"Pəncərədən boylananda arvadım və rəfiqəsi kişi ilə..." - Gənclər şəhərciyində dəhşətli qətl

"Pəncərədən boylananda arvadım və rəfiqəsi kişi ilə..." - Gənclər şəhərciyində dəhşətli qətlAbşeron rayonunda 1987-ci il təvəllüdlü Emin qısqanclıq zəminində keçmiş həyat yoldaşı, 1996-cı il təvəllüdlü Rozanı (adlar şərti verilib - red.) qətlə yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Emin dayısı qızı Roza ilə ailə-məişət zəminində baş verən mütəmadi mübahisələrə görə Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli qərarı əsasında rəsmi nikah pozulduqdan bir il sonra yenə də qeyri-rəsmi ailə münasibətlərini davam etdirib.

Yenidən baş verən mübahisələrə görə 2022-ci ilin fevral ayından müxtəlif mənzillərdə ayrı yaşamalarına baxmayaraq, Emin 30 may 2022-ci ildə saat 21.20-də yüngül alkoqol sərxoşluğunun təsiri altında Roza ilə mobil telefonla danışıb.

Bu vaxt Emin "işdən çıx, evə gəl, anam da gedib, birlikdə yaşayaq" deməsinə Roza "səni istəmirəm, mənim karyeram var, sən get həyatını qur, mənim yaşadığım var" deyə cavab verib.

Emin Rozanın ona xəyanət etməsi qənaətinə gəlib və qısqanclıq zəminində onu öldürmək niyyətinə düşüb. Bu məqsədlə Xırdalan şəhərindəki evindən bıçaq götürüb və Rozanın yaşadığı Gənclər şəhərciyinə gəlib. O, blokda bir müddət gözlədikdən sonra təxminən saat 22.20-də Rozanın azyaşlı oğlu və rəfiqəsi ilə birlikdə gəldiklərini görüb.

Emin özü ilə gətirdiyi bıçağı çıxarıb, heç bir söz demədən Rozaya 13 zərbə endirib. Qadın aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Eminin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2010-cu ildə dayısı qızı Roza ilə Gürcüstanda ailə qurub:

"2013-cü ildə Bakıya köçdük. 9 yaşında və 3 yaşında olmaqla 2 uşağımız var. 2017-ci ildə boşandıq. Bir il ayrı qaldıqdan sonra yenidən barışdıq və birgə yaşadıq. Lakin rəsmi nikah bağlamadıq. Hadisədən 4-5 ay əvvəl Gürcüstana qayıtdıq".

Təqsirləndirilən şəxs qeyd edib ki, 8 dekabr 2021-ci ildə atası rəhmətə gedib: "Gürcüstanda dəfn işlərini həll edəndən sonra anamı da Bakıya gətirdim. Anamı gətirməmişdən əvvəl Roza narazılıq etdi, anası gələrək onu apardı. Mənə "nə vaxt ayrı yaşayacaqsansa, Rozanı gəlib apararsan" dedi. İki ay biz ayrı qaldıq. Valideynləri Rozaya məndən icazəsiz qaldığım binanın 1-ci mərtəbəsində kirayə ev tutdular, ofisdə iş tapdılar".
Ətraflı

Eminin ifadəsinə görə, 2022-ci il mayın 24-dən 25-nə keçən gecə işə gedəndə Rozanın evinin işıqlarının yanılı olduğunu və içəridən səs gəldiyini eşidib: "Qalxaraq pəncərədən boylananda arvadımın rəfiqəsi ilə birlikdə hansısa kişiylə danışdığını gördüm. Aşağı düşdüm və ona zəng vurdum. Əsəbi halda bir-birimizlə telefonla danışdıq. 1-2 gün sonra dayıma zəng etdim. Dayım telefonu açmadı. Daha sonra özü zəng etdi və "eşitdim qızımı öldürmək istəyirsən, Rozanı öldür, sənin də, mənimdə namusum təmizlənsin" dedi".

