar tüğyan edir. Eyni zamanda dünyamız terrorlarla, ölkələrarası müharibələrlə çalxalanmaqdadır.Belə bir vəziyyətdə ölkəmizdə tam əksinə vəziyyət hökm sürür". Bu sözləri BİG.AZ-A deputat Sədaqə

10:12 12