Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...

Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib.

BiG.AZ "teleqraf.com"a istinadən xəbər verir ki, Elmarın qohumu Elşən özünə məxsus olan "YouTube" sosial şəbəkə kanalında canlı efirdə "Sahib Dost" istifadəçi adı ilə qeydiyyatdan keçmiş Sahiblə onu təhqir etməsi səbəbindən mübahisə edib.

Mübahisəni aydınlaşdırmaq üçün onlar Gəncə şəhəri, Natəvan qəsəbəsi ərazisində yerləşən "Şans" ərzaq mağazasının yanında görüş təyin ediblər. Həmin gün saat 23:50-də Elşən qohumu Elmarla birlikdə təyin olunan yerə gəliblər. Orada Sahiblə, həmçinin onun yanında olan şəxslərlə görüşüblər.

Görüş zamanı Elmar Sahibə sosial şəbəkə hesabında nalayiq ifadələr işlətməsini irad tutub. Sahib Elmarın haqlı iradına məhəl qoymayaraq onu nalayiq ifadələrlə təhqir edib. Mübahisə zamanı Elmar Sahibin sifət nahiyəsinə yumruq zərbəsi vurub.

Sahib 29 avqust 2021-ci ildə stasionar müalicədə olduğu Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında vəfat edib.

İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

"Mübahisəsi olduğunu dedi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar özünü Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilib.

Elmar bildirib ki, Elşən və qardaşı Mirruhin onun doğma xalası nəvələridir:

"Avqustun 26-da saat 23 radələrində Elşən taksi ilə Samux rayonu Bağmanlar kəndindəki yaşadığımız evin qarşısından keçirdilər. Bu zaman dayanıb mənimlə söhbət etdilər.

Söhbət əsnasında Elşən internet sosial şəbəkəsində Sahib adlı şəxslə mübahisəsi olduğunu dedi. Sahibin söyüş söydüyünü, söhbətə dəvət etdiyini, həmin şəxslə görüşmək üçün Natavan qəsəbəsindəki "Şans" marketinin yanına gedəcəyini söylədi. Mən də birlikdə getməyi təklif etdim.

Qohum olduğumuz üçün Elşəngillə birlikdə qeyd edilən ərzaq mağazasının yanına getdik. Avtomobildə bizdən və sürücüdən başqa heç kim olmayıb".

"Səhv danışdığını bildirdim"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, onlar təxminən 2-3 dəqiqəyə "Şans" ərzaq mağazasının yanına çatıblar:

"Taksi sürücüsü bizi düşürdükdən sonra mağazanın yanından uzaqlaşdı. Qısa müddət sonra Elşənlə Mirruhinin tanışları Məhəmməd də gəldi. Məhəmmədi əvvəllər Elşəngilin yanında görsəm də, onunla münasibətim olmayıb.

Az sonra mərhum Sahibgil boz rəngli taksidə yanımıza gəldilər. Avtomobildə adlarını sonradan bildiyim Sahib, Füzuli və taksi sürücüsü ilə birlikdə 3 nəfər idilər. Füzuli özünü 33 nömrəli xəttin avtobus sürücüsü kimi təqdim etdi.

Bir-birimizlə salamlaşdıqdan sonra mən, Elşən, Mirruhin və Sahib kənara çəkilib, söhbət etməyə başladıq. Biz sakit söhbətə başlamağımıza baxmayaraq Sahib içkili idi, özünü haqlı hesab edirdi. Elşənin ünvanına "bu peysərdir, buna demişəm, sən kimsən ki, bura gəlmisən, bunun söhbətinə gələn elə bunun tayıdır" kimi ifadələr işlətdi.

Mən səhv danışdığı üçün Sahiblə birlikdə gəlmiş Füzuliyə yaxınlaşdım və Sahibin özünü idarə edə bilmədiyini, buna görə onu özü ilə birlikdə oradan uzaqlaşdırmasını istədim. Füzuli də - "nə edim, öhdəsindən gələ bilmirəm", - dedi".

"Bir zərbə vurdum"

Elmar qeyd edib ki, həmin zaman Elşənlə Sahib mağazanın qarşısında yolun kənarında dayanıb və söhbət ediblər: "Füzuli ilə söhbət etdikdən sonra təkrar Sahibin yanına qayıtdım. Elşən mənə səbirli davranmağı, Sahibin içkili olduğunu və ona əl qaldırmamağı dedi.

Mən Sahibin hərəkətlərindən qəzəblənərək sağ əlimin içərisi ilə onun sifət nahiyəsinin sol tərəfinə bir zərbə vurdum. Zərbənin təsirindən Sahib yerə yıxıldı, başı yerə dəydi və huşunu itirdi.

Bunu görən kimi Füzuli ilə birlikdə Sahibi yerdən qaldırdıq və yolun kənarındakı bordürün üzərində oturtduq. Əl-üzünə su vurduqdan sonra Sahib özünə gəldi".

