"Heç kişi meyxana deyənlər onunla bacarmır, nəinki qadınlar" - Fərəh hansı məşhurun qızıdır?

"Heç kişi meyxana deyənlər onunla bacarmır, nəinki qadınlar" - Fərəh hansı məşhurun qızıdır?BiG.AZ xəbər verir ki, tanınmış müğənni Samirə Yusifqızının müğənni qızı Fərəh moderator.az-ın suallarını cavablandırıb.

- Fərəh xanım, siz tanınmış müğənnimiz Samirə Yusifqızının övladısınız. Adətən sənətdə olan şəxslər övladının onun sənətini davam etdirməsini heç vaxt arzulamır. Bəs sizdə necə oldu?

- Mən artıq iki ildir ki, sənətdəyəm. Təbii ki, anamın dəstəyi ilə bu sahəyə gəlmişəm. Anamın dəstəyi olmasaydı mümkün deyildi. Mən ilk addımlarımı atanda, ilk mahnımı çıxaranda anam mənə kömək etdi. Anam sənətkardır, ilk dueti də onunla oxudum. Yaxşı ki, o mənim anamdır. Allaha çox şükürlər edirəm! Sözün düzü, anam əvvəlcə müğənni olmağımı istəmirdi. Daş atıb, başını tuturdu, deyirdi ki, "müğənni olmağına mane olacam". Sonradan gördü ki, çox iddialıyam, bu işi sevirəm. Səhnə mənim üçün çox müqəddəsdir. Səhnəyə çıxanda elə bilirəm ki, dünya mənimdir. Özümü rahat hiss edirəm. Anam da bütün bunların hamısını görüb, mənə dəstək olur. Hər zaman yanımdadır.

- Müğənni çoxdur, hamısının da bir məqsədi var. Bəs sizin sənətə gəlməkdə əsas məqsədiniz nədir?

- Uğurlar əldə etmək, gözəl və böyük səhnələrdə yer almaq istəyirəm. Sənətdə yüksəlmək ən böyük arzumdur. İnsanların sevgisini qazanıb, əlçatmaz olmaq istəyirəm. İstəyirəm hamı desin ki, "kaş Fərəh xanımı görüb, onunla şəkil çəkdirə bilsəydim".

- Efirlərə çox az-az çıxırsınız. Buna səbəb nədir?
- Sözün düzü, həmişə efirlərə anamla birlikdə çıxıram. Tək çıxmamışam. Dəvət edəndə də həmişə anamla birgə çağırdıqları üçün gözləyirəm ki, anam Rusiyadan gəlsin. Bir neçə verilişdən dəvət var, yenə də anamı gözləyirəm.

- Samirə xanım ana kimi çoxmu tələbkardır?

- Hər bir işində çox tələbkardır. Kənardan bəlkə də elə görünmür, amma hər bir işində məsuliyyətli olmağı sevir. Dediyini o dəqiqə etməliyəm. Etməsəm o dəqiqə artıq başqa cəza növlərinə keçir (gülür). Sənətə gələndə də aramızda çox söz-söhbət oldu. Deyirdi ki, illərdir sənətdəyəm, hər bir insanın içüzünü görmüşəm. Səni gözü götürməyənlər çox olacaq, ayağının altını qazacaqlar. Mən çox saf, səmimi olduğum üçün anam məni həmişə qoruyub. Özü bu çətinliyi görmüşdü deyə mənim çətinlik görməyimi istəmirdi. Mənim heç kimə paxıllığım yoxdur, heç kimin pisliyini istəmirəm. Hamının yaxşı gününə sevinirəm. Dünən adlı-sanlı insanların məclisində idim, bir-neçə müğənnini özüm dəvət etmişdim ki, gəlib öz çörək pullarını qazansınlar. Düşünürəm ki, bu yaxşılığı edirəmsə, Allah özü mənim qarşıma bunu çıxaracaq.

- Hər şey ananızın dediyi kimi oldu?
- Mən bunu bu gün həqiqətən də görürəm. Üzümə gülüb, maskalanan insanlar çoxdur. Saflığımdan istifadə etmək istəyirlər. Gözləmədiyim insanlardan nələr görürəm. Ayağımın altını qazmaq istəyirlər, amma alınmır. Şükür Allaha şüurum, savadım var. Qoymaram ki, kimsə məni əzsin. Əzilmərəm, əzərəm.

- Müğənnilikdən əvvəlki sənətiniz nə idi?

- Mənim əsas sənətim proqramistdir. Çox güclü proqramistəm. Kompyuter və telefonu söküb-yığıram. Bir çox nüfuzlu yerlərdə çalışmışam. Sonunda beynim yoruldu, ona görə də o üzrə işləmədim.

- Ananız sizi və qardaşınızı tək böyüdüb. Daha çox nədə əziyyət çəkmisiz?
- 6 yaşım olanda atam rəhmətə gedib. 6 yaşımdan bu günə qədər atasızlığın nə olduğunu bilmirəm. Çünki, Allaha şükürlər olsun ki, anam bizə həm ata, həm də ana olub. Atalılardan da yaxşı böyümüşəm. Atalıların yemədiyini mən yemişəm, gəzmədiyini gəzmişəm, geyinmədiyini geyinmişəm. Anam həyatı boyu qoymayıb ki, biz çətinlik çəkək. Heç bir çətinlik görməmişəm. Ona görə də bu gün çətinlik görəndə biz az pis oluram.

- Qazancınız nə yerdədir?

- Bu sənətə qazanc üçün gələnlər daha çoxdur. Amma mən sənət üçün gəlmişəm. Qazancı da Allah yetirir. Çox şükür, yaxşı qazanıram.

- Samirə xanım həm də meyxanaçıdır. Bu sahədə tək qadın meyxanaçı olduğu üçün bir müddət ona da təzyiqlər oldu. O zamanlar ananıza necə dəstək oldunuz?

- Mən anamı həmişə dəstəkləyirəm. Mənim anam böyük sənətkardır, Azərbaycanda bir-iki söz ehtiyyatı olan müğənni varsa onlardan ən birincisi mənim anamdır. Bunu bir çox müğənnilər də deyər. Anam 12 dildə mahnı oxuyur. Bunu kim bacarır? Heç kim! Anam müğənnidir, meyxana onun xobbisidir. Xanım meyxanaçılardan da birincidir. Heç kişi meyxana deyənlər onunla bacarmır, nəinki qadınlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1119   Tarix: 14 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690