"Fərdaya dedim ki, mən də sənin yanında olmaq istəyirəm, təklifi ona mən etdim..."

"Fərdaya dedim ki, mən də sənin yanında olmaq istəyirəm, təklifi ona mən etdim...""Uzun fasilədən sonra yenidən "Zarafatyana" ilə səhnəyə qayıtdım. Sözün düzü, səhnə üçün çox acımışdım. Mən efirdə "Zarafatyana" nı gördüm və Fərdaya yazdım ki, mən də sənin yanında olmaq istəyirəm. Təklif məndən gəldi. Sağ olsun, Fərda da dəvət etdi. Fərda Xudaverdiyevlə işləmək mənə çox xoşdur. Müxtəlif filmlərdə onunla birgə çəkilsəm də, bu bir estrada teatrıdır və tamaşaçılara çox maraqlıdır. Hələ də öyrənirəm, öyrənmək mənə çox xoşdur. İllərdir mənimlə bağlı, bir aktrisa olaraq oturuşmuş sterotiplər var. Mən istəyirəm ki, bu şablonları qırım. Hətta, o gənclərdən də nəsə öyrənirəm. Maraqlı bir komanda ilə birlikdə çalışıram. Bu gün müxtəlif telekanallarda kifayət qədər komediya şouları var. Əslində bunun olmağı çox yaxşıdır, çünki bu rəqabətdir. Biz də yeniyik, təzə başlamışıq, az bir müddətə böyük hay-küy salacağıq. İnşallah ki, az bir müddətə çox böyük auditoriya toplaya biləcəyik. Bizə sizə 3-4 ay sonra baxarsınız. Sevindirici bir məqam da odur ki, bu təqdimatımız Gənc Tamaşaçılar Teatrında olur. Çünki illər əvvəl mən də, aktrisa həmkarım Firuzə Balayeva da bu teatrın səhnəsində çalışmışıq. Yenidən doğma teatrımda bu səhnəcikləri təqdim etmək o qədər xoşdur ki. İnşallah, sabah 27 may, 20:30-da Space telekanalında "Zarafatyana" nı mütləq izləyin".

BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında aktrisa-aparıcı Könül Yusifqızı deyib.

"Əslində tamaşaçının zövqünü oxşamaq çox çətindir. Çünki sosial platformalar var ki, müxtəlif filmlərdə, verilişlərdə baş verən hadisələr yumora çevrilir. Bu barədə blogerlər, sənətçilər satirik videolar çəkib paylaşırlar. General olmaq istəməyən əsgər deyil ki. Biz də general olmaq iddiasındayıq. Fərdanın burada əziyyəti danılmazdır. Əsas odur ki, ailə-uşaqla oturub baxılası səhnəciklər nümayiş etdiririk. Gündəmi tutmaq, tamaşaçının zövqünü oxşamaq çox çətindir. Nəinki bizlər, hətta televiziyalar belə sosial platformalarla ayaqlaşmağa məcburdurlar. O dövrdə yalnız bir televiziya olub. Ona görə də daha rahat idi, aktyorlar tamaşaçıya daha əlçatmaz idilər. O zaman üçün daha maraqlı idi. Dünyəvi aktyor olan Çarli Çaplin ayağının altına vanna qoyub yıxılırdı, buna camaat gülürdü. Biz onu qınamamışıq ki, niyə belə etmisən?! Əlbəttə ki, xeyr! Amma bu gün düşünən tamaşaçını güldürmək əslində çətin olub. Ümmumiyyətlə komediya janrı çətindir. Bu günki dövrümüzün də komediya aktyorları var ki, sevilirlər, bəyənilirlər. Kim ki, deyir əvəzolunmayan insan yoxdur, bu çox yalnış fikirdir. İnsanlar var ki, onlar əvəz olunmazdırlar. Çünki o insanlar seçilmişlərdir. Nəsibə Zeynalova, Əliağa Ağayev, Siyavuş Aslan, və s. sənətkarlarımız seçilmişlər idi, onlar əvəzolunmazdırlar. Zənnimcə səhnədə olan hər bir kəs əvəzolunmazdır. Nəsibə xanımın dublyoru ola bilərlər, amma Nəsibə xanım ola bilməzlər. Həmçinin digər aktyorlar, elə içi mən qarışıq. Hamı Könül ola bilməz, dublyorum ola bilər. Ona görə də seçilmişlər əvəzolunmazdırlar. Mən özümü o korifey sənətkarlara tay tutmuram. Onlar o zaman mənim yaşımda artıq korifey idilər. Biz çox pis dövrə gəlib çatdıq. Mənim yaş dövrümün insanları durğunluğa düşdü. Vaxtında ifa edə biləcəyimiz rolları təqdim edə bilmədik. Bu gün başqa bir şey təqdim etmək olmur. Hər yaşın özünə uyğun obrazları var ki, mən vaxtilə onları oynaya bilmədim. Yaş ötüb keçdi. Çünki kinostudiyamız o vaxt bağlandı, indi də yenidən qurulmağa başlayır, ortalıqda heç nə yoxdur. Hələ də aktyorların məvacibi qəpik-quruşdur. Hələ də biz xaricdən gələn aktyorları başımızın üstünə tuturuq, özümüzünkülərə dəyər verə bilmirik. Bu əslində çox acınacaqlıdır. O dövrün korifeylərini korifey edən cəmiyyət idi. Bizim dövrün aktyorları ehtiyac ucabtından toylara, xınalara getməyə məcburiyyətində qalır və bununla da əlçatan olurlar. Ümid edirəm ki, gələcəkdə aktyorlarımıza gözəl şərait yaradılacaq və cəmiyyət də öz aktyorlarımızı sevəcək. Aktyor ehtiyac içərisində yaşamamalıdır. Onun soyuducusu da, cibi də dolu olmalıdır ki, o maddi ehtiyaclarla yox, ürəyi ilə məşğul olsun ki, gözəl rollar yarada bilsin" deyə sənətçi bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1302   Tarix: 27 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xidmətçisi Fatimənin evindən oğurluq edib