Elmarın sözlərinə görə, Füzuli ilə taksi sürücüsü Sahibi avtomobilə əyləşdirib və evlərinə aparıblar:

"Biz də yaşadığımız Samux rayonunun Bağmanlar kəndinə qayıtdıq. Evə çatdıqdan sonra Sahibin gəldiyi taksi sürücüsü Eminə zəng etdim və Sahibin hal-əhvalını soruşdum. O da narahat olmamağı, Sahibi bacısıgilə apararaq təhvil verdiklərini bildirdi".

"500 manat istədiklərini dedilər"

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 27-də günorta saatlarında Elşən ona zəng edib və Sahibin vəziyyətinin pisləşdiyini, xəstəxanaya aparıldığını deyib:

"Həmin vaxt tanışım Araz da yanımda idi. O, mənə xəstəxanaya getməyi, Sahibin vəziyyəti ilə maraqlanmağı məsləhət bildi.

Araz, Elşən və Məhəmmədlə birlikdə Abbas Səhhət adına xəstəxanaya getdik. Mən kənarda gözlədim, Arazla Elşən xəstəxanaya daxil oldular. Sahibin vəziyyəti ilə maraqlandıqdan sonra geri qayıtdılar. Qohumlarla söhbət etdiklərini və müalicə üçün 500 manat istədiklərini dedilər.

Tutulacağımdan qorxduğum üçün Yevlax rayonu Çardaqlı kəndində yerləşən və əvvəlcədən tanışım olan Zahid adlı şəxsin çoban işlədiyi fermaya getdim. Zahidə bir nəfərlə dalaşdığımı və onu vurduğumu dedim. Bir müddət həmin fermada qaldım.

Sentyabrın 5-də həmin fermada olarkən polis əməkdaşları oraya gəldilər. Barəmdə axtarış qərarını elan etdilər və özləri ilə birlikdə polis idarəsinə apardılar".
"Uca səslə danışmasını eşitməmişəm"

İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən mərhumun bacısı İradənin sözlərinə görə, 1995-ci ildən Gəncə şəhərinə köçüb və Raufla ailə qurub:

"2021-ci ilin mayında Sahib işləmək üçün Gəncəyə gəldi və bizimlə birlikdə yaşadı. O, ərim Raufla birlikdə Gəncə şəhərində yas mərasimlərində ofisiant işləyirdi. Avqustun 26-da səhər saatlarında Sahib restorana işə getdi, saat 22 radələrində evə qayıtdı. İşdən qayıtdıqda mən də evdə olmuşam və qardaşıma yemək vermişəm.

Sahib yeməyini yedikdən sonra telefonuna zəng gəldiyi üçün yaşadığımız evin həyətinə çıxdı. Orada telefonla danışdı. Sahibin telefonla uca səslə danışmasını və ya kiminləsə mübahisə etməsini eşitməmişəm.

Sahib telefonla danışmaq üçün məhəlləyə çıxanda ərim Rauf da evdə idi. Sahibin arxasınca məhəlləyə çıxdıqda onun qonşuluqda yaşayan Füzuli ilə birlikdə dayanaraq söhbət etdiklərini gördüm. Təkrar məhəlləyə çıxanda onları küçədə görmədim. Qardaşımın mobil telefonuna zəng etdim. Sahib narahat olmamağı, bir qədər sonra qayıdacağını dedi".

"Ərim ilə birlikdə yanına getdik"

Hüquqi varis qeyd edib ki, həmin günün gecəsi saat 1 radələrində Sahibin istifadəsində olan nömrədən ona zəng gəlib:

"Nömrə qardaşımın olsa da, zəng edən Füzuli idi. O, Sahibin yaşadığımız küçənin girişində içkili vəziyyətdə olduğunu dedi. Ərimlə dərhal onların yanına getdik. Qardaşım dedi ki, İradə, mənə dəymə, qoy bir az dincəlim. Onun pis vəziyyətdə olduğunu gördüm.

Füzuli və Raufun köməkliyi ilə Sahibi əl arabasına uzatdıq və evə apardıq. Sahib mənə dediyi ilk sözlərindən sonra heç nə danışmadı. Hansı şəraitdə xəsarət almasını söyləmədi.

Qardaşımı evə apardıqdan sonra onun üz nahiyəsində xəsarət olduğunu gördüm və dərhal Daxili İşlər Nazirliyinin "102" xidmətinə, daha sonra təcili tibbi yardım olan "103" xidmətinə zəng etdim. Bir qədər sonra yaşadığımız ünvana polis əməkdaşları, təxminən saat 3-4 radələrində isə xəstəxanadan göndərilmiş təcili tibbi yardım avtomobili gəldi.

Sahibi təcili tibbi yardım avtomobili ilə Abbas Səhhət xəstəxanasına apardılar. Həkimlər onu müayinə etdilər, baş nahiyəsində travma olduğunu dedilər. Rentgen müayinəsindən sonra baş nahiyəsində hematoma əmələ gəldiyini bildirdilər.

