Şou Biznes

[img=default]uploads/1207983062_manana.jpg[/img]

Manana hələ ana olmağa tələsmir

Ailə həyatı qurandan sonra səhnəyə və telekanallara çıxışını bir qədər məhdudlaşdıran Manana fəaliyyətini bir qədər səngidib. Həyat yoldaşının onunla birlikdə kamera önünə keçməyə maraq göstərmədiyini "Ayna"ya danışan Manana Georginin istəyinə həmişə sayğı duyduğunu söyləyərək onu buna məcbur etmədiyini vurğuladı. Lakin müğənni hesab etmir ki, ailə həyatı qurmağı onu zaman-zaman səhnədən uzaqlaşdıracaq. Klip çəkilişlərinə hazırlaşan müğənni "Qəlbimin nəğməsi"ni ekranlara gətirməyi düşünür. Sözləri Sərvər Şahbəyliyə, musiqisi Alxanlıya məxsus olan bəstə Fuad Əlişovun rejissorluğu ilə ekranlaşdırılacaq. Klipin yazın əhval-ruhiyyəsinə uyğun olacağını söyləyən müğənni, eyni zamanda, bildirdi ki, ekran işinin maraqlı süjeti olacaq.
Söhbətini şəxsi həyatı üzərində davam etdirən Manana bəzi məqamlara da aydınlıq gətirdi. Qeyd edək ki, 3 aylıq ailə həyatı dönəmində müğənni bu məsələyə toxunmayıb. Ana olmağı ülvi hiss hesab edən Manana övladın vacibliyini diqqətə çatdırsa da, bunu tezliklə həyata keçirməyi düşünmür. Müğənni bu qənaətdədir ki, övlad dünyaya gətirmək sıradan bir iş deyil. Ona görə də qadın özünü buna tam hazır görməlidir. Bu haqda tezliklə düşünmədiyinin səbəbini isə o belə izah etdi: "Bunun üçün kifayət qədər vaxtım var. Hələlik yaradıcılıqla məşğul olmağı düşünürəm. Zamanı gəldikdə ana olmaq barədə də qərara gələcəyəm

[img=default]uploads/1207983073_izzet_bagirov_020607.jpg[/img]

Müğənninin fikrincə, bəzi telekanallar və radio dalğaları onun yaradıcılığına maraq göstərmirlər

Vaxtilə siması ekranların yaraşığına çevrilən müğənni İzzət Bağırov indi bunun xiffətini çəkir. Müğənninin etirafına görə, bir neçə kanalda, eyni zamanda, radio dalğalarında onun musiqi nömrələrinə az rast gəlmək olur. Elə radio dalğaları var ki, müğənninin ifasını aylarla səsləndirmir. Bu qənaətdə olan İzzət Bağırov məhdudiyyətin səbəbini anlaya bilmədiyini söylədi: "ATV telekanalı və onun iki radiosundan başqa, digər kanallar mənim yaradıcılığıma soyuq yanaşırlar. Hətta vətənpərvər mahnılarım belə xüsusi günlərdə səsləndirilmir".
Bəzi verilişlərin "pullu xidmət"ə keçdiyini müğənninin diqqətinə çatdıranda müğənni sənətinin pulla ölçülmədiyini qətiyyətlə söylədi:
"Düşünmürəm ki, gənc yaşlarından sənətdə olan, "7-17"nin unudulmaz iştirakçılarından olan bir sənət adamından maddiyyat tələb edilsin. Əgər belə niyyəti olan varsa, bunu ağlından tamamilə silsin. Çünki kifayət qədər sənət təcrübəsi olan bir insanın tamaşaçının qarşısına pul gücünə çıxmasını qəbul edə bilmirəm".
Buna baxmayaraq, qapı döymək niyyətində olmayan İzzət Bağırov mahnılarının onsuz da sevildiyini qeyd etdi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9535   Tarix: 13 aprel 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Aldatmak" final edir

Türkiyənin "ATV" kanalında yayımlanan "Aldatmak" serialının final tarixi bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 71-ci bölümü ilə izləyicilərinə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Vahide Perçin, Ercan Kesal, Mustafa Uğurlu, Cem Bender kimi məşhur simalar canlandırı

26.04.2024 441
.

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Xəzər Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş 1970-ci il təvəllüdlü Radifə Əliyevaya hökm oxunub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Masallı sakini Sabit Ağayev bildirib ki, qohumu Radifə Əliyeva "Space" TV-də Amil Xəlilin aparıcılıq etdiyi verilişd

22.04.2024 1096
.

"Jolly Joker"in ilk qlobal məkanı "Jolly Joker Bakı"da Yıldız Tilbe izdihamı

Bakının mərkəzində 3.00 nəfərlik zala sahib "Jolly Joker Bakı" Azərbaycanda Yıldız Tilbe konserti ilə qapılarını sevənlərinə açdı. "Jolly Joker"in əvəzedilməz simalarından ən öndə gələn və hər konsertdə biletləri günlər öncə tükənən Yıldız Tilbe Azərbaycanda da eyni maraqla qarşılandı

24.04.2024 335
.

Hadise yeni rekorda imza atıb

Müğənni Hadise yeni rekorda imza atıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Üç böyük brendlə 1 illik müqavilə imzalayan Hadise 300 milyon lire qazanıb. Sentyabr sonuna qədər isə 95 konsert verməyə razılaşıb

22.04.2024 960
.

Qonca Vuslateri ana oldu

Türkiyəli aktrisa Qonca Vuslateri ana olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın qızı dünyaya gəlib. O, övladına Asya adını verib. Qeyd edək ki, Qonca martda Levent adlı şəxslə ailə qurub

26.04.2024 194
.

"Onun ölümünə sevinmək nədir?"

Şair Nazilə Səfərli ötən gün 70 yaşında vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum sənətçi haqda pis rəy yazanlara iradını bildirib:. "Deyirəm, gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşi

21.04.2024 988
.

Xalq artisti səhnəyə elə geyimdə çıxdı ki, izləyənlər "BU QƏDƏR DƏ OLMAZ" DEDİ -VİDEO

Xalq artisti Röya Ayxan geyimi ilə diqqət çəkib. İllər sonra "Sənə görə" mahnısını ifa edən müğənni dekolteli libası ilə gündəm olub

21.04.2024 3805
.

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:. "Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimi

25.04.2024 1164
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1984