"O qədər toy yoxdur deyirlər ki, Allah yoxa çıxarır"

"O qədər toy yoxdur deyirlər ki, Allah yoxa çıxarır""Heç kim bu dünyadan yığdığını apara bilmir. Nə qədər söz-söhbətlər, bir-biri ilə didişmələr olar? Vallah, müğənnilərin adı çıxıb. Adi insanların etdiyini heç müğənnilər etmir. Bütün günü izləyirik də efirləri, izləyə bilməsək də ən azından sosial şəbəkələrdə görürük. Bir-birlərini qırırlar, ailə dəyərləri qalmayıb. Vallah 5 günlük dünyadır. 15 yaşından pul qazanıram, pul problemi yaşamamışam. Həmişə Allahdan özümə, yaxınlarıma can sağlığı arzulamışam. Bir də görürsən ki, pulun var, amma canın ağrıyır. Pul da o canı sağalda bilmir. Can sağlığı olanda pul da qazana bilirsən, ruhun da təzələnir. Allah nə veribsə həmişə şükür etmişəm. Fəhlə ailəsində dünyaya göz açmışam. Atam da, anam da maaşa baxan olublar. Anam da sevinirdi ki, mən 15 yaşımdan pul qazanıram. Mən buğa bürcüyəm, bu şanslı bürcdür".

BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib.

"Müğənnilər bir-birlərinin üzünə gülürlər, o tərəfə keçən kimi arxalarınca danışırlar. Necə görünürlərsə elə də olsunlar. O qədər sifətlər görürəm ki. Danışırsan, söhbət edirsən, üzünü o yana çevirən kimi başqa bir şey danışır. Olmaz belə. Bəzən mən də istəyirəm ki, kiminsə arxasınca danışım, görürəm ki, məndə alınmır. İstəyirəm harasa gedəndə gecikim, amma məndə alınmır. Mən sözümdə həmişə düz olmuşam. Bu işləri bilmirəm. Yalançı, fırıldaq ola bilmirəm" deyə müğənni bildirib.

Müğənni toylarından da danışıb.

"Desəm ki, 1 ayın bütün günü toydayam, yalan olar. Olanda olur, olmayanda da yox. Min şükür. Bu gün elə bir vəziyyətdir ki, toyu olan da deyir ki, toyum yoxdur. O qədər toy yoxdur deyirlər ki, Allah yoxa çıxardır. Xalqın sevgisi varsa biz yaşayırıq. Valideynin sevinci balasının xoş gününü görməkdir. Əgər o toyda mən yada düşürəmsə, mənim üçün bundan gözəl sevincli gün ola bilməz. Elə müğənnilər də var ki, behi alandan sonra bir az baha qiymətə toy düşürsə, həmin toydan imtina edir. Mən heç vaxt bu cür addım atmaram. Onlar bu hərəkəti etməklə həm nifrət qazanırlar, həm də toy yiyəsinin arzusunu ürəyində qoyurlar" deyə müğənni bildirib.

Müğənni plastik əməliyyatlara münasibətini də bildirib.

"Plastik əməliyyatlarla aram yaxşıdır. İnsan özünə baxmalıdır. Nəinki müğənnilər, adi adamlar da plastik əməliyyat etdirir. Gündəmdə olan insanlar mütləq özlərinə baxmalıdırlar. Hamı gözəl görünmək istəyir də. Uğursuz olduğu üçün 3 dəfə burnumu əməliyyat etdirmişəm. Bilmək olmaz, bəlkə yenə də plastik əməliyyat etdirdim?! Görüm həkimimiz nəyi məsləhət görsə, onu da edəcəyəm" deyə müğənni bildirib.

Müğənni ailə həyatı qurmaq istəmədiyini bildirib.

