Suriyadan ABŞ-nin qovulmaq planı - TƏHLİL

Suriyadan ABŞ-nin qovulmaq planı - TƏHLİLİran başıbəlalı Suriyanın şərqində hərbi bazalar yaradır. Bu, Suriyadakı münaqişədə iştirak edən İranın nüfuz dairəsi üzrə silah nəqlini və kritik nəqliyyat marşrutu boyunca möhkəmlənməsini asanlaşdıra bilər.

İranın Suriya üzrə siyasətini sazlamaq cəhdləri Tehranın Deyr-əz-Zor vilayətində hərbi infrastruktur qurulması üzrə daha böyük səylərinin bir hissəsi kimi anlaşılır.

Suriyadakı hərəkətliliyin qlobal səbəblərinə gəlincə, bu, ABŞ-nin Yaxın Şərq siyasətində zəif bənd vəziyyətinə düşməsi, Çinin siyasi-iqtisadi təsirlərini artırması və "sülh"ün açarına çevrilməsi fonunda aydınlaşır.

Çin İranla Səudiyyə Ərəbistanı arasında ikitərəfli mübahisələri həll etmək məqsədilə tərtib etdiyi razılaşma sənədinə imza atdırmağı bacardıqdan sonra Suriya Prezidenti Bəşər Əsəd Pekinin təşəbbüsündən faydalanmağı hədəfləyir.

Tehranla Ər-Riyad arasındakı diplomatik münasibətlərin bərpasına dair razılıqdan sonra Səudiyyə Ərəbistanı Suriya ilə diplomatik əlaqələrin bərpa olunduğunu elan etdi, ardınca baş verən proseslər isə Bəşər Əsədi hədəf taxtasından endirərək iddialı siyasi səhnəyə aparır.

Çinin Yaxın Şərqdəki rolu Suriya-Səudiyyə Ərəbistanı, Tehran-Ər-Riyad gərginliklərini soyudan açar olaraq qalır. Ərəb Liqasının Bəşər Əsədi qucaqlaması Rusiya və İrana da şərait yaradır ki, Yaxın Şərqin yenidən nizamlanması mübarizəsinə qoşulsunlar.

Çinin mühüm oyunçu kimi ortaya çıxması həm özünə, həm də Rusiya-İran ikilisinə regionu ABŞ hegemonluğundan uzaqlaşdırmaq fürsətləri tanıyır.

Bunun üçün ABŞ-nin Suriyadakı mövcudiyyət dairəsi ya kiçilməli, ya da Əfqanıstan nümunəsində olduğu kimi, tarixin arxivində qalmalıdır.

İranla Rusiya rəsmiləri ABŞ-nin Suriyadan "qovulması"nı müzakirə etmək üçün görüşürlər, hərçənd, Moskva Ukraynadakı hərbi kampaniya səbəbilə Tehrana bütün məsələlərdə dəstək göstərmir.

Çünki Rusiya Suriya cəbhəsində ABŞ qüvvələri ilə toqquşmadan qaçmaqla İranın hücum planlarındakı rolunu aktiv fəaliyyət fazasına keçirmək niyyətində olmadığını göstərir.

Rusiyanın mümkün dəstəkləri informasiya əməliyyatları, ABŞ-nin Suriyadakı mövcudluğunu pisləyən bəyanatlar və Moskvanın İrana ötürdüyü kəşfiyyat məlumatları ilə məhdudlaşa bilər.

Məntiqlə, Rusiya İranı qabağa verməklə ABŞ-nin sıxışdırılması arzularına çatmaq istəyir, belə demək mümkündürsə, Moskva Tehrandan proksi qüvvə kimi istifadə etməyə çalışır.

Beləliklə, Rusiya İrana birbaşa dəstəklərdən qaçaraq ABŞ ilə gərginlik risklərini azaltmağa çalışır, çünki indiki həssas məqamda Moskva Yaxın Şərqdə də itkilərlə üzləşməkdən sığortalanmayıb.
İranın ABŞ-yə həmlə cəhdləri Türkiyəni geniş strategiya üzərində işləməyə vadar edir.

Hazırda ABŞ-nin mövcudiyyət zonasına daxil olan ərazilərdə terrorçu PKK təşkilatına bağlı qruplar qalxan kimi istifadə olunur, əgər İran həmin nüfuz dairəsinə girməyi bacarsa, Türkiyənin də PKK-ya qarşı mübarizəsində növbəti mərhələ başlana bilər.

Ancaq İran ABŞ-ni bölgədən qovmaq planını Türkiyənin maraqlarına xidmət edən müstəvidə deyil, özünün genişlənmək prioritetlərinə uyğun olaraq tərtib edir.

