Rəqsanə Təranə Səmədovanın uşaqlarını himayəsinə götürmək istəyir - VİDEO

Rəqsanə Təranə Səmədovanın uşaqlarını himayəsinə götürmək istəyir - VİDEO"Təranə Səmədovanın böyük qızı Suelin imtahanları başlayır. Çox savadlı, ağıllı uşaqdır. O, altı aydır ki, evimdədir. Ona söyləmişəm ki, son bir dəqiqəyə qədər hər zaman yanında olacağam. Kiçik bacısı Adel də yanımda idi. Sadəcə yaşı az olduğuna görə qanunlarımız icazə vermədi ki, o da yanımda qalsın. Altı ay Adel yanımda qaldı sonra isə sığınacağa yerləşdirildi. Görək, anaları Təranə Səmədovanın irəliləyən zamanda həyatı necə olacaq".

Bizim.media xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu verilişlərin birində deyib.

Sənətçi dövlət qurumlarına müraciət edərək bildirib ki, hazırda həbs həyatı yaşayan prodüser Təranə Səmədovanın iki qızı Suel ilə Adeli himayəsinə götürmək istəyir:

"Dövlət qurumlarına müraciət edirəm və çox istəyirəm ki, hər iki uşaq yanımda qalsın, mən onları saxlayım. Anaları azadlığa çıxana qədər uşaqlar mənim himayəm altında böyüsünlər. İstəmirəm ki, onlar nədənsə korluq çəksinlər, problemlərlə üzləşsinlər. Onları öz övladlarımdan belə ayırmıram. Övladlarım üçün nə alınırsa, Suelə də, Adelə də bunlar olunur".

Rəqsanə üzünü Təranəyə tutaraq ona müraciət ünvanlayıb:
"Təranəyə efir vasitəsilə demək istəyirəm ki, sən yaxşı qızsan. Hər bir qadının həyatında hər şey baş verə bilər. Mənim də həyatımda çox şeylər baş verib. Amma sən nə qədər sakit olub qanunlarımıza düzgün riayət etsən, mən də sənin yanında olub sona qədər sənə dəstək olaram. Baxmayaraq ki, sən mənə qarşı çox səhvlər etmisən. Biləsən ki, sənin qızını elə böyüdürəm ki, gələcəkdə o, universitetə qəbul olacaq, onun ailəsi olacaq. O mənə yox, sənə arxa olacaq.

Həyatdır, bəlkə də heç zaman, Təranə, səninlə üz-üzə gəlməyəcəyik, amma sən mənim övladlarına etdiyim bu yaxşılığa görə anama və atama can sağlığı arzulayıb deyəcəksən ki, nə yaxşı ki, sən uşaqlarımı himayənə götürdün".

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq həbs edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 920   Tarix: 09 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yol pulunu verməmək üçün sürücünü döyüb öldürdülər

Rusiyanın Volqoqrad vilayətində sərnişinlər taksi sürücüsünə pul verməkdən imtina edərək onu döyərək öldürüblər. yerli mediaya istinadla xəbər verir ki, İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hadisə şənbə günü gecə baş verib. Sərnişinlər Zina Mareseva küçəsində 1

27.04.2024 294
.

TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir"

Son beş ildə sosial səhiyyə sahəsində əldə edilən ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir. "Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov "Baku TV"yə müsahibəsində deyib. O qeyd edib ki, icbari tibb

27.04.2024 196
.

Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 42 % çoxdur. Hesabat dövründə Gürcüstanda

10:10 119
.

İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH

Ermənistanın ikinci prezidenti Robert Koçaryanla baş nazir Nikol Paşinyanın "ulduzları", deyəsən, heç vaxt barışmayacaq. 2018-ci ildə Sorosun dəstəyi ilə hakimiyyətə yiyələnən Nikol hər vəchlə 2008-ci ilin mart hadisələrinin acığını çıxmaq üçün və siyasi opponentini zərərsizləşdirmək üçün müxtəli

10:40 120
.

Biləsuvarda ərzaq mağazasının anbarı yanıb

Biləsuvar rayonunda ərzaq mağazasının anbarı yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 63 m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Mağaza yanğından mühafiz

27.04.2024 223
.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

13:20 0
.

Toyda FACİƏ: Altı nəfərdən ibarət ailə yanaraq öldü

Hindistanda toyda baş verən yanğında bütöv bir ailənin üzvləri yanaraq ölüblər. Faciə Bihar ştatının Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar yerli sakin Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatdıqda, fişəngindən çıxan atəş qonaqları

11:40 126
.

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib

Ermənistanda müqavilə ilə işləyən bir qrup hərbçi ordu sıralarında xidmətdən istefa verib. "Report" xəbər verir ki, bu barədə "Yerevan.today" məlumat yayıb. Bildirilib ki, onlar Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı vəziyyətə etiraz olaraq bu addımı atıblar

27.04.2024 323
.

Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək

Rusiyanın daşqınlara məruz qalan Orenburq vilayətində 1,7 mindən çox ev söküləcək. Bu barədə yerli hökumət nümayəndələri xəbər veriblər. Bildirilib ki, Mənzil Qiymətləndirmə Komissiyası rayon üzrə ümumilikdə 5007 evə baxış keçirib. "Bunlardan 3201-i əsaslı təmir olunacaq, 1745-i təhlükəli hesa

27.04.2024 229