"Ailə qurmaq üçün təkliflər çox gəlir. Bu mövzu mənim üçün bitib. O mövzunun həsrətində deyiləm. İşimlə, sənətimlə çox xoşbəxtəm. Mənə başqa heç nə lazım deyil" deyə Mənzurə Musayeva bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 500   Tarix: 10 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qızıma heç 20 qəpik də vermirəm"

Aparıcı Elgiz Əkbər qızı lalə ilə bağlı etiraf edib. Axşam.az xəbər verir ki, o, bu haqda verilişində danışıb. Elgiz bildirib ki, heç vaxt övladına pul vermir. "Adam var deyir ki, uşağa 50 manat verirəm. Mən heç 20 qəpik də vermirəm. Olmaz. Çox pul verəcəksən, dəyişəcək" deyə, aparıcı əlav

14.05.2024 1365
.

Çində günəşi daha yaxından izləyəcəklər

Çin Günəşdən gələn yüklü hissəciklərin axınını müşahidə etmək üçün nəhəng radioteleskopun tikintisini başa çatdırıb. Güclü astronomik alət texniki sınaqlardan uğurla keçib. Layihəyə Çin Elmlər Akademiyasının Milli Kosmik Tədqiqatlar Mərkəzi nəzarət edib. Obyekt Çinin şimalındakı Daxili Monqolustan Muxta

12.05.2024 340
.

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısı - Video

Xəbər verdiyimiz kimi, müğənni Talıb Tale ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, 43 yaşlı ifaçı bir neçə gün əvvəl İbrahim Tatlısəsin Bakıda keçirilən konsertinə nişanlısı Bahar ilə birlikdə qatılıb. Sözügedən görüntülər "Xəzər axşamı" verilişində yayımlanıb. Müğənni müsahibəsind

13.05.2024 1566
.

"Kızılcık şerbeti"nin Fatihi Azərbaycan türkü imiş

Türkiyənin ən populyar seriallarından biri olan "Kızılcık şerbeti"nin baş rol oyunçularından biri olan, Fatih Ünal obrazını canlandıran Doğukan Güngör azərbaycanlı imiş. xəbər verir ki, bu barədə onun özü "Ali ile aramızda" proqramında danışıb. 27 yaşlı aktyor verilişdə atasının azərbaycanlı

12.05.2024 628
.

Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO

Aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilib. xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində paylaşım edib. Rəsulov xəstəxanadan görüntüsünü izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:. "Dostlar, son iki gündə telefonlara cavab verə bilmirəm, üzrlü hesab edin. Sırf səhhətiml

13.05.2024 1526
.

Əlikram Bayramov: "Mənzurə, 50 dəfə sənə elçi göndərdim"

Tanınmış müğənni Əlikram Bayramovun açıqlaması gündəm olub. xəbər verir ki, ifaçı həmkarı Mənzurə Musayevaya elçiliyə gələnlərdən danışıb:. "İllərimiz getdi, Mənzurə. 50 dəfə sənə elçi göndərdim, gəlmədin. Mənzurəni elə insanlar sevib ki. Bir dostumuz var idi, Mənzurənin dəlisi idi, elə sevird

15.05.2024 35
.

"Qınadığım hər şey başıma gəlib" - Pelin Akıl

"Qınadığım hər şey başıma gəlib. Bundan dərs çıxardım". xəbər verir ki, bu sözləri türkiyəli aktrisa Pelin Akıl deyib. "Bu səbəbdən həmişə addımlarımı diqqətli atıram" ,- deyə o əlavə edib

13.05.2024 581
.

"Kızlıcık Şerbeti"nin Görkeminin sevgilisi odur

"Kızlıcık Şerbeti" serialının Görkemi aktrisa Özge Özacarın sevgilisinin kimliyi məlum olub. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktrisa iş adamı Oğuz Özmenlə münasibətdədir

13.05.2024 636
.

"Avroviziya"dakı münsiflərimiz onlar olub

"Avroviziya 2024"ün Azərbaycan seçimlərində münsif kürsüsündə əyləşən sənət adamlarının adları bəlli olub. Axşam.az xəbər verir ki, seçim turunda münsif kimi Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, "Avroviziya 2011" qalibi Nigar Camal, rejissor Emil Quliyev, aparıcı Könül Arifqızı

12.05.2024 589