"Qaraca qız" filmini göz yaşları içində izləyirəm, Tutunun taleyinə yanıram..."

"Qaraca qız" filmini göz yaşları içində izləyirəm, Tutunun taleyinə yanıram...""Mən aktrisa deyiləm. Aktrisa olsaydım gündəmdə qalmaq üçün efirə çıxardım, müsahibə verərdim. Uzun illər Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətə məşğul olmuşam. Efirə çıxmağı ümumiyyətlə xoşlamıram. Kimdəsə nəsə məqsəd olur ki, efirə çıxır. Bir filmdə çəkilmişəm, bununla da hər şey bitib. Həmişə zəng edirlər, dəvət edirlər. Vallah istəmirəm. Mənə deyirlər ki, siz niyə qapalısınız? Deyirəm ki, qapalı deyiləm, normal həyat yaşayıram. Gedirəm də, gəlirəm də, şəhərə də çıxıram".

BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında "Qaraca qız" filmində Tutu obrazını oynayan Sevil Zeynalova deyib. O sonradan filmlərdə çəkilməməsinin səbəblərindən də danışıb.

"Filmi göz yaşlarım içində izləyirəm. Elə baxıram ki, sanki o mən deyiləm. Tutunun taleyinə yanıram. Tutunun taleyi acı, ürəyi isə böyükdür. Bu filmdən sonra çox dəvətlərim oldu. Atam dedi ki, "bir dəfə çəkildin, bəsdir". O məni bu sahədən uzaqlaşdırdı" deyə o bildirib.

Aktrisa Pəricahan rolunun ifaçısı Şəfiqə Məmmədovanın ona filmdə şillə vurmasına da aydınlıq gətirib.

"Şəfiqə Məmmədovadan tələb etdilər ki, mənə şillə vursun. O dedi ki, Sevilə əlimi vura bilmərəm. Filmdəki o hissəni montaj etdilər. Şəfiqə xanım kamera qarşısına yaxınlaşır, əlini mənə uzadır. Dodağım üçün qrimdən istifadə etdilər. O məni qətiyyən vurmayıb, belə bir şey olmayıb" deyə o bildirib.

Müsahibimiz müasir dövrdə uşaq filmlərinin çəkilməməsindən də danışıb.

"Uşaq filmlərinin çəkilməməsi məni çox üzür. Əlbəttə ki, buna çox təəssüflənirəm. Uşaq filmləri vacibdir, mütləq çəkilməlidir. Bizim vaxtımızda çox idi. Sırf uşaq filmləri olmasa da, uşaqlara da orada rollar verilirdi. Məsələn, "Ögey ana", "Şərikli çörək" və s. filmlər uşaq filmi deyil, amma görürsünüzmü orada nə qədər uşaq qəhrəmanları var? "Asif, Vasif, Ağasif", "Şir evdən getdi" filmləri sırf uşaqlar üçün çəkilib. Böyük filmlərində belə uşaqları qabartmaq olar. Bu da rejissordan, ssenaridən asılıdır. Rejissorun əlində ssenari olmalıdır ki, onu çəkə bilsin. Görünür ki, ssenarilər ləng olub, yazanlar yoxdur" deyə Sevil Zeynalova deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1005   Tarix: 04 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ

Müğənni Vəfa Şərifova bəzi aylarda 100 min manat pul qazandığını açıqlayıb. xəbər verir ki, sənətçi bu barədə ATV-də yayımlanan verilişlərin birində məlumat verib. O, əvvəlcə bu barədə danışmaq istəməsə də, daha sonra auditoriyadakıların israrı ilə etiraf etmək məcburiyyətində qalıb:. "Mənim o qədə

14.05.2024 1555
.

Ayrılıq xəbəri ilə gündəmdən düşməyən Murad və Ülviyyə - Foto

Ayrılıq xəbərləri ilə gündəmdən düşməyən aktyorlar Murad İsmayıl və Ülviyyə Xəlilbəyova birlikdə foto yayımlayıb. Axşam.az xəbər verir ki, şəkli Ülviyyə instaqram hesabında yerləşdirib və həyat yoldaşını işarələyib. Həmin fotonu Murad da yayımlayaraq "Çoxdandır şəkil paylaşmırdıq, dedim, sükut

16.05.2024 2182
.

"Kişi özünə bəzək verməz"

"Əgər insanın bir yerində nöqsan varsa, qulağı böyükdürsə, balacalaşdıra bilər, çənəsi uzundursa, kiçildə bilər. Amma kişi özünə bəzək verməz". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Mehman Əhmədli "Həmin Zaur" verilişində deyib. O, yaxşı görünüş üçün estetikdən istifadən

14.05.2024 644
.

Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb

Cəlilabadda itkin düşmüş 21 yaşlı qız Bakıda tapılıb. "Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini L.Hüseynovanın mayın 15-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarı

18.05.2024 269
.

Serenay Sarıkayanın Cem Yılmazla barışdığı iddia olunur

Serenay Sarıkayanın Cem Yılmazla barışdığı iddia olunur. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. İddialara görə Serenay keçən həftə serialının primyerasından sonra Cem Yılmazın evinə gedib

18.05.2024 223
.

"Dişini yumayan, ayağı ayaqqabı görməyənlər məni tənqid edir"

"Tənqid üçün ürəyim gedir. Tənqid insanı inkişafa aparır. Qara Qarayev deyib ki, tənqid edənləri qızıl axtaranlara bənzədirəm. Tənqidçilər sübut edəcək qədər tənqdi bacarmalıdırlar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" proqramında deyib

17.05.2024 864
.

"Onları əlil arabasında gətirib, cibinə milyonlar qoyurlar"

Aparıcı Zaur Baxşəliyev türkiyəli ifaçıların Bakıya gətirilib konsertinin təşkil olunmasını tənqid edib. Axşam.az xəbər verir ki, bu haqda o, "Zaurla Günaydın proqramında danışıb. Türkiyəli ifaçı Sərdar Ortaçın Bakıya əlil arabasında gətirilməsini xatırlayan Zaur bunları deyib:. "Camaatı əli

18.05.2024 640
.

Rəqsanənin həbsdə olan mülkləri ilə bağlı məhkəmə qərar verdi

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulması barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hakim Elşən Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərar

16.05.2024 1434
.

Aygün Kazımovanı BİR DƏ BELƏ GÖRÜN - FOTOLAR

Xalq artisti Aygün Kazımova fərqli tərzdə fotoları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Pop kraliça bu dəfə qısa və daha açıq rəngdə saçla obyektiv qarşısına keçib. Fotolar müğənninin "Maşallah" klipinin çəkilişləri zamanı lentə alınıb. Kazımova tərzini qara geyimlə tamamlayıb. Qeyd edə

18.05.2024 4348