Türkiyə çempionu ÇL-nin bir mərhələsindən azad olacaq

Türkiyə çempionu ÇL-nin bir mərhələsindən azad olacaqTürkiyə Super Liqasını qazanacaq komanda 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindən azad olacaq.

"Report"un məlumatına görə, buna səbəb "İnter"in İtaliya A seriyasında ilk "dördlüy"ü təmin etməsi olub.

XXXVII turda "Atalanta" üzərində 3:2 hesablı qələbə qazanan "neradzurra" növbəti mövsüm ən nüfuzlu klub turnirinin qrupunda iştirak hüququna yiyələnib. Artıq Çempionlar Liqasının hər iki finalçısı (digəri İngiltərə klubu "Mançester Siti") öz çempionatından ÇL-ə vəsiqə əldə etdiyi üçün Türkiyə çempionu turnirin II təsnifat mərhələsindən yarışa qoşulmaq imkanı qazanıb.

Qeyd edək ki, Super Liqada sona üç tur qalmış "Qalatasaray" 79 xalla turnir cədvəlinə başçılıq edir. İkinci sıradakı "Fənərbağça"nın aktivində 74 xal var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 921   Tarix: 28 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14.04.2024 330
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21.04.2024 264
.

"Qurban Qurbanov instaqram nədir, onu da bilmir"

"Qurban Qurbanovun göstərdiyi nəticələr elə nəticələrdir ki, onu qarşımıza hədəf kimi qoymuruq. İstər Türkiyə, istər Rusiya, Niderland, istərsə də, Belçika məşqçiləri olsun, onlar bu uğuru təkrarlaya bilməzlər". "Qafqazinfo" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşa

04.04.2024 626
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 411
.

"Transfermarkt" 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların adını açıqlayıb

Nüfuzlu "Transfermarkt" internet portalı 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların reytinqini dərc edib. Bu siyahıya "Bavariya"nın ingilis hücumçusu Harri Keyn başçılıq edir. "Transfermarkt"a görə 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçular:. 1. Harri Key

13.04.2024 353
.

Rövşən Nəcəf: "Neftçi" - "Qarabağ" oyununda heç bir komandaya azarkeşlik etməyəcəyəm"

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf "Neftçi" və "Qarabağ" komandaları arasında bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda heç bir komandaya azarkeşlik etməyəcəyini söyləyib. "Report" xəbər verir ki, funksioner bu barədə mətbuat konfransınd

02.04.2024 398
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12.04.2024 1006
.

Tanınmış futbolçu milli karyerasını başa vurub

Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şarja" klubunun yarımmüdafiəçisi Miralem Pyaniç Bosniya və Herseqovina millisindəki karyerasını başa vurduğunu açıqlayıb. "Report" xəbər verir ki, tanınmış futbolçu bu barədə sosial şəbəkə vasitəsilə məlumat verib. 16 ildir millidə çıxış edən Pyani

20:40 0
.

"Formula 1": Ferstappen Çin Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü pillədə qərarlaşıb. Qeyd edə

20.04.2024 335