Ağamirzə həmkarlarını biabır etdi: "Kərimin xəstə olmasına sevinən meyxanaçılar var" - VİDEO

Ağamirzə həmkarlarını biabır etdi: "Kərimin xəstə olmasına sevinən meyxanaçılar var" - VİDEO"Zəng vurub deyirlər ki, filan meyxanaçının məclisimizdə iştirak etməsini istəyirik. Amma o filankəs dediklərinə zəng edirəm telefonuma cavab vermir. Verdikləri nömrələrə də zəng edirsən, lakin zəng çatmır. Nə ona zəng, nə də buna mesaj çatır. Yalandan mənə niyə verirsən nömrəni?"

Bizim.media xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov "Şou xəbər" verilişinə müsahibəsində deyib.

Həmkarlarından incidiyini açıb ağardan söz xiridarı bildirib ki, onlara zəng etsə də, nə telefonuna, nə də ki, mesajlarına cavab verirlər:

"Onlar məni görəndə heç nə olmamış kimi qucaqlayıb salamlaşırlar. Çalışıb, cəhd edib özümü bir təhər tuturam. Həyatım boyu onlara bir daha zəng vurmayacağam. Elə meyxanaçılardan incimişəm ki… Sadə xasiyyəti olan meyxanaçıların qadasını alım. Onların qədrini bilin. Sizin telefonunuza cavab verməyənlərin nömrəsini heç telefonunuzda saxlamayın. Elə meyxanaçı var ki, onun nömrəsini telefonumdan silmişəm. Deyirlər ki, filankəs filan meyxana deyəndir, belə tanınmışdır… Mənim üçün isə dəxli yoxdur…"

Ağamirzə üzünü ağ olan həmkarlarının adını çəkməsə də, onların paxırlarını gün üzünə çıxarıb, biabır edib:

"Meyxanaçı Kərimin (hazırda yataq xəstəsi olan Kərim Novruzov - red.) yanına gedənlər, onun heç bir dəfə belə halını soruşmayıblar. Onlar yolda məni görüb deyirlər ki, 5-6 günə gedib Kərimə baş çəkəcəyəm. Mənə də yox da…

Elə meyxanaçı var ki, 5-6 il ərzində bir dəfə Kərimə baş çəkib. Elələri var, heç gəlməyib, elələri də var ki, Kərimin bu vəziyyətinə sevinib. Adlarını çəksəm şok olarsınız. Məni görəndə bəzi meyxanaçılar var, deyirlər ki, qulluğunda 24 saat durmağa hazırıq. Gecənin yarısı 3-4-də zəng vur. Amma bunların hamısı yalandır. İstəyirəm adlarını çəkim, amma özümü saxlayıram. Qanım qaralır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 924   Tarix: 02 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865