Eminin sözlərinə görə, hadisə olan gün Roza ona birlikdə yaşadığı şəxs olduğunu, özünə başqa bir həyat qurmaq istədiyini deyib: "Roza ilə danışanda yanımızda Səbinə adlı rəfiqəsi də vardı. Bizim mübahisə etdiyimizi gördükdə Səbinə qaçdı. Rozaya 8 bıçaq zərbəsi vurdum. Hadisə zamanı oğlum orda yox idi, Səbinənin bacısının evində idi, sonradan ora gəldi".

Qətli törədən və qətlə yetirilən şəxslərin azyaşlı övladarı Asifin müəllimi Kəmalə şahid qismində ifadəsində bildirib ki, 2015-ci ildən hal-hazıradək orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir: "Roza ilə münasibətimiz yaxşı olub. Onunla tanışlığım məktəbdə yarandı. Oğlu Asif ibtidai sinif müəlliməsi olduğum 2-ci sinif şagirdi idi. 2020-2021-ci tədris illərindən mənim sinfimdə oxudu.

Zərərçəkmiş şəxs özü və ya oğlu heç vaxt ailə problemlərindən danışmayıb. Buna baxmayaraq onların ailəsində problemlər və maddi sıxıntılar olduğu hiss olunub. Bəzən Asif mənə müraciət edərək ac olduğunu, bufetdə yemək almağa pulu olmadığını deyirdi".

Şahidin sözlərinə görə, 2022-ci ilin fevralında Roza danışıq vaxtı ərindən ayrıldığını, bundan sonra ərindən ayrı yaşayacağını deyib və müvəqqəti öz əşyalarını onun evinə yığmağı, ona işlərini yola vermək üçün bir neçə günlük şərait yaratmağı xahiş edib: "Sonradan o, öz əşyalarını gələrək evimdən götürdü və şəhərcikdə yaşayan digər valideyn Səbinənin evinə apardı.

Bəzən Roza zəng edib və Biləcəri qəsəbəsində yaşayan valideynlərinin yanına getdiyini, Asifi gətirə bilməyəcəyini deyib. Danışıq vaxtı oğlunu Biləcəri qəsəbəsində orta məktəblərini birinə keçirməyi tövsiyə etsəm də, Roza Asifi mənə və məktəbə bağlı olduğunu dedi. Habelə onların maddi vəziyyətinə görə Asifi təmənnasız dərsdən əlavə hazırlayaraq dərs keçmişəm".

Kəmalənin ifadəsinə görə, Roza əri ilə 2022-ci ilin fevral ayında ayrıldıqdan sonra çox pis vəziyyətdə olub: "Bir dəfə ağlayaraq maddi imkanı olmadığını, kirayə ev axtardığını dedi, ona maddi köməklik göstərməyimi xahiş etdi. Bu məsələni digər valideynlərlə müzakirə etdim. Onlar da kimin nəyə imkanı çatdısa, kömək etdi. Həmin şəhərcikdə kirayə mənzilin birinci ayının pullarını yığaraq dəstək göstərdik.

Bundan sonra Roza uşaqları ilə həmin şəhərcikdə ayrı yaşamağa başladı. Özünə iş də axtarıb, xadiməliklə, sakinlərin evlərini təmizləməklə əziyyətlə, güclə pul qazanıb. Ümumiyyətlə Roza çox mərd, uşaqlarını sevən, güclü, xasiyyətcə aktiv, ünsiyyətli, mədəni insan olub. Bildiyim qədər namaz da qılırdı".

Kəmalə qeyd edib ki, 30 may 2022-ci ildə saat 23 radələrində bir nəfər ona zəng edib və Eminin həmin gün "Abşeron Gənclər Şəhərciyi" yaşayış kompleksinin ərazisində Rozanı qətlə yetirdiyini deyib: "Roza əri mənimlə söhbətlərdə Eminin onu qaytarmağa çalışdığını, lakin özünün razı olmadığını, ərindən başqa qayınanası və baldızı ilə da mübahisə etdiklərini deyirdi".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Emin 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 908   Tarix: 27 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 253
.

ABŞ Rusiyaya sanksiyaya 31 Çin şirkətini daxil edib

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib. xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib. ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiy

02.05.2024 213
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 215
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

02.05.2024 155
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

02.05.2024 208
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

02.05.2024 1060
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 431
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

02.05.2024 1041
.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

02.05.2024 158