"Dəfələrlə mənə xəbər göndərib..." - Gülay

"Dəfələrlə mənə xəbər göndərib..." - GülayMüğənni Gülay Zeynallı uşaqlıqda başına gələn hadisə haqda danışıb.

BiG.AZ olay-a istinadən xəbər verir ki, "Özəl" verilişində ifaçı kiçik yaşlarından bəri şadlıq evlərində pul qazandığını açıqlayıb.

Sənətçi bildirib ki, dərsdən qaçıb işə tələsdiyi zaman yıxılıb:

"Bülbül adına Orta İxtisas Məktəbin 8-ci sinfində təhsil alırdım. Fortepiano dərsində idim. Saata baxdım, gördüm ki, 7-ə qalıb və hava qaralıb. Toya çatmalıyam, hətta geyimimi dəyişməliyəm. Məktəbimizin pilləkənləri dağılmışdı, təmirsiz idi. Pilləkənləri elə tələsik düşdüm ki, ağzıüstə yıxıldım. Dizim sıyrıldı, qanadı. Şalvarım da cırıldı. Ağladım və özümə dedim ki, "Mən dərsdən işimə görə qaçmışam. Eybi yox, əziyyətimin bəhrəsi olacaq". Qaça-qaça avtobusa mindim, çatdım toya. Anam zəng edəndə belə elə gülərüzlə danışdım ki, elə bil heç nə olmayıb".

G.Zeynallı adını çəkmək istəmədiyi bir xanım bəstəkarın ona qarşı etdiyi hərəkət barəsində də söhbət açıb:

"Doqquzuncu sinifdə oxuduğum zaman anam dedi ki, "Gülay, istəyərdim bəstəkar mahnısı oxuyasan". Qərara gəldik ki, bir bəstəkar xanımın qapısına gedək. Bizi çox xoş qarşıladı, qəbul etdi. Səsimə qulaq asdı və xoşuna gəldim. Dedim ki, mahnınızı ifa etmək istəyirəm, olarmı? Soruşdu ki, "sponsorun var?". "Yox" dedim, mənə "Sponsorun yoxdursa, mahnımı almağa sənin gücün çatmaz" - söylədi. Anamla bir-birimizə təsəlli verə-verə getdik. Amma Allah böyükdür. O, əziyyət çəkən hər bir insanı dəyərləndirir. Bu günə kimi o bəstəkar dəfələrlə mənə xəbər göndərib. Onun mahnılarını oxumağımı istəyib. Artıq hər kəsi öz ürəyimdəki kimi bilmirəm. Hər kəsdən uzaq qaçmağa çalışıram".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9988   Tarix: 04 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059