Bakı qonaq qəbuluna hazırlaşır: Şəhəri yudular - FOTO

Bakı qonaq qəbuluna hazırlaşır: Şəhəri yudular - FOTOYay mövsümünün başlanması və paytaxtımıza çoxsaylı qonaqların və xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq iyun ayının 10-da paytaxt ərazisində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməciliyi keçirilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməcilik paytaxtın bütün rayonlarını əhatə edib. İməcilik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması həyata keçirilib.

İməcilikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində fəallıq göstəriblər. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməcilikdə yaxından iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, həmişəyaşıl ağaclar yuyulub. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilib, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq göstərilib.
Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

İməcilik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Bakı qonaq qəbuluna hazırlaşır: Şəhəri yudular - FOTOBakı qonaq qəbuluna hazırlaşır: Şəhəri yudular - FOTOBakı qonaq qəbuluna hazırlaşır: Şəhəri yudular - FOTOBakı qonaq qəbuluna hazırlaşır: Şəhəri yudular - FOTOBakı qonaq qəbuluna hazırlaşır: Şəhəri yudular - FOTOBakı qonaq qəbuluna hazırlaşır: Şəhəri yudular - FOTOBakı qonaq qəbuluna hazırlaşır: Şəhəri yudular - FOTOBakı qonaq qəbuluna hazırlaşır: Şəhəri yudular - FOTOBakı qonaq qəbuluna hazırlaşır: Şəhəri yudular - FOTOBakı qonaq qəbuluna hazırlaşır: Şəhəri yudular - FOTOBakı qonaq qəbuluna hazırlaşır: Şəhəri yudular - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 643   Tarix: 10 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb

Pakistanın şimal-qərbində baş verən yol qəzasında 14 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, bir ailəni daşıyan mini yük maşınının yarğana aşması nəticəsində 14 nəfər ölüb, 12 nəfər yaralanıb

18.05.2024 193
.

Azərbaycanda bank sektoru aktivlərinin 27 %-ni likvid vəsaitlər təşkil edir

Azərbaycanda bank sektoru aktivlərinin 26,7 %-ni likvid vəsaitlərin təşkil etməsi sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olmasına imkan yaradır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nd

18.05.2024 182
.

Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələri üzrə Yol Xəritəsi təqdim olunacaq

Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələrində təkmilləşmələrin həyata keçirilməsi barədə 2024-cü il üzrə Yol Xəritələri təqdim olunacaq. "Report" xəbər verir ki, Yol Xəritəsi mayın 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın iclasında təqdi

18.05.2024 163
.

Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI

Lənkəranda öldürülən 22 yaşlı Könül Ağayevanın ailəsi qətlin səbəbləri barədə danışıb. Tələbə qızın anası Rəqsanə Ağayeva bildirib ki, qızını oğlan kimi böyüdüb:. "Uşağım 100 manatın qurbanı olub. Onu qətlə yetirən oğlanla söhbətim zamanı pul üstündə mübahisə etdiyini dedi". K.Ağayevanın nənəs

18.05.2024 780
.

Avrora Qrup "Açıq qapı" elan edir

"Avrora Qrup" müxtəlif vəzifələr üzrə işçi qəbuluna start verib. Şirkət yeni formalaşan və hazırda aktiv olan mütəxəssis və fəhlə katiqoriyaları üzrə 50-dən çox işçinin işə götürülməsini planlaşdırıb. Vakansiyalarımız:. * Maliyyə analitiki. * Proqram dəstək üzrə mütəxəssis. * It biznes analitik

18.05.2024 206
.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18.05.2024 321
.

"AzərEnerji ASC-nin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyaları istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyalarının açılışlarını edib. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 227
.

ABŞ və İranın dolayı məsləhətləşmələri: Omanda nələr danışılıb?

ABŞ və İran Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün bu həftə Omanda "birbaşa olmayan danışıqlar" aparıblar. Məlumata görə, ABŞ tərəfdən məsləhətləşmələrdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-nin İran üzr

18.05.2024 180
.

24 yaşlı tibb bacısı xəstəxanada öldü - Müəmmalı hadisə - FOTO

İstanbulda özəl xəstəxanalardan birində tibb bacısı dünyasını dəyişib. haberler-ə istinadən xəbər verir ki, İstanbulda özəl xəstəxanalardan birində xəstə babası ilə birgə qaldığı iddia edilən 24 yaşlı tibb bacısı Selen Bilgin səhər saatlarında xəstəxana otağında ölü tapılıb. Hadisə ilə bağlı saxlanıla

18.05.2024 519