İnanmaq olmaz ki, İran ABŞ-ni regiondan çıxarmağa nail olsun, amma Çinin yüksələn profili ilə səbəb-nəticə əlaqələri qurulanda Vaşinqton üçün üfüqdə strateji zədələr görünür.

Bəşər Əsəd ABŞ-nin dəstəklədiyi kürd qruplaşmalarının nəzarətində olan şərq vilayətlərini geri almağa imkan verəcək məqsədləri Çin təqvimi ilə tutuşdurmağa davam edəcək.

Hadisələrin və planların proqnozlaşdırılabilən xüsusiyyətləri bunu deməyə imkan verir ki:

- Suriya cəbhəsində közün üzərinə benzin töküləcək;

- İran məqsədlərinə çatsa, Rusiya bunu ABŞ ilə danışıqlarda Ukraynaya qarşı müqavimətinin predmetində "alver mövzusu"na çevirəcək;

- Türkiyə PKK-ya qarşı mübarizə oxunun uclarını itiləyəcək;

- Çin regional gərginliyi özünün "sülh göyərçini" obrazı ilə yatırmağa çalışacaq.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 291   Tarix: 10 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər var. Noyabrın 1-dək hazır olacaq sənəddə təklif olunur ki, yeni artım zamanı iki meyardan istifadə edilsin. xəbər verir ki, bunlardan biri ötən müddətdə qeydə alınan infilyasiya səviyyəsi, digəri isə həmin dövrdə nominal orta aylıq əməkhaqqındakı artı

11:06 221
.

Polşa Rusiya və Belarusla sərhədin möhkəmləndirilməsinə 2,5 milyard dollar xərcləyəcək

Polşa Rusiya və Belarusla sərhədlərinin təhlükəsizliyinə təxminən 2,5 milyard dollar sərmayə qoyacaq. "Report" xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bəyan edib. "Təhlükəsizliyimizə və hər şeydən əvvəl şərq sərhədimizin təhlükəsizliyinə təxminən 10 milyard zlot (2,5 milyar

15:00 0
.

Evakuator sürücüsü 9 yaşlı qızı qaçırıb öldürdü

Rusiyanın Rostov vilayətində 25 yaşlı evakuator operatoru Olqinskaya kəndində doqquz yaşlı qızı qaçıraraq öldürüb. yerli mediaya istinadla bildirir ki, sürücü küçələrdən biri ilə hərəkətdə olarkən mağazaya gedən məktəbli qız diqqətini çəkib. Həmin şəxs qızı maşına mindirərək kəndin yaxınlığındakı tarlay

18.05.2024 413
.

Bu pivəni içən 10 nəfər öldü

Zambiyanın cənubundakı müxtəlif bölgələrdə yerli istehsal pivə içən azı 10 nəfər ölüb, bir neçə nəfər xəstəxanaya yerləşdirilib. BİG.AZ -a istinadən xəbər verir ki, yerli polis sözçünün müavini Denni Mvalenin sözlərinə görə, hadisələr ölənlərin pivə içməsindən sonra müxtəlif günlərdə baş verib. İçk

13:00 108
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 2054
.

Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Türkiyə Qırğızıstandakı səfirliyi bu ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib. "Report" xəbər verir ki, səfirlik ölkə vətəndaşlarını, ilk növbədə tələbələri yerli sakinlərlə Asiya ölkələrinin vətəndaşları arasında münaqişə baş verən gecə aksiyalarından sonra axşam saatlarında Bişkekdək

11:20 121
.

Güney Azərbaycanda "Ana dilində danışaq" aksiyasına başlanılıb

Güney Azərbaycanda milli fəallar aksiyaya başlayıblar. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib. Məlumata görə, aksiya Azərbaycan dilini fars ifadələrindən təmizləməyə və Ana dilini inkişaf etdirməyə çağırmaq üçün keçirilir.( )

12:30 106
.

Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ

Türkiyənin Aksaray şəhərində M. Musa sevgilisi K. Ümmühan ilə evinə əşyalarını götürmək üçün getdiyi zaman həyat yoldaşı ilə mübahisə edib. Türkiyə mediasına istinadən xəbər verir ki, ərinin sevgilisi ilə evə gəldiyini görən qadın eyni məhəllədə yaşayan qardaşlarını çağırıb. Hadisə nəticəsində M. Mus

15:10 0
.

Çin 10 ildə Tacikistan iqtisadiyyatına 3,8 milyard dollar sərmayə qoyub

Çin son 10 ildə Tacikistan iqtisadiyyatına təxminən 3,8 milyard dollar sərmayə qoyub. "Report" xəbər verir ki, bunu Tacikistan prezidenti Emoməli Rəhmon Çinin xarici işlər naziri Vanq İ ilə görüşündə qeyd edib. "Çin ölkəmizin ticarət, iqtisadi və investisiya sektorunda ən böyük tərəfdaşlarında

12:50 84