"Kupça"sız evlərdə yaşayanlara ŞAD XƏBƏR

"Kupça"sız evlərdə yaşayanlara ŞAD XƏBƏRAzərbaycanda daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistem yaxın gələcəkdə işə düşəcək. Artıq daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb. Bu məqsədlə mənzillərə bildirişlər göndərilir. Evini sığorta etdirməyən vətəndaşların isə cərimələnəcəyi bildirilir. Yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək.

Bəs çıxarışı olmayan mənzillərin aqibəti necə olacaq və ümumiyyətlə bu sahədə hər hansı işlər görülür?

BiG.AZ xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Azadov referans.az-a açıqlamasında bildirib ki, Həmin evlər qeydiyyatda olmadığına görə, qanunsuz tikili hesab olunur və sığortalanması mümkün deyil:

"Bilidiyimiz kimi hazırda sığortaya cəlb olunan yalnız çıxarışı olan mənzil və əmlaklardır. Əmlakın çıxarışı olmadığı halda təbii ki, bunun mülkiyyətinin kimin üzərində olduğu bilinmir. Bu məsələ də mübahisə predmeti olduğu üçün sığorta şirkətləri bu riskə girmək istəmir, özlərini bu məsələlərdən qoruyurlar. Buna görə də sığorta şirkətləri sadəcə çıxarışla təmin olunmuş əmlakların məsuliyyətini götürmək istəyir".

Ekspertin sözlərinə görə, sığorta mövzusunun ciddi problem yaradacağı üçün artıq qanunsuz tikililərin bir portaldan qeydiyyatdan keçə biləcəyi bir layihə hazırlanır:

"Əslində sığorta məsləsinin qaldırılması çıxarışı, yəni sənədi olmayan evlərə qarşı tədbirlərin artmasına yaxşı təsir etdi. Bu məsələ geniş müzakirə mövzusuna çevriləcəyinə görə, artıq Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin birgə idea layihəsi hazırlanır. Bu, qanunsuz tikililərin bir portaldan qeydiyyatdan keçməsi və qanuna uyğunlaşdırılması ilə bağlı bir prosesdir. Artıq bu barədə tədbirlər görülməyə başlayıb. Layihə reallaşdırıldıqdan sonra 500 mindən çox müxtəlif təyinatlı yaşayış obyektləri və fərdi evlər bu yenilikdən yararlanacaq. Bundan sonra artıq qanunsuz tikililər sənədləşdiriləcək və onların sığortaya cəlb olunmasına başlanılacaq. Birgə proyekt yekunlaşdıqdan sonra bir portal olacaq və bu portal sayəsində bütün əmlakları qeydiyyatdan keçirmək mümkün olacaq. Bu da sığorta sektorunun inkişafına çox ciddi təkan verəcək. Bununla bağlı əslində 2019-cu ildə proses başlamışdı, lakin pandemiya məsələsinin aktuallaşması ilə proses dayandırıldı. Artıq yenidən bu sahədə ciddi tədbirlər görülməyə başlayıb. Portal hazırlandığıdan sonra yerli icra hakimiyyətlərinə bildiriləcək, onlar da sənədi olmayan evdə yaşayanlara məlumat verəcək. Prosesin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 938   Tarix: 20 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr

15:12 103
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

14:07 117
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 558
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 272
.

Özcan Dəniz Bakıya gələcək

Türkiyəli məşhur müğənni Özcan Dəniz Bakıya gələcək. Axşam.az xəbər verir ki, ifaçının səfərinin məqsədi konsert verməkdir. Özcan iyunun 5-də şəhər məkanlarının birindı çıxış edəcək. Qeyd edək ki, Özcan sonuncu dəfə Bakıya 2022-ci ildə gəlib

11:57 232
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

18:50 0
.

"WhatsApp" bəzi istifadəçiləri bloklayacaq

"WhatsApp" tərtibatçıları arzuolunmaz mesajların göndərilməsindən sui-istifadə edən hesablar üçün məhdudiyyətlər sistemi tətbiq etməyi planlaşdırır. -a istinadən bildirir ki, yenilik "WhatsApp"ın "Android" üçün 2.24.10.5 nömrəli beta versiyasında yoxlanılıb. O, istifadəçiləri

12:19 369
.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal

10:31 559
.

Ermənistan və Malta xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqla telefon danışığı aparıb. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, həmsöhbətlər ATƏT-in fəaliyyəti və Maltanın təşkilat çərçivəsində sədrliyi ilə bağl

12:39 136