Ermənistanın dövlət borcunun artım səbəbləri açıqlanıb

Ermənistanın dövlət borcunun artım səbəbləri açıqlanıbErmənistanın dövlət borcunun artım səbəbləri mükafatlar və dəbdəbəli səyahətlərdir.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın Dövlət İqtisadiyyat Universitetinin İqtisadiyyat nəzəriyyəsi kafedrasının dosenti Atom Markaryan yerli mətbuata ölkənin dövlət borcunun son illər artım tendensiyasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, mövcud hökumət üçün dövlət borcu "asan" puldur, qaytarılmasına görə məsuliyyətin böyük hissəsi növbəti hakimiyyət orqanlarının üzərinə düşür.

"Bu gün hakimiyyətdəyəm və onu verməyə hazır olan hər kəsdən istənilən faizlə borc götürürəm. Sabah isə onu rəqiblərimə ödəyəcəm (təbii ki, onlar hakimiyyətə gəlsələr), başları ağrıyacaq. Və borcun əsas yükünün cəmiyyətin çiynində olması isə indiki hökumətin vecinə deyil", - Markaryan deyib.

Bundan əlavə, mütəxəssis dövlət borcunun nəinki artdığına, həm də strukturunun keyfiyyətcə pisə doğru dəyişdiyinə diqqət çəkib. Onun sözlərinə görə, əgər əvvəllər daxili və xarici borcun nisbəti 20/80 idisə, bu gün daxili borcun dövlət borcunda xüsusi çəkisi iki dəfə artaraq, demək olar, 40/60 nisbətinə çatıb.

"Bu, biabırçılıqdır. Dövlət öz problemlərini həll etmək üçün daxili bazardan pul çıxarır. Məhz nə? Bunlar məlumdur: ilk növbədə mükafatlar, dəbdəbəli səyahətlər, möhtəşəm qəbullar və şişirdilmiş dövlət aparatı. Dövlət borcunun artmasına səbəb olan bu kreditlər ultramüasir silah və texnologiyalara, sərhədlərin müasir texnika ilə təchiz edilməsinə və digər oxşar xarakterli problemlərin həllinə xərclənsəydi, bunu başa düşmək olarım. Amma biz bunu görmürük", - o qeyd edib.

İqtisadçı eyni zamanda bildirib ki, borc məsələsi təkcə dövlətin problemi deyil. Ermənistanda cəmiyyət də borc içində "batmaqdadır". Bunun bariz sübutu ipoteka bazarının hazırkı vəziyyətidir.

Ermənistanda pul baha olduğundan banklar xaricdən pul cəlb edir və belə çıxır ki, banklar özləri borc içində olmaqla cəmiyyətin ümumi borcunu artırırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 452   Tarix: 21 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

28.04.2024 373
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

28.04.2024 205
.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

28.04.2024 156
.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

28.04.2024 227
.

Toyda FACİƏ: Altı nəfərdən ibarət ailə yanaraq öldü

Hindistanda toyda baş verən yanğında bütöv bir ailənin üzvləri yanaraq ölüblər. Faciə Bihar ştatının Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar yerli sakin Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatdıqda, fişəngindən çıxan atəş qonaqları

28.04.2024 269
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 144
.

Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd

28.04.2024 171
.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğı

28.04.2024 189
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28.04.2024 365