Azərbaycanda 7,5 bal gücündə zəlzələ ola bilər? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda 7,5 bal gücündə zəlzələ ola bilər? - RƏSMİ AÇIQLAMAAzərbaycan da digər qonşu ölkələr kimi seysmoaktiv bölgədə yerləşir. Seysmoaktiv bölgələr üçün isə vaxtaşırı vaxtı, yeri, gücü heç kim tərəfindən əvvəlcədən proqnozlaşdıra bilməyən zəlzələlərin olması xarakterikdir və həmişə də olmaq ehtimalı var.

Bunu AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, türkiyəli alim Cəlal Şəngörün Azərbaycanda 7,5 bal gücündə zəlzələ olacağına dair açıqlama verdiyi bildirilsə də, alimin verdiyi bu açıqlamanı Azərbaycanla bağlı hansı araşdırmalar apardıqdan sonra verdiyi onlara bəlli deyil:

"Zəlzələ ocaqları yerin dərin qatlarında yerləşdiyinə görə onu proqnozlaşdırmaq mümkün deyil. Hələ ki seysmologiya elmi bu suala cavab tapmayıb və bu bütün dünyada belədir. İnsanlar tərəfindən hiss olunmayan, gücü az olan zəlzələlər hər gün var və onlar heç gəlib Yer səthinə belə çatmırlar. Maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər barədə ictimaiyyət davamlı məlumatlandırılır".

O, zəlzələni öncədən dəqiq proqnozlaşdırmağın mümkün olmadığını deyib.

"Dəfələrlə demişik, yenə də təkrar edirik. Zəlzələnin dəqiq proqnozu yoxdur və kimsə seysmik bölgədə yerləşən ərazilərdə zəlzələ olacağını deyirsə, burda hansısa qeyri-adi nəsə ortaya qoymur. Çünki burada əsas sual dəqiq proqnozdur və onu da qeyd etdiyim kimi heç bir alim, heç bir mütəxəssis verə bilmir. Bu ilin fevral ayında qardaş ölkədə baş verən zəlzələ zamanı da bir çox "ekspertlər" Azərbaycanla bağlı heç bir əsası olmayan fikirlər ortaya atıb insanları narahat edir, təşviş yaratmağa çalışırdılar. Biz o zaman da bununla bağlı kifayət qədər açıqlamalar verdik ki, insanlarımız narahat olmasınlar. Çünki zəlzələ insanlarda təkcə qorxu yaratmır. Həm də psixoloji olaraq narahatçılıqlar yaradır. Azərbaycanda zəlzələlərin öyrənilməsi ilə məşğul olan təşkilat var və 24 saat ərzində respublika ərazisi seysmik monitorinq altındadır. Odur ki, hansısa elmi sübutlara əsaslanmayan, ictimaiyyətin diqqətini özünə cəlb etmək üçün ortaya atılan fikirləri yayıb insanlarımızı boş yerə narahat etməyin, lütfən", - deyə o qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 921   Tarix: 23 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Slovakiyanın baş nazirinin güllələnmə anı - YENİLƏNİB + ANBAAN VİDEO

Slovakiyanın Baş naziri Robert Fitsonun güllələnmə anının videosu yayılıb. Kadrlarda 71 yaşlı müxalif yazıçı Yuray Sintula hökumətin iclasından sonra tərəfdarları ilə əl sıxmaq üçün çölə çıxan Fitsoya bir neçə dəfə atəş açdığı görünür. Qeyd edək ki, hazırda baş nazirin vəziyyəti ağır olaraq qiymətləndirilir

20:35 73
.

Zəngəzur eşqiylə döyünən qəlblər...

Böyük Qələbə ilə nəticələnən Vətən müharibəmiz 30 ilə yaxındır düşmən işğalında olan Qarabağımızı özünün əsl sahiblərinə geri qaytarmaqla yanaşı, bütövlükdə, Azərbaycan xalqının qəlbində təptəzə ümid, yepyeni inam cücərtdi. Bu ümidlə dörd ildir ki, xalqımız gələcəyi daha parlaq, daha işıqlı, daha aydı

17:52 203
.

"Bir qadın"ın ulduzu tanınmaz halda - FOTO

"Bir qadın" serialının baş qəhrəmanlarından birini canlandıran aktrisa Rada Nəsibova fərqli tərzdə fotolarını paylaşıb. olay-a istinadən bildirir ki, Akademik Milli Dram Teatrında fəaliyyət göstərən sənətçi görünüşündə dəyişiklik etmək üçün süni intellektə üz tutub. O, afro tərzdə olan fotoların

15:41 590
.

Bakıda 21 yaşlı qız itkin düşüb

Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən, 2003-cü il təvəllüdlü Əfsanə Comərd qızı Əzimova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun əlamətləri: boyu 165 sm

12:09 317
.

Türkanın işçilərinə JESTİ: kotlet-çörək... - VİDEO

Müğənni Türkan Vəlizadə etdiyi hərəkətlə diqqət çəkib. xəbər verir ki, sənətçinin işçilərinə jesti marağa səbəb olub. Onları düşünən Vəlizadə kotlet-çörək hazırladaraq komandasının qarnını doyuzdurub. Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb

20:00 166
.

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ olub. BİG.az xəbər verir ki, zəlzələ 4.5 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilir ki, İzmir şəhərində baş verən zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib

16:26 188
.

Bakıda qadını avtobusda izləyib əxlaqsız hərəkətlər etdi - ANBAAN VİDEO

Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində kişi qadını avtobusda izləyib və ona qarşı əxlaqsız hərəkətlər edib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərl

21:00 0
.

İsrail 13 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 13 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail əsgərləri Qüdsün şimal-şərqindəki Hebron şəhəri və Anata qəsəbəsinə hücum ediblər. Əsgərlər Şəfat qaçqın düşərgəsinə də basqı

20:30 57
.

BMT-nin əməkdaşı Qəzzada ölüb

BMT-nin əməkdaşı Qəzzada ölüb. BİG.AZ xəbər verir ki, bu haqda Fərhan Haq məlumat verib. Məlumata əsasən, həmin əməkdaşı avtomobil vurub, nəticədə ölüb. Hadisə ilə bağlı ölən şəxsin ailəsinə başsağlığı verilib

12:10 97