Erməni yalanları növbəti dəfə ifşa edildi

Erməni yalanları növbəti dəfə ifşa edildiMay ayının 25-də Ermənistan baş naziri Nikol Paşinyanın Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında verdiyi açıqlamalar növbəti dəfə göstərdi ki, Ermənistan rəhbərliyi siyasi cığallığından əl çəkmək niyyətində deyil. Ötən dövr ərzində N. Paşinyan bir-birini təkzib edən, biri digərini şübhə altına qoyan o qədər ziddiyyətli bəyanatlara müəlliflik edib ki, onun hansısa mövqeyinə sadiq qalacağına cəmiyyətimizdə çox az adam inanır. Paşinyanın ziddiyyətli bəyanatlarının və mövqe dəyişkənliyinin arxasında nə qədər uğursuz olsa da, açıq-aşkar görünən manevr cəhdləri və vaxt udmaq istəyi dayanır. Nəticədə isə özü haqqına qeyri-ciddi opponent və ya sözünə yiyəlik edə bilməyən etibarsız  siyasi ünvan sahibi imicinin formalaşmasına əsas verir. Budəfəki Moskva görüşü də istisna olmadı.
Bu görüşdən üç gün əvvəl N.Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisini tanıyır. Moskva görüşündə isə o, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan bəyanatla çıxış edərək "Laçın" sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə kəskin şəkildə etiraz etdi. Bu, təkcə siyasi cığallıq və ya manevr naminə edilən uğursuz manipulyasiya cəhdi deyil. Bu, dəfələrlə üzləşdiyimiz erməni riyakarlığının rəsmi səviyyədə təzahürünün növbəti biabırçı nümunəsidir. Prezident İlham Əliyev Ermənistanın hökumət başçısına elə yerindəcə haqq etdiyi cavabı verərək, onu həsəd aparılmayacaq bir vəziyyətə saldı: "Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub... Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir".
Görüş zamanı çıxışında Paşinyan Prezident İlham Əliyevin "Zəngəzur dəhlizi" ifadəsindən istifadə etməsini Ermənistana qarşı ərazi tələbi kimi dəyərləndirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin cavabı isə belə oldu: "Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır... "Dəhliz" sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər".
Ermənistanın hökumət başçısının ən çox istinad etdiyi sənəd 2020-ci il 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanat idi. N.Paşinyan həmin sənədi yada salaraq bildirdi ki, Bəyanatda "dəhliz" sözü yalnız Laçın yolu ilə bağlı işlədilir və onun fikrinə görə, "Zəngəzur dəhlizi" ifadəsinin işlədilməsi elə bu səbəbdən yolverilməzdir. Amma Paşinyan yenə  də riyakarlıq edərək unutdu ki, həmin sənəddə Azərbaycan ərazisinin əsas hissəsinin Naxçıvanla quru yolla birləşdirilməsini nəzərdə tutan müddəa təsbit olunub. Paşinyanın özünün də imza atdığı həmin sənədin 9-cu bəndində təsbit edilib ki, bu yolda nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd qurumu həyata keçirəcək.
Prezident İlham Əliyevin bu cavabı isə N.Paşinyana əsl diplomatiya dərsi oldu: "Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, "Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb". Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir". 
Azərbaycan Prezidentinin bu açıqlaması Ermənistan hökumət başçısına diplomatiya dərsi olmaqla yanaşı, həm də qalib dövlət başçısının tarixi ədalətə və beynəlxalq hüquqa söykənən qətiyyətli mövqeyinin nümayişi, siyasi iradəsinin diqtəsi demək idi.
Prezident İlham Əliyev geosiyasi proseslərin mürəkkəbliyinə, müxtəlif təsir və təzyiq cəhdlərinə baxmayaraq, milli maraqlarımızın qorunması naminə bədxahlarımızın və hətta erməni cəmiyyətinin də həsəd apardığı səviyyədə siyasi iradə və ləyaqət nümayiş etdirir.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 470   Tarix: 26 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381