"Mövsümi xəstəlikdir, təhlükəli hesab olunmur" - İnfeksionistdən AÇIQLAMA

"Mövsümi xəstəlikdir, təhlükəli hesab olunmur" - İnfeksionistdən AÇIQLAMA"Koronavirusla bağlı pandemiya dövrü bitib, lakin xəstəlik hələ davam edir".

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, COVID-19 hələ də var, sadəcə olaraq fövqəladə vəziyyət dövrü ortadan qaldırılıb:

"Necə ki, qrip xəstəliyi var, COVID-19 də var. Bir vaxtlar qrip xəstəliyi də pandemiya şəklində ortaya çıxmışdı. Lakin indi sadəcə xəstəlik kimi qalıb. Koronavirusa qarşı vaksinasiya prosesinin davam etdirilib-etdirilməməsi qərarını da hər bir ölkə müstəqil olaraq verməlidir".

Son vaxtlar insanlar arasında qrip xəstəliyinə yoluxma halları artıb. İnsanlar bu xəstəliyi çox ağır şəkildə keçirirlər. Qripə yoluxanlar əzələ, kürək ağrılarından əziyyət çəkir, nəfəsalma ilə bağlı problem yaşadıqlarını bildirirlər. Bəziləri hətta bu qripin koronavirus olmasını da iddia edirlər.

Bəs görəsən, bu xəstəlik həqiqətənmi koronavirusdur? Qrip insanların səhhəti üçün təhlükəli hesab oluna bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Mərdan Əliyev yayılan qripin koronovirus olmadığını söyləyib:

"Bu, koronavirus deyil. Yaz ayına xas olan xəstəlikdir. Zökəm əlamətləri ilə davam edir. Kəskin respirator xəstəlikdir. Sadəcə olaraq zökəm əlamətləri, burun axması, boğaz ağrısı, səsin tutulması kimi hallar müşahidə edilir.

Koronavirus deyil. Koronavirusda ayrı əlamətlər olur. Zökəm əlamətləri olmur. Halsızlıq, əzələ ağrıları və qızdırma müşahidə edilir. Əzələ ağrısından da qorxmağa ehtiyac yoxdur. Əzələ ağrısı təkcə koronavirusda deyil, digər virus infeksiyalarında da olur. Bu da daha çox orqanizmdə immun sistemlə bağlı olan bir məsələdir"

İnfeksionist xəstəliyin kəskin davam etdiyini vurğulayıb:

"Xəstəlik qısa müddət ərzində davam edir. Kəskin olur, lakin tez sağalma müşahidə olunur. İki gün ərzində sağalma müşahidə edilir. Uşaqlara nisbətən böyüklər xəstəliyə qarşı həssasdırlar. İki gün ərzində şəxs tam sağalmasa da, artıq özün yaxşı hiss edir. Fərdə görə də dəyişir. Orqanizmdən asılıdır. Tam sağalma bir həftəyə çəkir".

Düzdür, koronavirusun "Omikron" ştammında da xəstəlik boğazda qıcıqlanma, yanma ilə başlayırdı. Qrip birdən-birə olur. Lakin koronavirusun ştammlarında belə bir neçə gün boğazın qıcıqlanması olur. Həmin şəxs hiss edir ki, xəstələnəcək. Qızdırma və halsızlıq ön planda olur. Burun axması olmur. Şəxsin kənardan xəstə olması hiss olunmur. Bu xəstəlikdə elə olmur. İndiki xəstəlik yaz mövsümü ilə əlaqədardır. Bir müddət sonra olmayacaq. Təhlükəli hesab olunmur. Mövsümi xəstəlikdir".
M.Əliyev koronavirusla bağlı son vəziyyəti açıqlayıb:

"Ümumdünya Səhiyyə Təşkilatının məlumat verdiyi kimi, artıq pandemik vəziyyət yox olur, qlobal problemdən çıxır. Endemik vəziyyətə çevrilir. Hər bir ölkənin müəyyən yoluxma sayı var. Və sabitdir. Bəzi ölkələrdə hələ də qalmaqdadır. Xəstəlik həmişə bizimlə olacaq".

Həkim əlavə edib ki, payız və qış mövsümündə koronavirusa yoluxanların sayında artım müşahidə olunacaq:

"Payız və qış mövsümündə artımlar olacaq. Yayda olmayacaq. Hazırda Azərbaycanda vəziyyət yaxşıdır. Kollektiv immunitet formalaşıb. Yoluxanlar da yüngül keçirirlər. Lakin virusdan ölənlər də var. Risk qrupuna daxil olanlar ölüm təhlükəsi ilə rastlaşırlar. Risk qrupunda olanlar vaxtında peyvənd olunmalıdırlar".

Terapevt Abbas Bağırov isə qeyd edib ki, hazırda insanların kütləvi şəkildə yoluxduğu virus mövsümidir:

"Qrip koronavirus hesab olunmur. Mövsümidir. Strukturu tamam başqa cürdür. Təhlükəli məqam yoxdur. Qorxmağa ehtiyac yoxdur. İmmun sistemi zəif olanlar bu virusa yoluxur".

A.Bağırov xəstəliyin geniş yayılmasını Atmosferin çirklənməsi ilə əlaqələndirib:

"Havanın çirklənməsi səbəbindən hava yolu ilə infeksiyalar yayılır. İmmun sistemdə kütləvi şəkildə zəifləyir, virusa tab gətirə bilmir. Xəstəliklərə həssaslıq da artır"

Terapevt koronovirusun artıq sıradan çıxdığını əlavə edib:

"Koronavirusun artıq öldürücülüyü minimal dərəcədədir. Virusun əlamətləri tədricən zəifləyir. Yüngül ağrılar olur. İnsanlar rahat keçirirlər. Buna görə də səhiyyə sistemi həyəcan təbili çalmır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1006   Tarix: 14 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113