Rentgen diskini bizə verərək xəstəxanada neyrocərrah olmadığını, vaxt itirməmək üçün Gəncənin özəl xəstəxanalarında fəaliyyət göstərən neyrocərrahların adlarını sadalayaraq həmin diski neyrocərraha təqdim etməli olduğumuzu bildirdilər.

Həmin ərəfələrdə başımız qarışıq olduğu və Sahibin sağalacağına ümid etdiyimiz üçün diski həkimlərdən götürərək özəl xəstəxanalardakı neyrocərrahlardan birinə təqdim edə bilmədik. Həkimlər də neyrocərrahın qəbuluna getməməyimiz barədə heç nə demədilər.

Avqustun 29-da Sahib müalicədə olduğu Abbas Səhhət xəstəxanasında vəfat etdi".

"Hərbi şəhərciyə yollandım"

İş üzrə şahid qismində ifadə verən Elşənin sözlərinə görə, "YouTube" video portalında "Eliko Production" adlı kanal açaraq müxtəlif mövzulu video paylaşımlar edib, mütəmadi olaraq özünə məxsus kanalda canlı efir açaraq orada musiqiləri fonda səsləndirib, ara-sıra müxtəlif mövzulardan bəhs edib:

"Həmin canlını 7/24 formatda, yəni bütün gün ərzində açıq saxlamışam. Avqustun 26-da həmişə olduğu kimi canlı efiri açıq qoydum və səhər saatlarında fəhləlik etmək üçün Gəncə şəhərinin çıxışında yerləşən hərbi şəhərciyə yollandım.

Gün ərzində işlədim, təxminən gecə saat 23 radələrində evə qayıdaraq şam yeməyini yedim. "YouTube" sosial şəbəkədəki canlı efirinə daxil oldum. Canlı efirdə "Sahib Dost" adlı istifadəçinin "Ay peysər, məni niyə bloka atmısan?" cümləsini yazdığını, ardınca da onun öz mobil nömrəsini yazaraq zəng etməyi tələb elədiyini gördüm.

Canlı efirin qaydalarına əsasən, ismarışlarda nalayiq ifadələr işlədən şəxslər moderatorlar tərəfindən blok edilir. Mən "Sahib Dost" adlı istifadəçinin mobil telefon nömrəsinə "WhatsApp" vasitəsilə zəng etdim, ondan - "mənim peysərliyimi harada görmüsən?", - deyə soruşdum.

Sahib cavabında məni təhqir etmək istəmədiyini, sadəcə mənə xəbərdarlıq üçün həmin sözü işlətdiyini bildirdi.

Zəngi bitirdikdən bir neçə dəqiqə sonra Sahibin nömrəsindən təkrar zəng gəldi. O, özünü Sahibin qohumu kimi təqdim etdi və bildirdi ki, fikir vermə, Sahib içkilidir, baş qoşma, nə danışdığını anlamır, gəl bir yerdə oturaq, şokolad alım, çay içək, bu söhbəti bağlayaq. Mən də onunla razılaşdım".

"Əvvəlcədən tanımamışam"

Elşən qeyd edib ki, Sahibin tanışı olan şəxs 33 saylı xətt marşrutunun sürücüsü olduğunu bildirib, söhbəti mehribançılıqla bağlamağı xahiş edib və onunla "Şans" ərzaq mağazasının yaxınlığında görüşməyi qərara alıblar:

"Həmin gün gecə saat 12 radələrində qardaşım Mirruhinlə birlikdə taksiyə minərək həmin market istiqamətində getdik. Yolda "Bağban" adlı marketin yaxınlığında bizimlə qohumluq münasibətlərində olan, anamın xalası oğlu Elmarı gördük. Avtomobili dayandırdıq və onunla söhbət etdik.

Söhbət zamanı baş vermiş hadisəni danışdıq və həmin şəxslə görüşmək üçün getdiyimizi bildirdik. Elmara birlikdə getməyi təklif etdik. O da razılaşdı. "Şans" mağazasının yanına çatdıqdan bir neçə dəqiqə sonra Sahib 3 nəfərlə ora gəldi".

Şahid daha sonra ifadəsində aralarında yaranan münaqişədən, Elmarın Sahibi vurmasından danışıb.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmarın əməli Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə tövsif edilib.

Ona 2 il 3 ay müddətinə cəza təyin edilib.

Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...

Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib.

BAKU.WS "teleqraf.com"a istinadən xəbər verir ki, Elmarın qohumu Elşən özünə məxsus olan "YouTube" sosial şəbəkə kanalında canlı efirdə "Sahib Dost" istifadəçi adı ilə qeydiyyatdan keçmiş Sahiblə onu təhqir etməsi səbəbindən mübahisə edib.

BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 901   Tarix: 08 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 335
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 228
.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 208
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

02.05.2024 401
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 218
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

02.05.2024 148
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 404
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

02.05.2024 588
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

02.05.2024 715