Rəqqasə Fatimə Fətəliyevanın evindən oğurluq edilib. Axşam.az xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində qonaq olarkən deyib. Fatimə 4 il evində çalışan qadının ondan oğurluq etdiyini açıqlayıb:. "Anam yaşlı qadındır, iş görə bilməz, mənimlə birlikdə yaşayır. Mən də hər gü

02.05.2024 709
.

Bəhram "kənd-şəhər" söhbəti etdi, tənqid olundu

Əməkdar artist Bəhram Bağırzadə yenidən paylaşımı ilə gündəmə gəlib. OLAY yazır ki, sənətçi Heydər Əliyev Sarayının qarşısında yaranan növbənin videosunu çəkərək instaqramda izləyiciləri ilə bölüşüb. Aktyorun paylaşıma "şəhər mədəniyyəti" yazması, izləyicilərin hiddətinə səbəb olub. "Almaniyad

01.05.2024 908
.

"Nisə Qasımovaya halallıq vermirəm" - Ceyran Haşımova

"Xalq artisti adını daşıyan bir müğənni var ki, efirə çıxıb hər şeydən danışır, amma üzvü olduğu "Lalə" qızlar ansamblının adın çəkmir. Halbuki o, ilk addımlarını bu ansamblda atıb. Nankorluqlarını qəbul edirəm, halallıq vermirəm". Axşam.az xəbər verir ki, bunu Xalq artisti Ceyra

29.04.2024 1081
.

İki həftəyə 4 kiloqram arıqladı

"İki həftədir pəhrizdəyəm, 4 kiloqram çəki atmışam. Ciddi pəhrizdiz, çalışıram ki öz çəkimə qayıdım. Pilatesə gedirəm, yürüyüş edirəm. Səhnə bunu tələb edir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "İncə səhər" verilişində deyib. Sənətçi qida rasionundan da danışıb:

01.05.2024 1488
.

Məşhur Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib. Qeyd edək ki, Xalq artisti qızı Nigar Teymurovanı

01.05.2024 1439
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 744
.

"Titanik"in aktyoru vəfat etdi

Dünyaca məşhur şotlandiyalı aktyor və yazıçı Brayan Makkardi vəfat edib. Axşam.az xəbər verir ki. aktyor 59 yaşında evində qəfil dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Makkardi karyerasına 1980-ci illərin sonlarında başlayıb. O, "Damaged", "Time", "Lin

01.05.2024 350
.

Britni Spirs atomobilinin şüşəsini sındırdı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məhkəmənin qərarına əsəbiləşərək atomobilinin şüşəsini sındırıb. Axşam.az xəbər verir ki, məhkəmə ifaçının atası Ceymi Spirsin 2 milyon dollarlıq borclarını ödəməsi barədə hökm çıxarıb. Qərara əsəbiləşən Britni dabanı ilə maşının ön şüşəsini sındırı

28.04.2024 412
.

Kərimin biznesi batdı

Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəbərin var?" verilişində qonaq olarkən danışıb. O, müəyyən problemlərlə üzləşdiyini bildirib:. "Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. He

01.05.2024 1024